Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə22/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   18   19   20   21   22   23   24   25   ...   507
Ə d ə b i y y a t

Fərəcova, Z. “Yaşa-

maq gözəldir”[Mətn] 

/Z.Fərəcova //EL.- 2007.-

S.54.

İsmayılov, H. “Teatr tale 

sənətimdir” [Mətn]: [Xalq 

artisti Hacı İsmayılovla 

söhbət] //Mədəniyyət.- 

2012.- 13 yanvar.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

22

70 

illiyi

Aktyor


18

Teatr.Kino

Səməd Mənsur

1879-1927

YANV

AR

Səməd Hacı Əhməd oğlu Kazımzadə 

(Səməd Mənsur) 1879-cu il yanvar ayı-

nın 31-də Bakının Əmircan qəsəbəsində 

anadan  olmuşdur.  İlk  təhsilini  Bakıda 

rus-müsəlman məktəbində almışdır.

 Ədəbiyyata olan marağı onu Bakıda 

fəaliyyət  göstərən  “Məcməəüs-Şüəra” 

adlı ədəbi  məclisə gətirmişdir. O, bu-

rada  Əliağa  Vahid,  Cümrü,  Əliabbas, 

Müznib, Mirzə Əbdül Xaliq Yusif, Azər 

Buzovnalı kimi sənətkarlarla tanış ol-

muşdur. Bakı şairləri ilə şeir deyişmələri 

ona  böyük  şöhrət  gətirmişdir.  Elə 

“Mənsur”  təxəllüsünə  də  burada  qa-

zandığı müvəffəqiyyətlərinə görə layiq 

görülmüşdür.

Səməd Mənsurun milli teatr tarixi-

mizin inkişafında da böyük xidmətləri 

olmuşdur. O, 1907-ci ildə Bakıda təsis 

edilən “Səfa” cəmiyyətinin yaradıcıla-

rından biri, iki il sonra cəmiyyətin teatr 

bölməsi təşkil edildikdə rəhbərlərindən 

biri  də  Səməd  Mənsur  olmuş-

dur.  O,  truppanın  aktyor  heyətinin 

təkmilləşməsində, repertuar siyasətinin 

formalaşmasında,  aksessuarların  top-

lanmasında  son  dərəcə  səmərəli  işlər 

görmüşdür.  Səməd  Mənsur  opera  və 

operetta  tamaşalarında  da  aktyorluq 

etmişdir. Hətta bir müddət dahi Üzeyir 

Hacıbəylinin “Leyli və Məcnun” ope-

rasında Məcnunun atasını oynamışdır.

1918-ci  ilədək  fəaliyyət  göstərən 

“Səfa”da  Səməd  Mənsur  özü  pyes 

yazmış,  tərcümələr,  tədbirlər  etmiş-

dir.  Cəmiyyətdə  orijinal  və  tərcümə 

əsərlərinin 

tamaşaları 

hazırlan-

mış,  kollektivə  təzə  həvəskarlar 

cəlb  olunmuşdur.  “Səfa”  cəmiyyəti 

Azərbaycanda  ilk  dəfə  yaradıcı 

şəxslərin yubileylərini keçirmişdir. 

1920-ci  ildə  Azərbaycanda  sovet 

hakimiyyəti  qurulandan  sonra  Səməd 

Mənsur müxtəlif təsərrüfat işlərində ça-

lışmış,  Xalq  Komissarları  Sovetində, 

Respublika Plan Komitəsində işləmiş-

dir.


1921-ci il noyabr ayının 13-də fəaliy-

yətə başlayan Azərbaycan “Tənqid və 

təbliğ”  teatrının  yaradıcılarından  biri 

də S.Mənsur olmuşdur. 

Səməd  Mənsurun  şairlik  fəaliyyəti 

iki  xətt  ilə  davam  etmişdir.  Birinci-

si  satira,  ikincisi  romantika.  Satirik 

şeirlərində şair Sabir yolunu tutaraq ic-

timai xəstəlikləri, köhnə münasibətləri 

qamçılamağa  çalışmışdır.  “İçkilər, 

oflar”,  “Ey  həkim”,  “Qarabağlı”, 

“Qələmim” belə şeirlərdəndir. 

XX  əsrin  əvvəllərində Azərbaycan 

mətbuatı və ədəbiyyatı tarixində Səməd 

Mənsurun  bir  şair  və  publisist  kimi 

özünəməxsus yeri olmuşdur. O, dövrün 

müxtəlif mətbuat orqanlarında ictimai-

siyasi  məzmunlu  məqalələrlə,  bədii 

publisistik yazılarla, satirik şeirlərlə və 

felyetonlarla çıxış etmişdir.

Səməd  Mənsur  1927-ci  il  yanvar 

ayının 3-də Bakıda vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin