Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün 755



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə494/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   490   491   492   493   494   495   496   497   ...   507
404

Tarixdə bu gün

755

 illiyi

Marağa rəsədxanası  

1259 

  

2014

XIII əsrə məxsus olan Marağa rəsədxanasının 

çox  qədim  bir  tarixi  vardır.  1253-cü  ildə  Çin-

giz  Xanın  nəvəsi  Hülaku  xan  böyük  bir  qoşunla 

Səmərqənddən  keçməklə  Xəzər  dənizinə  doğru 

hərbi yürüşə başlamış və bu əraziləri işğal etmiş-

dir.  O,  digər  alimlərlə  yanaşı  Nəsirəddin  Tusini 

də  həbsdən  azad  etmişdir.  Hülaku  xan  Tusinin 

qabiliyyətini,  ağıllı  fikir  və  mühakimələrini  və 

Şərq  xalqları  arasında  böyük  hörməti  olduğunu 

nəzərə alaraq onu özünün şəxsi müşaviri təyin et-

mişdir. 


Görkəmli  alim  qazandığı  nüfuzdan  istifadə 

edərək  çoxdan  arzuladığı  rəsədxananı  yarat-

maq  arzusunu  həyata  keçirməyə  başlamışdır.  O, 

rəsədxananın  tikiləcəyi  yeri  müəyyənləşdirmiş, 

eyni  zamanda  astronomik  cihazlar  hazırlamış, 

müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana 

üçün qiymətli kitablar əldə etmiş və rəsədxanada 

araşdırmalar  aparmaq  üçün  dünyanın  bir  çox 

ölkəsindən alimlər dəvət etmişdir.

Tusi  yarım  ildən  az  bir  müddətə  gələcək 

rəsədxana üçün çox əlverişli bir yer seçmişdir. Bu 

yer, Urmiya gölünün Şərq sahilindən 35 km ara-

lıda, dəniz səviyyəsindən 1613 metr yüksəklikdə 

yerləşən  bağlar  və  geniş  çöllərlə  əhatələnmiş 

qədim mədəniyyətə malik Marağa şəhərinin qərb 

tərəfində, təpəliyin zirvəsində idi. Burada astroiq-

lim çox əlverişli idi. Rəsədxananın ərazi ölçüləri 

150m × 35m idi. Hülaku xan rəsədxana yaratmaq 

üçün  20000  dinar  pul  buraxılmasına  razılıq  ver-

miş  və  nəhayət,  1259-cu  ildə  (Şamaxı Astrofizi-

ka  rəsədxanasının  təməlindən  düz  700  il  əvvəl) 

Marağa  astronomiya  rəsədxanasının  (təqribən 

50  il  fəaliyyət  göstərmişdir)  əsasının  qoyulması-

na  nail  olmuşdur.  Nəsirəddin  Tusi  rəsədxananın 

həm layihəsinin müəllifi idi, həm də astronomiya 

cihazlarının çertyojlarının hazırlanmasında yaxın-

dan iştirak etmişdir. 

Görkəmli 

astronom 

və 


konstruktor 

Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada 

beş yeni, bir o qədər də köhnə konstruksiyalı astro-

nomik cihaz quraşdımışlar. Bundan başqa, Mara-

ğa rəsədxanasında bir sıra astronomik məsələlərin 

həlli üçün zəruri sayılan, həmçinin, tədris məqsədilə 

istifadə olunan yer və göy qlobusları da hazırlan-

mışdır.  Ordinin  oğlu  Məhəmməd  tərəfindən  ha-

zırlanmış  göy  qlobuslarından  biri  bizim  günlərə 

qədər  çatmış  və  hal-hazırda  Drezdendə  saxlanır. 

Rəsədxananın  nəzdində  400  min  kitab  saxlanan 

kitabxana  və  bu  elmi  mərkəzi  kadrlarla  təchiz 

etməkdən ötrü məktəb fəaliyyət göstərmişdir. Bu-

rada çalışanlar türk, fars, ərəb, monqol, çin, gürcü 

tatar,  yəhudi  və  digər  millətlərin  nümayəndələri 

idilər. Tusinin rəsədxanası öz həcminə görə Şərqin 

bütün  məşhur  rəsədxanalarını  geridə  qoyurdu. 

Marağa  rəsədxanasında  çalışan  əməkdaşların 

elmi fəaliyyəti və astronomik müşahidələri “Zici-

İlxani” (İlxanilərin astronomik cədvəlləri) adlan-

dırılan kollektiv əsərin yaranmasına gətirib çıxar-

mışdı.  Bu  cədvəllərin  sonuncusu  1284-cü  ildə, 

Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

Məşhur  alimlərdən  ibarət  böyük  kollektiv  12 

illik  gərgin  zəhmətdən  sonra  “Zic  Elxani”  (El-

xan  cədvəlləri)  adlı  məşhur  kataloq  yaratmışdı-

lar. Elxanilər sülaləsinin şərəfinə adlandırılmış bu 

kataloq  bütün  Avropa  ölkələrində  əsrlərlə  geniş 

istifadə edilmişdir.

Marağa  rəsədxanası  dünya  elm  tarixində 

möhtəşəm  bir  abidədir.  Burada  aparılan  elmi 

işlərin  diapazonu,  səviyyəsi  onun  irsinin  sonrakı 

əsrlərdə inkişafına təsir göstərmişdi ki, rəsədxana 

öz  çərçivəsindən  çıxaraq  Elmlər  Akademiyası 

zirvəsinə  yüksəlmişdi.  Yüksək  səviyyəli  böyük 

elmi  kollektivə,  mükəmməl  astronomik  alətlərə 

və  zəngin  kitabxanaya  malik  olmuş  Marağa 

rəsədxanası XIII əsrdə dünyanın ən görkəmli elm 

və  mədəniyyət  mərkəzi  kimi  şöhrət  qazanmışdı. 

Təsadüfi deyil ki, YUNESKO 2008-ci ili “Marağa 

rəsədxanası ili” elan etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   490   491   492   493   494   495   496   497   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin