251
Tarixdə bu gün
Füzuli rayonunun
işğalı
1993
AVQUST
23 avqust 1993-cü ildə ümumi sahəsi 1386
km²
hektar olan Füzuli rayonunun qərb hissəsindən (50
kənd) 125368 hektar ərazinin erməni bədxahları
tərəfindən işğal olunmasından 21 il ötür.
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin
adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu
ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-
rılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz
Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi
şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli
rayonu adlandırılmışdır.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu
ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə,
Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay
sahillərində və digər yerlərdə tədqiqatlar apa-
rılmış, Azərbaycanın qədim kökə sahib olduğu
sübut edilmişdir. 1968-ci ilin yayında mərhum
arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən
aşkar olunmuş preneandertal – Azıxantrop ada-
mının alt çənəsinin sümükləri rayon mərkəzindən
15 km aralı məsafədə yerləşən Azıx mağarasında
tapılmışdır. Azərbaycan arxeologiya elminin bö-
yük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli
ərazisində vaxtilə qədim paleolit dövrünün möv-
cudluğunu aşkarlamışdı.
İşğaldan əvvəl rayonda 1 şəhər, 1 şəhər tipli
qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi,
45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-
yılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi,
vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20
kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38
məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-
xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər
var idi.
Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-
rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri
olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük,
qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf
etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti,
6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s.
fəaliyyət göstərirdi.
1988-ci ildən başlayan erməni təcavüzünə qar-
şı mübarizədə minlərlə füzuli sakini döyüşmüş,
yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-
müşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox
itkin və şəhid verən Füzuli rayonunun əhalisi ol-
muşdur. Füzulinin 1100-dən çox şəhid və itkini,
113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.
Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər
uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qal-
mışdır. Müharibənin əsas ağırlığını Qacar, Divan-
nalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı,
Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək,
Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad,
Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.
Hazırda 51 kənd və rayon mərkəzi erməni tapda-
ğı altında zillət çəkir, 55 min nəfərə yaxın füzulili
köçkün həyatı yaşayır.
Rayonun işğaldan azad olunmuş ərazisində
13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si
işğaldan azad olunmuş ərazidə yeni salınmış və
məcburi köçkün ailələri müvəqqəti olaraq bura-
da yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər
məcburi köçkün məskunlaşmışdır.
2006-2009-cu illər ərzində rayonun 35 000
hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-
rılmışdır.
Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-
xın zamanlarda erməni zülmündən azad ediləcək.
Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq-
dır. O gün gələcək ki, Füzuli rayonu yenidən öz
əvvəlki qüdrətini, əzəmətini bərqərar edəcək.
Dostları ilə paylaş: