403
Ə d ə b i y y a t
Əhmədov, F. Gəncənin
tarix yaddaşı [Mətn]
/F.Əhmədov.- Bakı,
1998.-237 s.
İsayev, Ə. Gəncə və
gəncəlilər[Mətn]
/Ə.İsayev.- Bakı:
Azərnəşr, 1992.- 352 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.ganca.net
Tarixdə bu gün
875
illiyi
Göygöl
1139
2014
Azərbaycan
gözəl
mənzərələr
məskənidir. Təbiət başı qarlı dağları-
nı, alp çəmənliklərini, subtropik zo-
nalarını, qızmar günəşi, təmiz dağ
havasını, iti axınlı çaylarını, mineral
bulaqlarını, dəniz və göllərini buradan
əsirgəməmişdir.
Azərbaycanın ən gözəl göllərindən
biri olan Göygöl Gəncədə yerləşir.
1139-cu ildə Gəncədə baş vermiş
zəlzələ nəticəsində Kəpəz dağı uçaraq
Ağsu çayının qarşısını kəsib. Nəticədə
isə, füsunkar gözəlliyi, xüsusilə də suyu-
nun şəffaflığı ilə seçilən məşhur Göygöl
yaranmışdır.
Göygöl ərazisində ümumilikdə 19 göl
var. Bunlardan 7-si böyük göllər sırasına
daxildir: Maral göl, Qara göl, Ördək göl,
Zəli göl, Ağ göl, Ayna göl, Şamlıq göl...
Dəniz səviyyəsindən 1556 metr
yüksəkliyində yerləşir. Uzunluğu 2800
metrdir.
Eni 800 metrdən 1000 metrə qədər,
dərinliyi 96 metrdir. Gölün görünmə
qabiliyyəti 8-10 metrdir.
Hüsnü o qədər gözəldir ki, görənlər
heyran qalır. Moskvalı alım, tibb elmləri
doktoru R.Qlizerin onun “qonağı ol-
duqdan” sonra yazıb ki, “Göygölü seyr
etmək, onun havası ilə nəfəs almaq,
müalicə ücün bir “vaqon” dərman
qəbul etməkdən yaxşıdır”. Ona, “Göy-
göl” deyirlər. Çünki ağacların kölgəsi
ayna üzünə düşüb rəngini göyərtmişdir.
Əslində göy rəng xoşa gələn yaşıllıqdır,
yaşıllıqsa cavanlıq əlamətidir.
Göygölün faunası olduqca zəngindir.
Göldə qorunmaqda olan forel balıqla-
rı yaşayır. O, Azərbaycanın digər çay
forellərindən xeyli fərglənir. Öz mənşəyi
etibarilə Göygöl foreli çay forelindən
əmələ gəlmişdir. Onların əmələgəlmə ta-
rixi Göygölün yaranma tarixi ilə bağlıdır.
Zəlzələ zamanı gölün ərazisində qalan
çay forelləri uzun illər ərzində tədricən
göl forelinə çevrilmiş, artıb çoxalmış və
zəmanəmizə qədər gəlib çatmışdir.
Göygöl Dövlət Təbiət Qoruğu 1925-
ci ildə Azərbaycanda yaradılmış ilk qo-
ruqdur. Göygöl və onun ətrafının meşə
landşaftı öz təbiət zənginliyi və füsun-
karlığı ilə dünyada məşhurdur.
Göygöl Dövlət Təbiət Qoruğu Göy-
göl rayonu ərazisində yerləşir. Ərazisi
6732 hektardır. Ərazisində 423 növ ağac
və kol, dərman bitkiləri var. Ərazidə
Qafqaz maralı, cüyür, ayı, çöl qabanı,
dağ keçisi, canavar, tülkü, caqqal, por-
suq, oxatan kirpi, cöl pişiyi, vaşaq var.
Göygöl və onun ətrafının meşə land-
şaftı öz təbiət zənginliyi və füsunkarlığı
ilə dünyada məşhurdur.
|