310
Milli ədəbiyyat
NOY
ABR
2
80
illiyi
Oqtay Rza
1934
Rzalı Oqtay Məhərrəm oğlu (Oq-
tay Rza) 1934-cü il noyabr ayının
2-də Azərbaycanın Salyan rayonunun
Qalalı kəndində anadan olmuşdur.
1948-ci ildə Arbatan kənd yed-
diillik məktəbini, 1951-ci ildə Sal-
yan şəhərindəki Nizami adına orta
məktəbi bitirmişdir.
1951-1956-cı illərdə Azərbaycan
Sənaye İnstitutunun (indiki ADNA)
geoloji-kəşfıyyat
fakültəsini
fərqlənmə diplomu ilə bitirib geoloq
ixtisası almışdır.
Əmək fəaliyyətinə 1956-1961-ci
illərdə Bayıldakı Neft və Qazçıxarma
İdarəsinin 5 saylı mədənində başlamış-
dır: operator, baş operator, neftçıxar-
ma ustası olmuşdur. Elmi-tədqiqat işi
müdafıə edib geologiya-mineralogiya
elmləri namizədi alimlik dərəcəsi
almışdır. 1965-ci ildə geologiya-
minerologiya elmləri üzrə fəlsəfə
doktoru elmi adına yiyələnmişdir.
Azərbaycan KP MK yanında ikiil-
lik Marksizm-leninizm Universiteti-
ni fərqlənmə diplomu ilə bitirmişdir
(1980). N.Tusi adına APİ-nin Ümumi
coğrafıya kafedrasında müəllim, baş
müəllim (1966-1969), hazırda isə do-
sent işləyir (1971-cı ildən).
Respublikanın Əməkdar müəllimi-
dir.
Bakı Sovetinin deputatı seçilmiş-
dir (1959-1960).
1961-ci ilin noyabr-dekabr ayla-
rında Ümumdünya Həmkarlar İttifaq-
ları Təşkilatının Moskvada keçirilən
5-ci konqresində sovet nümayəndə
heyətinin tərkibində iştirak etmişdir.
“Bir may” adlı ilk şeirini yed-
diillik məktəbdə oxuyarkən yazıb
“Sosializm yolu” rayon qəzetində
dərc etdirmişdir. Həmin vaxtdan po-
etik yaradıcılıqla məşğul olur, bədii
tərcümələr də edir. Dünya xalqları-
nın ədəbiyyatından tərcümələri dövri
mətbuatda müntəzəm çap olunur.
Dərslik, vəsait və tədris proqram-
larının, 24 kitabın müəllifidir.
Əsərləri xarici mətbuatda dərc
edilmişdir. “Kamennıy Svetilnik”
şeirlər toplusu 1987-ci ildə Moskva-
da, kütləvi tirajla buraxılmışdır.
Beynəlxalq Rəsul Rza, M.Müşfiq,
“Araz” və 1971-ci ildən “Qızıl qələm”
mükafatı laureatıdır.
1981-ci ildən Azərbaycan Yazıçı-
lar Birliyinin üzvüdür.
Dostları ilə paylaş: |