288
5
Milli Qəhrəmanlar
50
illiyi
Çingiz Babayev
1964-1995
OKTY
ABR
Çingiz Adil oğlu Babayev 1964-cü
il oktyabr ayının 2-də Bakı şəhərində
anadan olmuşdur.
O, orta təhsilini Yasamal rayonun-
dakı 20 saylı orta məktəbdə almış-
dır. Orta təhsilini bitirdikdən sonra
Azərbaycan Politexnik İnstitutuna da-
xil olmuşdur.
1986-cı ildə təhsilini başa vura-
raq, təyinatla Azərelektroterm zavo-
dunda əmək fəaliyyətinə başlamışdır.
İşləməklə yanaşı Azərbaycan Dövlət
Xarici Dillər İnstitutunun nəzdində in-
gilis dili üzrə ikiillik kurs bitirmişdir.
1992-ci ildə o, Yasamal ra-
yon Əhalinin Əmək və Məşğulluq
Mərkəzində
aparıcı
mütəxəssis
vəzifəsinə işə qəbul olunmuş, həmin
il də könüllü olaraq Milli Ordu sı-
ralarına qoşulmuşdur. Bir müddət
hərbi hissələrin birində qərargah rəisi
vəzifəsində çalışmışdır.
1994-cü
ildə
Azərbaycan
Müdafiə Nazirliyinin sərəncamı ilə
C.Naxçıvanski adına hərbi liseyə ke-
çirilmişdir. Əvvəlcə taqım komandiri,
sonra isə bölük komandiri və tərbiyəvi
işlər üzrə müavin vəzifəsinə irəli
çəkilmişdir.
Çingiz Babayev 1995-ci il oktyabr
ayının 28-də Bakı Metropoliteninin
“Ulduz” və “Nərimanov” stansiyaları
arasında hərəkət edən qatarda baş ver-
miş qəzada sərnişinlərin həyatını xilas
edərkən faciəli surətdə həlak olmuş-
dur.
Azərbaycan Respublikası Prezi-
dentinin 3 noyabr 1996-cı il tarixli
506 saylı Fərmanı ilə Babayev Çin-
giz Adil oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Bakının Yasamal rayon qəbiristan-
lığında dəfn edilmişdir. Onun şərəfinə
Bakı Metrosunun “Ulduz” stansiya-
sında abidə kompleksi ucaldılmış,
C.Naxçıvanski adına hərbi liseydə isə
büstü qoyulmuşdur. Təhsil aldığı orta
məktəbə və yaşadığı binanın önünə
xatirə lövhəsi vurulmuşdur.
Dostları ilə paylaş: