Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə145/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   141   142   143   144   145   146   147   148   ...   507
28

28

Ə d ə b i y y a t 

Azərbaycanın milli 

təhlükəsizlik orqanlarının 

şəxsi heyəti peşə bayramı-

nı qeyd etmişdir [Mətn]            

//Azərbaycan .-2011.- 29 

mart. - S. 2.

Milli Təhlükəsizlik orqanları-

nın qəhrəmanları [Mətn]     /

baş məsl. E.Mahmudov; 

məsl.F.Vahabov; red. 

A.Babayev; tərt.: X.Tağıyeva, 

N.Allahverdiyev.- Bakı: MTN-

nin İctimai Əlaqələr Mərkəzi: 

İndiqo, 2008.- 324 s.

Milli təhlükəsizliyin keşiyində 

[Mətn]  //Azərbaycan.- 

2012.-28 mart.- S.5.

Zülfüqaroğlu, Ə.Milli 

təhlükəsizlik orqanlarının 

yaranmasından 93 il ötür 

[Mətn] Bu münasibətlə 

bayram tədbiri keçirilib 

/Ə.Zülfüqaroğlu //Həftə içi 

.-2012.- 29 mart.- S. 2.

İ n t e r n e t d ə 

www.anl.az

www.mns.gov.az    

www. ebooks.preslib.az

MART


115

MART

Azərbaycanlıların Sоyqırımı Günü

 1918

MART

31

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və 

uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini alma-

mış soyqırımı da tarixin açılmamış səhifələrindən 

biridir.

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-

tan  və  Türkmənçay  müqavilələri  Azərbaycan 

xalqının  parçalanmasının,  tarixi  torpaqlarımızın 

bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-

nın bu milli faciəsinin davamı kimi onun torpaqla-

rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət 

gerçəkləşdirilərək  ermənilərin  kütləvi  surətdə 

Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-

rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının 

ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-

zilərində  məskunlaşdırılan  ermənilər  orada  yaşa-

yan  azərbaycanlılarla  müqayisədə  azlıq  təşkil  et-

mələrinə baxmayaraq öz havadarlarının himayəsi 

altında “Erməni vilayəti” adlandırılan inzibati böl-

günün yaradılmasına nail oldular. Belə süni ərazi 

bölgüsü  ilə,  əslində,  azərbaycanlıların  öz  torpaq-

larından qovulması və məhv edilməsi siyasətinin 

bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları 

təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan” 

yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 

1905-1907-ci  illərdə  azərbaycanlılara  qarşı  açıq 

şəkildə  genişmiqyaslı  qanlı  aksiyalar  həyata 

keçirmişdilər.  Ermənilərin  Bakıdan  başlanan 

vəhşilikləri  Azərbaycanı  və  indiki  Ermənistan 

ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə  etmiş-

di.  Yüzlərlə  yaşayış  məntəqəsi  dağıdılmış,  yerlə 

yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə 

qətlə yetirilmişdi. 

Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş 

vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən 

məharətlə  istifadə  edən  ermənilər  öz  iddialarını 

bolşevik  bayrağı  altında  reallaşdırmağa  nail  ol-

muşdular. 1918-ci ilin mart ayından etibarən əks-

inqilabçı  ünsürlərlə  mübarizə  şüarı  altında  Bakı 

Kommunası tərəfindən ümumən Bakı quberniyası-

nı azərbaycanlılardan təmizləmək məqsədi güdən 

mənfur planın həyata keçirilməsinə başlanılmışdı. 

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər 

Azərbaycan xalqının yaddaşına əbədi həkk olun-

muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-

li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər 

evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. 

Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, 

məscid və digər abidələri dağıtmış, Bakının böyük 

bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı, 

Quba  qəzalarında,  Qarabağda,  Zəngəzurda,  Nax-

çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-

gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-

dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə 

yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət 

abidələri dağıdılıb məhv edilmişdir.

Zaqafqaziyanın  sovetləşməsindən  öz  çirkin 

məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə 

Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-

rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-

rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-

Tarixdə bu gün



116

tasiya edilməsi siyasətini daha da genişləndirmək 

məqsədilə  yeni  vasitələrə  əl  atmışdılar.  Bunun 

üçün  onlar  SSRİ  Nazirlər  Sovetinin  23  dekabr 

1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və 

başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in 

Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi 

qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların 

öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-

yasına dövlət səviyyəsində nail olmuşdular.

Erməni  millətçiləri  öz  havadarlarının  köməyi 

ilə  50-ci  illərdən  etibarən  Azərbaycan  xalqına 

qarşı  kəskin  mənəvi  təcavüz  kampaniyasına  baş-

lamışdılar.  Keçmiş  sovet  məkanında  müntəzəm 

şəkildə  yayılan  kitab,  jurnal  və  qəzetlərdə  milli 

mədəniyyətimizin,  klassik  irsimizin,  memarlıq 

abidələrimizin ən nəfis nümunələrinin erməni xal-

qına  mənsub  olduğunu  sübut  etməyə  çalışırdılar. 

Eyni  zamanda,  onlar  tərəfindən  bütün  dünyada 

azərbaycanlıların  mənfi  obrazını  formalaşdırmaq 

cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni 

xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-

onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-

muş,  azərbaycanlılara  qarşı  soyqırım  törədənlər 

soyqırım qurbanları kimi qələmə verilmişdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan 

İrəvan  şəhərindən  və  Ermənistan  SSR-in  digər 

bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-

raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların 

hüquqları ermənilər tərəfindən kobudcasına pozu-

lur,  ana  dilində  təhsil  almasına  əngəllər  törədilir, 

onlara  qarşı  repressiyalar  həyata  keçirilirdi. 

Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, 

toponimika  tarixində  misli  görünməyən  qədim 

toponimlərin  müasir  adlarla  əvəzolunma  prosesi 

baş vermişdir.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda 

başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız 

insanın,  o  cümlədən  çoxlu  sayda  qoca,  qadın  və 

uşaqların öldürülməsi ilə nəticələnmişdir.

Martın  30-dan  aprelin  2-dək  davam  edən 

kütləvi  qırğınlarda  Stepan  Şaumyanın  rəhbərlik 

etdiyi  erməni  bolşevik  dəstələri  Bakıda  minlərlə 

insanı  qətlə  yetirmiş,  müsəlman  ziyarətgahlarını 

yandırmış,  Bakı  əhalisinin  400  milyon  manatlıq 

əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-

manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir 

məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən 

möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” 

binası yandırılmışdır.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı 

siyasəti, təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdır. 

Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 

53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 

qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 

kəndində  öldürülən  günahsız  azərbaycanlıların 

sayı isə 16 mindən artıq olmuşdur. Erməni daşnak-

ları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağ-

da  minlərlə  kəndi  yandırmış,  on  minlərlə  insanı 

vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-

də Azərbaycan Demokratik Respublikasının yarat-

dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-

la  bağlı  çoxsaylı  sənədləri  toplayaraq  hökumətə 

təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-

ti  31  mart  tarixinin  -  azərbaycanlıların  soyqırımı 

günü  kimi  qeyd  olunması  barədə  qərar  qəbul  et-

mişdir.  Sovet  hakimiyyəti  illərində  bu  tarix  yad-

daşlardan  silinsə  də,  müstəqillik  dövründə  tarixi 

sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan 

xalqının  başına  gətirilən  faciəvi  hadisələrlə  bağlı 

çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-

muşdur. 1998-ci il martın 26-da Prezident Heydər 

Əliyev  “Azərbaycanlıların  soyqırımı  haqqında” 

Fərman  imzalamışdır.  Həmin  gündən  başlayaraq 

31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü 

kimi qeyd olunur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin