Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə318/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   314   315   316   317   318   319   320   321   ...   507
SENTY

ABR

5

10


259

SENTY

ABR

5

10

Milli ədəbiyyat 

70 

illiyi

Hidayət Orucov                 

1944

SENTY

ABR

Hidayət Xuduş oğlu Orucov 1944-

cü il sentyabr ayının 5-də Zəngəzurun 

Mığrı bölgəsinin Maralzəmi kəndində 

doğulmuşdur.  1963-1968-ci  illərdə  

ADU-nun  (indiki  BDU)  filologiya 

fakültəsində təhsil almışdır.

Bir  müddət  kənddə  müəllim,  “So-

vet  Ermənistanı”  qəzetində  ədəbi 

işçi  işləmiş,  1968-ci  ilin  iyul  ayın-

da  C.Cabbarlı  adına  İrəvan  Dövlət 

Azərbaycan  Dram Teatrının  direktoru 

olmuşdur. Hidayət Orucovun poeziya, 

publisistika, nəsr, tərcümə kitabları nəşr 

edilmiş, pyesləri İrəvan və Azərbaycan 

teatrlarında səhnəyə qoyulmuşdur. 

1984-cü  ildə  Bakıya  köçərək 

“Gənclik”  nəşriyyatının  baş  redaktor 

müavini (mart 1984 - mart 1986), son-

ra  baş  redaktoru  (1986-1992-ci  illər) 

vəzifələrində  işləmişdir.  “Gənclik” 

nəşriyyatında  onun  baş  redaktor  ol-

duğu  müddətdə  50  cildlik  “Dünya 

Uşaq  Ədəbiyyatı  Kitabxanası”nın 

nəşri Azərbaycanın kitab mədəniyyəti 

tarixində  mühüm  bir  hadisədir. 

Hidayətin  təşəbbüsü  və  rəhbərliyi 

ilə  15  cildlik  “Azərbaycan  folkloru”, 

25  cildlik  “Macəra  və  fantastika”,  17 

cildlik “SSRİ Xalqları Ədəbiyyatı” ki-

tablarının,  bir  sıra  mühüm  seriyaların 

nəşrinə də həmin illərdə başlanmışdır.

H.Orucov  150-dən  çox  məqalənin, 

publisist qeydlərin müəllifidir. “Heydər 

Əliyev və Azərbaycanda milli siyasət” 

monoqrafiyası  rus,  ingilis,  gürcü 

dillərində də nəşr olunmuşdur.

Pyesləri  hal-hazırda  Azərbaycan 

Dövlət Akademik Milli Dram Teatrın-

da,  Səməd  Vurğun  adına Azərbaycan 

Dövlət  Rus  Dram Teatrında  və  başqa 

teatrlarda uğurla oynanılır.

Azərbaycan 

Yazıçılar 

Birliyi 

Məclisinin  və  “Ədəbiyyat  qəzeti”nin 

redaksiya heyətinin üzvüdür.

1992-1993-cü  illərdə  Azərbaycan 

Respublikası 

Prezidentinin 

millətlərarası  münasibətlər  üzrə  mü-

şaviri  olmuş,  1993-2005-ci  illərdə 

Azərbaycan 

Respublikası 

Milli 

siyasət  məsələləri  üzrə  Dövlət  Müşa-



viri  işləmişdir.  2005-2006-cı  illərdə 

Azərbaycan  Respublikası  Milli  azlıq-

larla və Dini Qurumlarla İş üzrə Dövlət 

müşaviri  işləmişdir.  25  iyul  2006-cı 

ildə  Azərbaycan  Respublikası  Dini 

Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

sədri  vəzifəsinə  təyin  edilmişdir.  31 

may 2012-ci ildə həmin vəzifədən azad 

edilmiş,  27  dekabr  2012-ci  ildə  ona 

Azərbaycan Respublikasının fövqəladə 

və səlahiyyətli səfir diplomatik rütbəsi 

verilmiş və Azərbaycan Respublikası-

nın Qırğız Respublikasında fövqəladə 

və səlahiyyətli səfiri təyin edilmişdir.

1970-ci ildə “Əməkdə igidliyə görə” 

medalı, 1991-ci ildə “Azərbaycan Res-

publikasının Əməkdar incəsənət xadi-

mi” fəxri adına layiq görülmüşdür. Da-

ğıstan Respublikasının Fəxri Fərmanı, 

Çuvaşıstan  Respublikasının  Paydulla 

İskeyev adına Çuvaş Beynəlxalq ədəbi 

mükafatı,  2002-ci  ildə  Gürcüstanın 

“Ləyaqət”, 2004-cü ildə Azərbaycanın 

“Şöhrət” ordenləri ilə təltif edilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin