286
18
Teatr.Kino
65
illiyi
Vaqif İbrahimoğlu
1949-2011
OKTY
ABR
Vaqif İbrahim oğlu Həsənov (İbrahi-
moğlu) 1949-cu il oktyabr ayının 18-də
Bakı şəhəri Mərdəkan qəsəbəsində ana-
dan olmuşdur.
1967-ci ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə da-
xil olmuş, 1972-ci ildə həmin institutu
bitirmişdir.
1973-1976-cı illərdə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında akt-
yor kimi çalışmışdır.
1976-1979-cu illərdə Azərbaycan
Teatr Cəmiyyətinin nəzdindəki Eksperi-
mental Teatr Studiyasında, 1979-1982-
ci illərdə Tədris Teatrında bədii rəhbər,
1982-1989-cu illərdə isə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrın-
da baş rejissor vəzifəsində fəaliyyət
göstərmişdir.
Sənətkar bir rejissor kimi fəaliyyətə
Eksperimental Teatr Studiyasından baş-
lamışdır. Gənc, istedadlı rejissorun stu-
diyaçılığa meyli onun eksperimental,
yenilikçi, qeyri-standart rejissurası ilə
izah olunmalıdır. V.İbrahimoğlunun stu-
diyaçılıq meyli yaradıcılığının sonrakı
dönəmlərində də özünü göstərir. Rejis-
sor elə ilk işi olan “Əhvalat vaqe olur”,
Cəlil Məmmədquluzadənin “Yığıncaq”
və Cəfər Cabbarlının “Yaylağa gedir”
bir pərdəli komediyalarının kompozisi-
yaları ilə seçdiyi sənət istiqamətini, ya-
radıcı iddialarını bəyan etdi.
Sənətkar hələ Aktyor Evində başla-
dığı teatr eksperimentlərini, axtarışla-
rını davam etdirirdi. Rejissorun milli
teatr poetikasını yaratmaq arzusu və
bu yolda mətin mübarizəsi artıq fərqli
konsepsiya ilə işləyən, fərqli bədii-
estetik prinsiplərə söykənən yeni bir
teatrın yaranmasını zərurətə çevirdi.
V.İbrahimoğlunun yaradıcılığını teatr
fəaliyyətinə başladığı ilkin dövrdən
etibarən məhz Yuğ tipli, Yuğ amallı bir
teatrın yaradılmasına doğru bir yol kimi
dəyərləndirmək olar. Nəhayət, bu axta-
rışlar teatr prosesimizin avanqardında
dayanan V.İbrahimoğlunun öz teatrını
yaratması ilə nəticələndi. 1989-cu ildə
Həsənağa Turabovun təşəbbüsü və ya-
xından köməkliyi nəticəsində Akademik
Milli DramTeatrının nəzdində “Yuğ”
Teatr-Studiyası açıldı. 1992-ci il 18 okt-
yabr tarixində bu studiya dövlət statusu
aldı. Yarandığı ildən Vaqif İbrahimoğlu
teatrın bədii rəhbəri vəzifəsində çalış-
mışdır.
Vaqif İbrahimoğlu “YUĞ” teatrında
1989-cu ildən həyatının sonuna qədər
90-a yaxın tamaşaya quruluş vermişdir.
Onun quruluş verdiyi son tamaşa Dövlət
Akademik Dram Teatrında “Sərgüzəşti-
vəziri-xani-Lənkəran” tamaşası olmuş-
dur.
1991-ci il may ayının 22-də
“Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi” fəxri adı ilə təltif olun-
muşdur. 2006-cı ildən Azərbaycan Res-
publikası Prezidentinin fərdi təqaüdünü
alırdı.
Vaqif İbrahimoğlu 2011-ci il may
ayının 12-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: