392
Siyasət.Hərbi iş
160
illiyi
Qaçaq Nəbi
1854-1896
2014
Nəbi Alı oğlu (Qaçaq Nəbi) 1854-cü
ildə Gəncə vilayəti, Zəngəzur qəzasının
Aşağı Mollu kəndində (indiki Qubadlı)
anadan olmuşdur.
Yeddi nəfərdən ibarət ailəni atası
çətinliklə dolandırırdı. Günlərin birində
16 yaşlı Nəbinin atasını bəy döymüş,
bunu görən Nəbi, bəyin üzərinə atıla-
raq onunla savaşmış, bəyin şikayətinə
əsasən həbs olunmuşdur. O, həbsdən
qaçaraq həmfikirlərini ətrafına top-
lamışdır. Rus çar rejiminə və onun
Azərbaycandakı əlaltıları olan bəylərə
qarşı mübarizəyə başlamışdır. Nəbinin
arvadı Həcər xanımla yanaşı baldızı
Mehri xanım da bu mübarizədə yaxın-
dan iştirak etmişdir.
Nəbi həbsxanadan qaçdıqdan sonra
çar idarəsinin Azərbaycandakı əlaltıları
olan mülkiyyət sahibi xan və bəylərin
zülmündən cana gələn kəndlilərdən
əli silah tutan bir hissəsi onun ətrafına
toplanmışdır. Nəbinin əsas düşmənləri
çar rejimi, xanlar və bəylər idi. O, bu
mübarizədə kasıbları və onların hü-
quqlarını müdafiə etmişdir. Nəbinin
mübarizə apardığı ərazi Zəngəzur və
Naxçıvan vilayətləri olmuşdur. Nəbinin
müasirləri də Azərbaycanın başqa
vilayətlərində qaçaqlıq hərəkatını da-
vam etdirirdilər. İstismarçı imperializmə
və rus çar rejiminə qarşı mübarizə apa-
ran qaçaqlara xalq yaxından köməklik
etmiş, onlarla fəxr etmişdir. Xalq on-
ları ərzaqla təmin etmiş, yeri gəldikdə
gizlətmişdir. Nəbi uzun müddət rus
kazakları ilə vuruşmuş, sıxışdırıldığı
zaman İrana və Türkiyəyə sığınmışdır.
Çar idarəsi bu hərəkatı yatırtmaq üçün
bütün vasitələrə əl atmışdır.
1894-cü il iyulun 20-də Nəbinin
qardaşı Mehdi Gürcivan kəndində çar
cəsusları tərəfindən öldürülmüşdür. Bu
hadisədən sonra Nəbi Gürcivan kəndinə
gələrək kazaklarla döyüşə girmiş, rus
çar idarəsində xidmət edən ağaları öl-
dürmüş və Arazı adlayaraq İrana keç-
mişdir. Arvadı Həcər xanım Çiçəkli
kəndində qalmışdır. Rus idarəsinin
cəsusları Həcərin Çiçəkli kəndində ol-
duğunu xəbər tutmuşlar və Həcəri ba-
cısı Mehri ilə birlikdə həbs etmiş, Go-
rusdakı qalada saxlamışlar.
Nəbi 1895-ci il oktyabr ayının 28-də
Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə
almış, rus polkovnikindən Həcəri və
baldızını tələb etmişdir. Rus polkovni-
ki Nəbinin bu tələbini yerinə yetirməyə
məcbur olmuşdur.
Çar hökuməti 20 il Qaçaq Nəbinin
dəstəsini məhv etməyə çalışsalar da la-
kin məqsədlərinə nail ola bilməmişlər.
1896-cı il mart ayının 12-də isə çar
hökuməti arzusunu gerçəkləşdirmiş,
Qaçaq Nəbi Kərbəladan dönərkən
Türkiyə ilə İran sərhəddi arasında olan
Larni kəndində rus cəsuslarına satılmış
iki xain tərəfindən qəfil hucuma məruz
qalmış və qətlə yetirilmişdir.
Dostları ilə paylaş: