262
7
Milli ədəbiyyat
Ülvi Bünyadzadə
1969-1990
SENTY
ABR
Ülvi Yusif oğlu Bünyadzadə 1969-cu
il sentyabr ayının 23-də Göyçə maha-
lının Basarkeçər rayonunun Kəsəmən
kəndində, ziyalı ailəsində dünyaya göz
açmışdır.
12-13 yaşlarından sonra, ümumiy-
yətlə, bütün şagirdlik həyatı boyun-
ca vaxtaşırı olaraq şeirləri, müxtəlif
səpgili bədii və publisistik yazıları
ilə “Daşkəsən” qəzetində çıxış etmiş-
dir. Eyni zamanda, rayonda fəaliyyət
göstərən “Qoşqar” ədəbi birliyinin üzvü
olmuşdur.
1987-ci ildə SSRİ-nin 50 illiyi adı-
na APXDİ-nin ingilis dili fakültəsinə
daxil olmuşdur. Ülvi ərəb, fars, latın,
özbək dillərində (sərbəst öyrənməklə)
yazıb-oxumağı, ingilis, rus dillərini isə
mükəmməl bilirdi.
1988-ci ilin iyunundan 1989-cu ilin
sentyabrına qədər hərbi xidmətdə ol-
muşdur.
10 sentyabr 1989-cu ildə Ana torpağı,
doğma xalqı qarşısında övladlıq borcu-
nu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini
vicdan borcu bilərək öz müqəddəs
“And”ını yazmışdı.
Ülvi Bünyadzadə Xarici Dillər İns-
titutunda Azərbaycan Xalq Cəbhəsinin
dayaq dəstəsinin və Şimali Azərbaycan
Azad Tələbələr İttifaqının (ŞAATİ)
yaradılmasında fəal iştirak edirdi. O,
AXC-nin institutdakı dayaq dəstəsinin
fəaliyyət proqramını hazırlayanlardan
biri olmuşdur.
Ülvi 1990-cı il yanvar ayının 19-da,
gecə Bakıya girən Sovet ordusunun yo-
lunu kəsmiş, dinc piketin gülləbaran
edilməsinə dözməyərək, sinəsini xalqı-
na tuşlanmış gülləyə sipər etmiş və saat
00.20-də həlak olmuşdur. Yanvarın 20-
də axşamüstü dostları, tələbə yoldaşları
və müəllimləri onun cəsədini Semaş-
ko adına xəstəxanadan tapdılar. Ülvi
Bünyadzadə Bakıda Şəhidlər Xiyaba-
nında 40-cı qəbirdə dəfn olunmuşdur.
Ülvinin əsərlərinə 200-dən çox şe-
iri, “Ömür yolu” poeması və “Qansız-
lar” povesti (Hər iki əsər Əfqanıstanda
döyüşən həmvətənlərimizə həsr olu-
nub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-
yə yaxın dünya ədəbiyyatından orijinal
tərcümələr (ingilis və rus dillərindən), 7
ədəbi və ictimai məzmunda məqaləsi,
bibisi Almaza, dostları Məhəbbət və
Cavidə yazdığı xeyli məktubları və s.
yazıları daxildir.
Ülvinin son illər yaşadığı küçəyə (ba-
basının evi yerləşən küçəyə) onun adı
verilib. Həmin evin divarına barelyef-
lövhə vurulmuşdur.
Dostları ilə paylaş: