Telman Orucov “Dünyanın gizli tarixinin



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix12.02.2017
ölçüsü0,91 Mb.
#8341
  1   2   3   4   5   6   7   8   9   10

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 1 
 
 
 
www.kitabxana.net
 
2011
 
Telman Orucov 
 
“Dünyanın gizli 
tarixinin 
mükəmməl tədqiqat 
təşəbbüsü”
 
Milli Virtual Kitabxananın təqdimatında
 
M İ L L İ
 
V İ R T U A L
 
K İ T A B X A N A
 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 2 
 
www.kitabxana.net
 
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
 
Telman ORUCOV 
 
Dünyanın gizli tarixinin 
mükəmməl tədqiqat təşəbbüsü 
 
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı 
haqda qeydlər) 
 
Fövqəltəbii qüvvələrə fərqli prizmadan 
yanaşma 
 
 
YYSQ - Milli Virtual Kitabxananın 
e-nəşri N 70 (2011) 
 
Şəbəkə redaktoru və e-nəşrə hazırlayanı: 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı - 2011 
 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 3 
 
Tarixi tədqiq edənlər, araşdıranlar təkcə hadisələrə, şəxsiyyətlərin 
hərəkətlərinə 
və 
onların 
motivlərinə 
nüfuz 
etməklə 
kifayətlənməyib,  həm  də  geoloji  plastı  andıran  bir  səviyyədə 
meydana  çıxan  digər  növ  süxurlara  bənzər  köməkçi  mənzərə 
cəhətlərinə,  ştrixlərə  diqqət  yetirməmiş  qalmırlar.  İnsan 
cəmiyyətinin,  sivilizasiyanın  tarixi  indiyədək  nə  qədər  diqqətlə 
öyrənilsə də, hər yeni nəsil öz araşdırmaları ilə ona nəsə daha bir 
şey  əlavə  edir,  qızıl  axtaranlar  kimi  böyük  qum  kütləsini  arası 
kəsilmədən  yumaqla  orada hansısa qiymətli dənəcikləri tapmağa 
çalışır. Axı hər bir dövrün salnaməsi təkcə təsvir edilən həlledici 
hadisələrdən  və  görkəmli  şəxsiyyətlərin  fəaliyyətlərindən  ibarət 
deyil,  onları  bir  qayda  olaraq  çox  sayda  digər  proseslər  və 
həmçinin  o  qədər  də  məşhur  olmayan  iştirakçılar  müşayiət  edir. 
Bu  hadisələr  və  onların  meydana  gəlmə  motivləri  çox  vaxt 
sirlərdən  hali  olmur  və  baş  vurduğumuz  müəmmalar  dənizində 
biz yalnız uzaqdan da gözəçarpan kiçik adaları və ya atolları seyr 
edirik, tarix adlanan okeanın təbiətinə aid olan cəhətlərə, ən azı su 
altında  gizlənən  mərcan  riflərə  o  qədər  də  əhəmiyyət  vermirik. 
Elmi, əsasən materialist baxışların aparıcı rol oynadığı bir vaxtda 
isə  biz  çox  hallarda  ruhla  əlaqədar  olan  məsələlərə  hətta  istehza 
ilə  yanaşırıq.  İngilis  yazıçısı  Conatan  Blekin  “Dünyanın  gizli 
tarixi” əsəri vaxtilə bestsellər (hərfi mənada “daha yaxşı satılan” 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 4 
 
mənasını  versə  də,  daha  çox  oxunan  ifadəsi  kimi  işlənir)  kimi 
məşhurlaşsa  da,  iyirmi  iki  il  sonra,  2010-cu  ildə  Londonda 
yenidən  və  bir  sıra  əlavələrlə  nəşr  edilib.  Kitabda  fövqəltəbii 
qüvvələrin  mistik  və  məxfiliklərindən  xəbər  verən  hadisələrin 
izahına cəhd edilmişdir. Müəllif gizli cəmiyyətlərin, guya ağılsız 
qoca  adamların  dünyanı  idarə  etmək  qəsdindən  başqa  bir  şey 
olmadığı  barədəki  cari  ideyalardan  uzaqlaşmağı  bacarmış, 
əvəzində  göstərməyə  çalışmışdır  ki,  həmin  qadınlar  və  kişilər, 
cavanlar  və  qocalar  gizli  spiritualizm  (dünyanın  mahiyyətinin 
ruhi  başlanğıc  olduğunu  təsdiq  edən,  materiyaya  ruhun,  allahın 
yaratdığı  kimi  baxan  fəlsəfi  təlim)  barədəki  qədim  cərəyanların 
mühafizəçiləri olmaqla, əslində bizə nəsə bir mühüm şeyi demək 
istəyib.  Bu,  materializm  dalğasının  geri  dönməsi  ilə  əlaqədər 
olaraq  indi  mütəşəkki  dinin  (söhbət  Xristian  dinindən  gedir) 
tənəzzülə  uğradığı  bir  şəraitdə  xüsusilə  vacibdir.  Gizli 
spiritualizmin  müxtəlif  cərəyanların  hamısı,  mümkün  olduğu 
qədər bu yolla diqqəti cəlb edir. Kitab məhz mistik və fövqəltəbii 
məxfilikləri təsvir etməyə çalışır və dünyanın elə bir tarixidir ki, 
müəyyən  sirli  cəmiyyətlərdə  əsrlər  boyu  öyrənilib.  Müəllif 
göstərməyə  çalışır  ki,  kosmosun  başlanğıcı,  onun  tarixi  və 
gələcəyi-  yaradıcı  allahların  və  ruhların,  maqların  və  baş 
çıxaranların, böyük tarixi şəxsiyyətlərin ulduzlar tərəfindən idarə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 5 
 
olunması  və  mələklər  tərəfindən  ilhamlandırılması  barədəki 
mistik təxəyüllərlə yanaşı, güman ki, tarixdə iqtisadi və dar siyasi 
məsələlərdən savayı daha dərin, daha zəngin nümunələr olub. Bu 
nümunələr bir qayda olaraq düşüncələrdə  fövqəltəbii kimi  qəbul 
olunur və əgər elm hər şeyin mövcudluğunu ifadə edirsə, deməli, 
onda  bunlar  heç  bir  vəchlə  baş  verməməli  idi.  Əsərdə  ənənəvi 
olaraq 
bir-birindən 
şübhələnən 
qrupların-frimasionların, 
antroposofistlərin,  katolik  mistiklərin,  rəssamların,  alimlərin 
baxışlarına  müraciət  edilir.  Onların  hamısını  isə,  ümumilikdə 
daim  can  atdıqları  ruhi  təcrübə  aparmaq  arzusu  birləşdirirdi. 
Həqiqi spiritual təcrübələr belə uzağa gedirsə, deməli adamlardan 
bəziləri  vergi  ilə  doğulub.  Əgər  bəzi  adamlar  öz  baxışlarını 
realizə  etmək  üçün  kifayət  qədər  təxəyyülə  malikdirsə,  bu 
təxəyyülün  özü  real  olan  şeyləri  görmək  vasitəsidir.  Güman 
etmək olar ki, təxəyyül həmçinin elə görmə orqanıdır ki, o məşq 
edilə,  təkmilləşə  bilər.  Bu  tarixin  özəyindəki  qüdrətli  və 
mükafatlandırılmış  SİRR  Mariya  Maqdalinada,  Leanardo  da 
Vinçidə, Tereza Avillalıda, Uilyam Şekspirdə, Corc Vaşinqtonda 
və  tarixi  yaradan  çox  adamlarda  var  idi.  Dünyanın  belə  tarixi 
müxtəlif  epoxalarda  mövcud  olmuş  həqiqi  gizli  cəmiyyətlərin 
öyrənilməsindən  ibarətdir.  Bugünkü  baxışlar  nöqteyi-nəzərindən 
deyilənlər  tam  səfeh  bir  iş  kimi  görünə  bilər,  lakin  qeyri-adi 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 6 
 
adamların  böyük  bir  hissəsi  tarixi  yaratmaqla  yanaşı,  həm  də 
inanc  subyektləri  olub.  Qədim  dünyanın  tarixçiləri,  Misir 
sivilizasiyasının  başlanğıcından  Romanın  tənəzzülünə  qədər, 
Fiva, Elois və Efes kimi yerlərdə keşişlərlə əhatə olunmuş ictimai 
məbədlərin belə gizli cəmiyyətlərlə bağlı olmasından bizə söhbət 
açırlar. Siyasi və mədəni elita meditasiya texnikasına öyrədilirdi. 
Hazırlıq işlərindən sonra Platon, Esxil, Böyük Aleksandr, Avqust, 
Tsitseron  və  digərləri  gizli  fəlsəfədən  hali  idilər.  Müxtəlif 
dövrlərdə  bu  “məktəblər”  tərəfindən  istifadə  edilən  vasitələrə 
həmçinin  sensor  məhrumiyyətlər,  nəfəs  alma  təcrübələri, 
müqəddəs  rəqs,  drama,  hallusinasiya  dərmanları  və  digər 
eksperiment  metodları  daxil  edildi.  Çox  sayda  məşhur  adamlar 
təəccüblü şəkildə ezoterik fəlsəfəni müstəsna olaraq həsr edilənlər 
üçün nəzərdə tutulan sirli, qapalı təlim kimi, mistik vəziyyəti isə 
gizli cəmiyyətlərdə gizli qaydada öyrədirdilər. İsaak Nyuton, heç 
şübhəsiz,  yaşlı ömrü boyu  əlkimya ilə məşğul  olmuşdu və bunu 
özü üçün daha mühüm iş kimi qiymətləndirirdi. Corc Vaşinqton 
onun adını daşıyacaq paytaxt şəhərinin əsasını qoyarkən göydəki 
böyük ruhu köməyə çağırmışdı. Napaleon deyəndəki ona ulduzlar 
bələdçilik  edir,  bu  heç  də  nitqi  gözəlləşdirən  obraz  əlavəsi 
deyildi.  O,  deyirdi  ki,  böyük  ruh  ona  öz  taleyini  göstərmişdi  və 
bir şəxs kimi onu uğurlu  və bəxti  gətirən edib.  Qədim dünyanın 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 7 
 
ikonoqrafiyasında  və  heykəltəraşlığında  Zaratustra  dövründən 
başlayaraq Sirli Məktəblərin gizli göstərişlərini bilmək, əldə lülə 
şəklində bükülmüş kağızı tutmaq qaydasında ifadə olunurdu. Bu 
ənənə  müasir  dövrdə  də  davam  etməkdədir  və  bu  gün  dünyanın 
bir  çox  şəhərlərindəki  ictimai  heykəllər  bu  qaydanın  təsirinin 
necə  geniş  yayıldığını  nümayiş  etdirir.  Heç  də  çox  uzaqlara 
səyahət  etmək  lazım  gəlmir  ki,  gizli  kultların  okkult  (okkultizm 
dünyada  elmi  cəhətdən  dərk  olunmayan,  yalnız  “seçilmişlər”, 
“həsr  edilmişlər”  tərəfindən  dərk  edilən  sirrli,  fövqəltəbii 
qüvvələr  haqqında  guya  mövhumatçı  hesab  edilən  anlayışlar 
sistemidir)  simvollarını  tapmaq  mümkün  olsun.  Gizli 
cəmiyyətlərin daha çox məxfiliyi öyrətməsi yalnız şifahi yolla baş 
verirdi. Digər hissələr qəsdən aydın olmayan şəkildə yazılırdı ki, 
kənar adamların onları başa düşməsi qeyri-mümkün olsun. Bütün 
dünyada  mövcud  olan  müxtəlif  ənənələr  biri  digərlərini 
işıqlandırırdı.  Lakin  ezoterik  (gizli)  təlimlər  daha  çox  Qərb 
ölkələrində 
gizlədilirdi. 
Ənənələr 
arasında 
potensonal 
münaqişələr  də  yox  deyildir.  Məsələn,  sufi  ənənəsi  ilə 
müqayisədə  hind  ənənəsində  reinkarnasiyanın  –  yenidən 
doğulmanın  vurğulanması  daha  geniş  yer  tuturdu.  Fikir 
məktəbləri və gizli cəmiyyətlər həqiqi ənənədən meydana gəlirdi. 
Beləliklə,  Kabala,  tərkidünya,  Sufizm,  Tampliyerlər,  ezoterik 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 8 
 
frimasonluq,  Martinizm,  Madam  Blavatskaya  teosofiyası  və 
antroposofiya,  onların  tərkib  hissəsi  hesab  olunmalıdır. 
“Frimasonlar  və  ya  masonlar  hərfi  mənada  “azad  bənnalar” 
deməkdir, dini-etik cəmiyyətin üzvləri olub, onlar mənəvi xüsusi 
öztəkmilləşməni moizə etməklə yanaşı, xüsusi məralimləri keçirir 
və məxfilikləri ilə seçilirdilər. Teosofiya insan ruhunun ilahiliklə 
birləşməsi barədə din-mistik təlimdir. Antroposofiya teosofiyanın 
növlərindən  biridir).  “Əbədi  fəlsəfənin”  əvvəlki  cəhdləri  bayağı, 
şit  olanların,  –  “bizim  hamımız  eyni  dərinin  “altındayıq”, 
“Məhəbbət 
özünün 
mükafatıdır” 
kimi 
düşüncələrin 
müəyyənləşməsinə,  tanınmasına  meyl  edirdi.  Bütün  dünyadan 
olan  Sirli  məktəblərin  və  gizli  cəmiyyətlərin  tanınmasının 
öyrənilməsi  hələ  də  çoxlarını  hiddətləndirir  və  onlar  ümumi 
düşüncəyə  təhlükə  hesab  edilir.  Bu  gün  alimlər  deyə  bilərmi  ki, 
ən böyük ağrı anlarında ürəyinin dərinliklərindəkini ifadə etməklə 
göylərə yalvarmağın əhəmiyyəti yoxdur, çünki sən oradan heç bir 
cavab almayacaqsan. İnsanın borcu böyüməkdir, yaşa dolmaqdır, 
bu  laqeydlik  şəraitlərinə  gəlməyə  öyrənməkdir.  Kainat  isə 
müxtəlifdir, çünki onu bəşəriyyət öz ağlında düzəldib. Bu tarixdə 
kainat  antroposentrikdir  (bu  təminə  görə  insan  Kainatın 
mərkəzidir və bütün dünyanın son məqsədidir), onun hər bir sadə 
təcrübəsi  düzləndirilərək  bəşəriyyətə  doğru  istiqamətlənib.  Bu 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 9 
 
kainat bizi min illər ərzində qidalandırmış, həm də unikal olan bir 
şeyə  kömək  edib  ki,  bu  da  insan  şüurudur.  Şüur  bizim  hər 
birimizi  fərd  olaraq  inkişaf  etdirir  və  həyatımızdakı  ən  böyük 
anlara  doğru  irəli  aparır.  Nəzərə  alın  ki,  siz  qışqıranda  kainat 
rəğbətlə  sizə  doğru  çevriləcək.  Siz  həyatınızdakı  yol  ayrıcına 
gəlib  çıxanda,  bütöv  kainat  öz  nəfəsini  dayandıracaq,  görsün  ki, 
siz hansı yolu seçirsiniz. Alimlər Sirlər haqqında danışa bilər və 
kainatla hər bir sadə hissəciyin digər hissəciklə əlaqədə olması ilə 
maraqlana bilərlər. Elmdə kainat cisimi ağıldan qabaq gəlir. Ağıl 
cisimin macərasıdır, bir alim o qədər uzağa gedir ki, onu “cisimin 
xəstəliyi” kimi  təsvir edir. Bu bir faktdır ki,  bəzi  aparıcı  alimlər 
kosmosa  qədim  baxış  yolunun  mümkünlüyünü  yenidən,  artıq 
rəğbət  əlaməti  altında  görməyə  başladı.  Baxmayaraq  ki,  yeni 
hissiyat metafizikaya (dialektikaya əks olan idrak metodu) azacıq 
dözümlülük  göstərir,  ancaq  qədim  dünyanın  kosmoqoniyası 
(astronomiyanın  göy  cisimlərinin  və  onların  sistemlərinin 
mənşəyinə  və  inkişafına  həsr  olunmuş  fəsili)  bəzi  tarixçilərin 
mümkün  saydıqları  kimi,  ideyaların  düzgün,  gözəl  fəlsəfi 
maşınıdır. Bu sistemlər arasındakı fərqlərin açarı ondadır ki, onlar 
başqa-başqa  şeyləri  təsvir  edirlər.  Qədim  fəlsəfə  kainat  barədə 
təcrübəmizin bilavasitə baş verdiyi kimi bizə gəlib çatdığını ifadə 
edir.  Elm  üçün  ifadə  edilən  böyük  möcüzə  fiziki  kainatdır. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 10 
 
Ezoterik fəlsəfə üçün böyük möcüzə isə insan şüurudur. Bir qədər 
geniş prizmadan yanaşdıqda idealizmin və materializmin vəhdəti 
çox  güclü  şeydir  və  işləməyə  qadirdir.  Alimlər  adətən  amillərin 
müxtəlif qoyuluşları arasındakı tarazlıqların qeyri-adi seriyalarına 
aludə  olurlar,  bu  amillər  isə  güman  ki,  yer  üzərindəki  həyatı 
qurmaq naminə zəruridir. Burada soyuq və isti, rütubətlə quraqlıq 
arasında,  Yerin  Günəşdən  bu  qədər  uzaq  olması  və  Günəş 
evolyusiyasının xüsusi səhnəsində qərar tutması (nə istidir, nə də 
soyuqdur)  kimi  tarazlıqar  terminləri  barədə  söhbət  gedir.  Daha 
fundamental səviyyədə materiya öz qaydasında dərk edilməlidir, 
cazibə  qüvvələrinin  və  elektromaqnetizmin  hər  biri  xüsusi 
dərəcədə olmalıdır. Allahlara, mələklərə və ruhlara, onlar böyük 
kosmik  zəkadan,  başqa  sözlə  Fikir-Varlıqdan  əmələ  gəldiklərinə 
görə  inanılmalı  idi.  Bu  böyük  Fikir  –  Varlıqlar  özlərini  xalq 
vasitəsi  ilə  ifadə  edirdi.  Sonralar  göründüyü  kimi,  allahlar, 
mələklər  və  ruhlar  millətlərin  talelərində  böyük  dəyişikliklərin 
baş  verməsi  yaxınlaşan  bir  vaxtda  gələ  bilərdi.  Bunların  gözə 
çarpması əksər hallarda fərdi qaydada olurdu. Misal üçün, Böyük 
Aleksandr və ya Napoleon böyük ruh üçün vasitə idilər. Heç kəs 
onlara əks çıxmağı  bacarmadı  və ruh onları  tərk edənə qədər nə 
edirdilərsə, hər şeydə uğur qazanırdılar.  
 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 11 
 
Dünyanın yaranmasının başlanğıcı Elm və din onunla razılaşır ki, 
başlanğıcda  kosmos  heç  nə  vəziyyətindən  materiyanın 
mövcudluğuna doğru hərəkət etdi. Lakin elm bu sehrli dəyişiklik 
barədə  az  şey  deyə  bildi,  deyilənlərin  hamısı  yüksək  dərəcədə 
spekulyativ xarakter daşıyırdı. Alimlər hətta bütün cisimlərin bir 
dəfə yaranması və ya onun yaranmaqda olmasının davam etməsi 
barədə  müddəalar  irəli  sürməyə  görə  fərqli  qruplara  bölündülər. 
Qədim  dünyanın  özünü  bu  işə  həsr  etmiş  keşişləri  arasında  isə, 
əksinə,  gözəl  yekdillik  var  idi.  Onların  gizli  təlimləri  dünyanın 
böyük  dinlərinin  müqəddəs  mətnlərində  kodlaşdırılmışdı. 
Başlanğıcda boşluğu andıran materiya var idi, bu yaxşı olmaqla, 
işıqdan  daha  zərif  idi.  Sonra  müstəsna  qaydada,  yaxşı  olan  qaz 
gəldi.  Əgər  insan  gözü  tarixin  dan  şəfəqlərinə  baxsaydı,  bu  ona 
geniş kosmik duman, çən kimi görünə bilərdi. Bu qaz və ya çən 
bütün Yaşayanların Anası idi, həyatın yaranması üçün lazım olan 
hər şeyi özündə daşıyırdı. Ana İlahə, Yeri həmçinin bəzi hallarda 
belə adlandırırlar, öz tarixi boyunca metamorfozaya uğrayacaq və 
çox  müxtəlif  formaları  və  adları  qəbul  edəcəkdi.  Lakin 
başlanğıcda  “Yer  formasız  və  boşluq  idi”.  Bu  vaxt  tarix  üçün 
taleyin  ilkin  böyük  dəyişilməsi  gəldi.  Bibliyanın  hekayətləri 
davam edir: “Qaranlıq yer üzünü örtmüşdü”. Bibliyanın ezoterik 
ənənə  içərisində  çalışan  təfsirçilərinə  müvafiq  olaraq  bu,  kitabın 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 12 
 
nəql etmə yolu idi ki, Ana İlahə yandırıcı quru küləyin hücumuna 
məruz  qaldı,  o  az  qala  bütünlüklə  həyatın  potensialını  məhv 
etmişdi. Allahın zəkasından ilk dəfə əmələ gələn nazik toxunmuş 
dumanlar  qəflətən  ikinci  mənşə  tərəfindən  yoxlandı.  Bu, 
astronomların  müşahidə  etdikləri  nadir  və  effektli  fenomenə  – 
ulduzun ölməsinə bənzəyən güclü tufan idi. Güman etmək olar ki, 
istisna  kimi  bu,  başlanğıcda  tam  ölçüdə  bütöv  kainatı 
doldurmuşdu.  Ana  İlahə  çox  vaxt  sevən,  həyat  verən  və 
işıqlandıran  şəxs  kimi  xatırlanır.  Lakin  o,  həm  də  dəhşətli 
xüsusiyyətə  malikdir,  lazım  gəldikdə  döyüşkən  olurdu.  Misal 
üçün,  qədim  Frigiya  xalqı  arasında  o,  şirlərlə  dolu  olan  döyüş 
arabasında 
gəzən 
mərhəmətsiz 
ilahə 
Kibela 
kimi 
qiymətləndirilirdi.  Allahın  zəkasından  çıxan  ilk  varlıq  Yerin 
ilahəsi kimi metamorfozaya uğramışdısa, ikinci əmələ gələn allah 
Saturna  çevrildi.  Saturn  öz  izini  Günəş  sisteminin  hədlərində 
qoyacaqdı. Misir mifologiyasında isə Saturn Yeri saxsı təkərlərlə 
yumşaldan  Ptah  idi  və  bir  çox  əsatirlərdə  Saturnun  titulu  “Rex 
Mundi”  –  “Dünyanın  çarı”  və  ya  “Bu  dünyanın  hökmdarı”  idi. 
Bizim  maddi  həyatımız  onun  nəzarətində  idi.  Saturnun 
ucbatından bizim həyatımız olduqca çətin idi. Çünki Saturnun hər 
bir  qılıncı  iki  dilli  idi  və  hər  bir  tacı  tikandan  düzəldilmişdi. 
Saturn bizi öz hədlərimizə atırdı. Bu olduqca çətin bir hal olmalı 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 13 
 
idi ki, Kosmosda həyat üçün olan potensial hələ doğulmamışdan 
əvvəl məhv ola, sola bilərdi. Kosmos bütün əbədilik dövründə ölü 
cisimin  nəhayətsiz  dəyişilməsi  yeri  kimi  qala  bilərdi.  Tarix 
boyunca biz görəcəyik ki, Saturn müxtəlif vaxtlarda və müxtəlif 
maskalar  altında  mumiyalanmış  bəşəriyyətdə  öz  məqsədinə 
çatmaq və ondan kənardakı həyatı əzib sıxmaq üçün geri dönür. 
Bu tarixin sonunda biz həmçinin görəcəyik ki, onun ən həlledici 
ixtirası,  gizli  cəmiyyətlər  tərəfindən  uzun  müddət  xəbər  verilən 
hadisə  kimi,  gözlənildiyi  tək,  qısa  müddətdə  yer  tutmağa 
müvəffəq  oldu.  Saturnun  Ana  Yer  üzərindəki  tiraniyası,  onun 
kosmosdan  kənar  bütün  həyat  potensialını  əzməsi  sahəsindəki 
qanlı cəhdi, insan ağlı ilə ölçülə bilməyən geniş dövrlərdə davam 
edir.  Onun  tiraniyası  mahiyyətcə  devrilmişdir  və  Saturn  əgər 
tamamilə  məğlub  edilməmişdirsə,  nəzarətdə  saxlanır  və  öz 
sferasında  qapadılmışdır.  Bəs  bu  qələbə  necə  əldə  edilmişdir? 
Bibliyada  dünyanın  yaranması  üçün,  əlbəttə,  iki  izah  vardır. 
İkincisi isə, Müqəddəs İoannın “İncil”indədir və bu daha dolğun 
olmaqla  “Başlanğıc”  kitabının  kodunun  açılmasına  kömək  edir. 
Bu günlər kilsə müstəsna olan və radikal monoteizmi moizə edir. 
Bu  çox  güman  ki,  müəyyən  qədər  elmin  ağalıq  etməsi  ilə 
əlaqədardır. Xristianlığa dostcasına yanaşan elmdə Allah kainatda 
fərqlənməyən və daimiliyi müəyyən oluna bilinməyən səviyyəyə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 14 
 
kiçildilir.  Lakin  tarixi  reallıq  ondan  ibarətdir  ki,  xristianlıq 
yüksəldiyi  regionların  köhnə  dillərində  kök  atmışdır  və  onların 
hamısı  politeist  (çoxallahlı)  və  astronomik  xarakterli  idi.  Erkən 
xristianların  inamları  bunu  əks  etdirir.  Onlar  üçün  spiritualizm 
aktual  ruhlarla  kommersiya  aparmaq  mənasını  verirdi.  Xristian 
kilsələri  –  Romadakı  Müqəddəs  Pyotr  kilsəsindən  tutmuş  kiçik 
məhəllə  kilsələrinə  qədər,  bütün  dünyadakı  qədim  müqəddəs 
quyuları, müqəddəs kahaları, məbədləri və Sirrli məktəbləri olan 
şəhərlərdə  tikilmişdir.  Tarix  boyu  bunlara  bənzər  müəyyən 
şəhərlər  ruhlar  üçün  baş  giriş  qapısı  kimi  qiymətləndirilirdi. 
Bütün  xristian  kilsələri  astronomik  qaydada  düzülmüşdür, 
kilsənin  həsr  edildiyi  müqəddəs  gündəki  tək  şərqə 
istiqamətlənmişdir. 
Parisdəki 
Notr-Dam 
kilsəsindən 
Barselonadakı Saqrada Familiaya qədər böyük kafedral kilsələrin 
hamısı astronomik və astroloji simvollarla örtülmüşdür. Bu ənənə 
yenə  də  davam  edir.  Müasir  kilsə  xadimləri  çox  vaxt 
astrologiyanı  məhkum  edirlər,  lakin  heç  kəs  bunu  inkar  edə 
bilməz  ki,  misal  üçün,  böyük  Xristian  bayramlarının  hamısı 
astonomik  qaydada  müəyyənləşdirilmişdir  –  Pasxa  bütöv  aydan 
sonrakı ilk Bazar gününə təsadüf edir və ya Milad bayramı qışda 
Günəş dönüşündən sonrakı ilk günə düşür. Bu vaxt qalxan Günəş 
üfüqdə  dönəndə  görünən  şəkildə  geriyə  doğru  hərəkət  etməyə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 15 
 
başlayır. (Astrologiya insan təbiətinin göylərin əlamətlərində başa 
düşülməli  olan  bir  birlik  sistemidir.  O,  astronomiyanın  anası 
olmaqla  astronomik  müşahidələrlə  yaxından  bağlı  olan  tətbiqi 
elm hesab olunurdu. İslam astroloqları göy cisimlərinin hərəkətini 
dəqiq qaydada öyrənib, ona əvvəlcədən xəbər verirdilər. Bu yolla 
onlar varlı himayəçilərinin bəxtini müəyyən edirdilər. Müsəlman 
astroloqlar Yerin öz oxu ətrafında və Günəş ətrafında fırlanması 
qənaətinə gəlmişdilər. Onların Göy cisimlərinin hərəkəti barədəki 
cədvəlləri  yunanınkılardan  çox  qabağa  getmişdi.)  Bütün  dinlər 
öyrədir  ki,  ağıl  materiyadan  qabaq  gəlmişdir.  Hamı  anlayır  ki, 
dünyanın  yaranması  bir  sıra  əmələ  gəlmə  seriyaları  kimi  yer 
tutmuşdur  və  onlar  universal  qaydada  ruhi  varlıqların 
iyerarxiyası,  allahlar  və  ya  mələklər  kimi  əyani  şəkildədir. 
Mələklərin, böyük mələklərin iyerarxiyası həmişə kilsə təliminin 
bir hissəsi olmuşdur. Müxtəlif ordenlərdə mələklər ulduzların və 
planetlərin  allahları  kimi  tanınır.  Kilsə  rəssamlığında  və 
arxitekturasında  hər  yerdə  dörd  xeruvim:  Öküz,  Şir,  Qartal  və 
Mələk kimi  rəmzləndirilir. Onların astronomik oxşarlığına sübut 
təxəyyüldə onların xatırlanmasına əsaslanır: Öküz Taurusdur, Şir 
Leodur,  Qartal  Əqrəbdir,  Mələk  isə  Akvariusdur.  Bibliyanın 
“Başlanğıc”  kitabında  1:26  cümləsi,  adətən  “Başlanğıcda  Allah 
Göyü  və  Yeri  düzəltdi”  kimi  tərcümə  olunur.  Lakin  fakt 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 16 
 
orasındadır  ki,  bəzi  Bibliya  alimləri  onlara  yalnız  təzyiq 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin