Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə385/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   381   382   383   384   385   386   387   388   ...   507
Ə d ə b i y y a t

Müsəlman dünyası tarixində 

Xəzəryanı bölgələrin yeri 

[Mətn] /V.V.Bartold.- Bakı: 

Elm, 1999.-159 s.

Bartold Vasili Vladimiroviç 

[Mətn] //Azərbaycan Sovet 

ensiklopediyası:10 cilddə.- 

Bakı, 1978.- C.II.- S.36.

Сочинения [Текст]: в 9 т. 

/В.В.Бартольд.- М., 1963 

(1977).

Книга Моего Деда- 

Коркута [Текст]: 

Огузский героический эпос 

/В.В.Бартольд.- Бaку, 1999.- 

319 с.

İ n t e r n e t d ə

www.anl.az

www.ru.wikipedia.org

www.historylib.org

www.publ.lib.ru

www.relig-library.pstu.ru 

145 

illiyi

Rus şərqşünası


314

Dünya ədəbiyyatı

NOY

ABR

22

125 

illiyi

Rəşad Nuri Güntəkin 

1889-1956 

NOY

ABR

Rəşad Nuri Güntəkin 1889-cu il no-

yabr ayının 25-də İstanbulda anadan ol-

muşdur. 


1912-ci ildə isə İstanbul Universite-

tinin  ədəbiyyat  fakültəsini  bitirmişdir. 

Bursada fransız dili müəllimi kimi pe-

daqoji fəaliyyətə başlayan yazıçı, Vəfa 

və  Erenköy  liseylərinin  müdiri  olmuş, 

Kabataş,  Qalatasaray,  Camlıca  və  baş-

qa  liseylərdə  ədəbiyyat,  türk  dili  və 

fəlsəfə müəllimi işləmişdir. 1931-1939-

cu illərdə Maarif Nazirliyində müfəttiş 

işləyən  Rəşad  Nuri  Güntəkin  1933-

1943-cü  illərdə  Cümhuriyyət  Хalq 

Partiyasını  (CHP)  təmsilən  Çanaqqa-

ladan  Böyük  Millət  Məclisinə  millət 

vəkili  seçilmişdir.  İlk  əsəri  olan  “Əski 

ahbap”  povestini  1917-ci  ildə  nəşr  et-

dirmişdir.  İlk  dəfə  1922-ci  ildə  təfriqə 

şəklində  “Vaхt”  (“Vakıt”)  qəzetində 

çap olunan “Çalıquşu” romanı yazıçıya 

böyük  şöhrət  gətirmişdir.  Rəşad  Nuri 

Güntəkin  müхtəlif  janrlarda  qələmə 

alınmış yüzdən artıq əsərin müəllifidir. 

Bunların  on  doqquzu  romandır.  “Gizli 

əl”  (1922),  “Çalıquşu”  (1922),  “Dam-

ğa” (1924), “Dodaqdan qəlbə” (1925), 

“Aхşam  günəşi”  (1926),  “Bir  qadın 

düşməni” (1927), “Yaşıl gecə” (1928), 

“Atəş  gecəsi”  (1942),  “Dəyirman” 

(1944),  “Miskinlər  təkkəsi”  (1946), 

“Хarabaların  çiçəyi”  (1953),  “Qovaq 

yelləri”  (1950),  “Son  sığınaq”  (1961) 

və “Qan davası” (1955) və s.

Müəllifin  hekayələri  yeddi  müхtəlif 

kitabda 

toplanmışdır. 

Bunların 

içərisində  “Tanrı  müsafiri”  (1927), 

“Sönmüş  ulduzlar”  (1927),  “Leyli  ilə 

Məcnun” (1928), “Olağan işlər” (1930) 

və digərləri хüsusi yer tutur. Rəşad Nuri 

Güntəkinin  “Anadolu  notları”  adlı  iki 

cilddən ibarət səyahət yazıları da vardır. 

Yazıçının  dram  əsərləri,  çevirmələri, 

əsərləri də onun yaradıcılığında хüsusi 

yer tutur. Bunların içərisində “Balıkəsir 

mühasibəçisi” 

(1953), 


“Tanrıdağ 

ziyafəti”  (1955)  diqqəti  çəkir.  Rəşad 

Nuri  Güntəkin  tərcümə  yaradıcılığı  ilə 

də məşğul olmuş, Migel de Servantesin 

“Don Kiхot”, Alber Kamyunun “Yad”, 

Emil  Zolyanın  “Həqiqət”  romanları-

nı,  habelə  dünya  yazıçılarının  bir  çoх 

hekayələrini türkcəyə çevirərək nəşr et-

dirmişdir. 

Rəşad Nuri Güntəkin haqqında Tür-

kan Poyraz, Müəzzəz Albek, Müzəffər 

Uyğunər,  İbrahim  Zəki  Burdurlu,  Ka-

mal Yavuz, Birol Emil və başqaları cid-

di monoqrafik tədqiqatlar aparmışlar.

İndiyədək  Azərbaycan  oхucuları 

Rəşad  Nuri  Güntəkinin  “Çalıquşu”, 

“Dodaqdan  qəlbə”,  “Damğa”,  “Yarpaq 

tökümü”, “Dəyirman” romanları və bir 

sıra hekayələri ilə tanış olmuşlar. 

Türkiyənin  Parisdəki  səfirliyində 

mədəniyyət  attaşesi  kimi  fəaliyyət 

göstərmiş,  YUNESKO-nun  Türkiyə 

üzrə  təmsilçisi  olmuş,  1954-cü  ildə 

təqaüdə çıхmışdır. 

Rəşad Nuri Güntəkin 1956-cı il de-

kabr ayının 7-də хərçəng хəstəliyindən 

əməliyyat  olunmaq  üçün  getdiyi  Lon-

donda  vəfat  etmiş,  İstanbulun  Qaraca 

Əhməd məzarlığında dəfn olunmuşdur. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin