Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə383/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   379   380   381   382   383   384   385   386   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.calilbook.musigi-dunya.az

www.gender-az.org

www.science.gov.az

Ədəbiyyatşünas


312

Milli ədəbiyyat

NOY

ABR

İlyas  Оruc  oğlu  Tapdıqоv  (İlyas 

Tapdıq)  1934-cü  il  noyabr  ayının  30-

da  Gədəbəy  rayonunun  Əli  İsmayıllı 

kəndində doğulmuşdur. 

Gədəbəyin 

Kiçik 

Qaramurad 



kəndində orta məktəbi bitirdikdən son-

ra  1952-1956-cı  illərdə APİ-nin  dil  və 

ədəbiyyat fakültəsində təhsil almışdır.

Ədəbi    yaradıcılığa  tələbəlik 

dövründə  “Azərbaycan”  jurnalında 

dərc  olunan  “Bakının  gecəsi”  şeirilə 

başlamışdır. 

1957-1962-ci  illərdə  “Uşaqgənc-

nəşr”də, 

1962-1968-ci 

illərdə 

“Azərnəşr”də  redaktor,  böyük  redak-

tor,  1968-1976-cı  illərdə  “Gənclik” 

nəşriyyatında  böyük  redaktor,  redak-

siya  müdiri,  baş  redaktor,  1976-1978-

ci  illərdə  Azərbaycan  Baş  Mətbuat 

Müvəkkilliyində  qrup  rəhbəri,  1978-

1983-cü  illərdə  Azərbaycan  Televizi-

ya  və  Radio  Verilişləri  Komitəsində 

Televiziya  gənclər  baş  redaksiyasının 

baş  redaktoru,  1989-1992-ci  illərdə 

“Azərnəşr”də Bədii ədəbiyyat şöbəsinin 

müdiri, 1992-1995-ci illərdə Türkiyənin 

Ankara  şəhərində  Türk  Standartla-

rı  İnstitutunda  və  Xarici  İşlər  Nazir-

liyi  və  kalkınma  ajansında  müəllim, 

“Azərbaycan”  qəzetinin  Türkiyə  üzrə 

xüsusi müxbiri vəzifələrində işləmişdir.

“Gənclik”  nəşriyyatı  redaksiya  şu-

rasının  üzvü,  Azərbaycan  komsomolu 

Şöhrət  şurasının  üzvü,  “Türk  əsrində 

Azərbaycan”  jurnalının  redaksiya 

heyətinin üzvü və Azərbaycan təmsilçisi 

olmuş,  bir  sıra  respublika  festival  və 

müsabiqələrində  münsiflər  heyətinin 

üzvü  olmuşdur.  Sovet  uşaq  ədəbiyyatı 

və incəsənəti nümayəndələri tərkibində 

Çexoslovakiyada  (1972),  Macarıstan-

da  (1979)  olmuşdur.  Türkiyədə  İzmir 

şəhərində  I  Uluslararası  Türk  dünyası 

Turizm və Kültür simpoziumunda işti-

rak etmişdir (1994).

Azərbaycan  uşaq  ədəbiyyatının  in-

kişafında  əvəzsiz  xidməti  olub.  Şair 

bir  neçə  dillərdən  dilimizə    şeirlər  də 

tərcümə etmişdir. Şeirləri dünyanın bir 

çox  dillərinə  tərcümə  edilib,  kitab  ha-

lında çap edilib. 

Onun  “Meşənin  mahnısı”  və 

“Çiçəklərim,  güllərim”  kitablarında 

toplanan şeirlərini Azərbaycan uşaq po-

eziyasının incilərindən saymaq olar.

Ədəbiyyata 50-ci illərdə gələn şairin  

Azərbaycan dilində 30-a yaxın şeir və 

tərcümə, rus dilində isə 9 şeir kitabı işıq 

üzü görüb. 700-dən artıq kitab redakto-

rudur. Yüzlərlə gənc yazarların kitabla-

rının redaktoru olub, ön söz yazıb.

Hazırda yaradıcılığını davam etdirir. 

Prezident təqaüdçüsüdür.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin