Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə144/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   140   141   142   143   144   145   146   147   ...   507
Ə d ə b i y y a t

Azərbaycanın xalq 

bayramı Novruz [Mətn]: 

bələdçi kitab /layih. rəhb. 

Ə.Qarayev; mətnin müəl. 

Ə.Vəliyev, V.Bəhmənli.-

Bakı: Təhsil, 2011.-208 s.

Azərbaycanda Novruz 

[Mətn].- Bakı: Çıraq, 

2012.- 271 s.

Novruz:  ənənə və mü-

asirlik [Mətn]: Novruz 

bayramına həsr olunmuş 

Elmi Konfransın material-

ları: (17 mart 2001-ci il)   

/hazırl. Azərbaycan Dövlət 

Mədəniyyət və İncəsənət 

Universiteti; Tələbə Elmi 

Cəmiyyəti; elmi red. və 

tərt. ed. M.Süleymanlı; 

burax. məsul İ.Hüseynov.- 

Bakı: Nəşriyyat-

Poliqrafiya Mərkəzi, 

2001.- burax.1- 96 s.

Əhmədov, Ə. Nov-

ruz süfrəsi [Mətn] 

/Ə.Əhmədov.- Bakı: 

Azərnəşr, 2011.- 80 s.

İ n t e r n e t d ə

www. az.wikipedia.org

www. deyerler.org

20


114

Tarixdə bu gün

Milli Təhlükəsizlik Orqanları 

İşçilərinin Peşə Bayramı Günü 

1997

MART

1918-ci ildə yaradılmış  Azərbaycan 

Demokratik Respublikasında 1919-cu 

il martın 28-də müdafiə naziri Səməd 

bəy Mehmandarovun 157 saylı əmrinə 

əsasən  kəşfiyyat  və  əks-kəşfiyyat 

xidməti təşkil olunmuşdu. Bu təşkilatın 

vəzifəsi 

terrorizmə, 

casusluğa, 

təxribatlara  qarşı  mübarizə  aparmaq 

idi. Lakin cümhuriyyətinin süqutu və 

1920-ci  ildə  sovet  ordusu  tərəfindən 

Azərbaycanın 

işğalı 

nəticəsində 

təşkilatın üzvləri repressiyalara məruz 

qalmış, M.Şeyxzamanlı başda olmaqla 

əksər rəhbər heyət güllələnmişdi. 

Sovet  dövründə  qurum  əvvəlcə 

Fövqəladə  Komissiya  (“ÇK”)  adlan-

mış, bir müddət Daxili İşlər Xalq Ko-

missarlığının  (“NKVD”)  tərkibində 

fəaliyyət  göstərmiş,  sonra  Dövlət 

Təhlükəsizlik  Komitəsi  təşkil  olun-

muşdur. 


50-ci  illərin  sonlarından  etibarən 

respublika  təhlükəsizlik  orqanların-

da milliləşmə və tarixi ədalətin bərpa 

edilməsi,  repressiyaya  məruz  qalmış 

bir  çox  insanların  hüquqi  və  mənəvi 

bəraət alması istiqamətində xeyli işlər 

görüldü.  Bu  proses  bilavasitə  ömrü-

nün  böyük  bir  hissəsini  təhlükəsizlik 

orqanlarına  həsr  etmiş  görkəmli 

dövlət  xadimi  Heydər  Əliyevin  adı 

ilə bağlıdır. Onun Azərbaycan Dövlət 

Təhlükəsizlik 

Komitəsində 

əks-


kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, 

xüsusilə  də  komitə  rəhbərliyinə  irəli 

çəkildiyi 1964-ci ildən sonrakı dövrdə 

orqana  milli  kadrların  cəlb  olunma-

sı,  onların  yetişdirilib,  həlledici  iş 

sahələrində  rəhbər  vəzifələrə  təyin 

olunması nəzərəçarpacaq şəkildə geniş 

vüsət  almağa  başladı.  1967-ci  ilədək 

respublikanın  təhlükəsizlik  orqanla-

rına  qeyri-azərbaycanlılar  rəhbərlik 

ediblər.  Həmin  il  general  Heydər 

Əliyev  Azərbaycan  DTK-nın  sədri 

təyin olunmuşdur.

Azərbaycan  müstəqilliyini  bərpa 

etdikdən  sonra,  1991-ci  il  noyabrın 

1-də Milli Təhlükəsizlik Nazirliyi ya-

ranıb. Milli Təhlükəsizlik Nazirliyinin 

qarşısında duran vəzifələr Azərbaycan 

Respublikasının  suverenliyinə,  kons-

titusiya quruluşuna, iqtisadi, müdafiə, 

elmi-texniki potensialına, digər həyati 

əhəmiyyətli  maraqlarına  qarşı  xarici 

dövlətlərin  xüsusi  xidmətlərinin  və 

təşkilatlarının, cinayətkar qrupların və 

ayrı-ayrı  şəxslərin  kəşfiyyat  və  digər 

təxribat-pozuculuq fəaliyyətinin qarşı-

sını almaqdan ibarətdir. 

“Azərbaycan  Respublikası  Milli 

təhlükəsizlik orqanları əməkdaşlarının 

peşə  bayramı  gününün  təsis  edilməsi 

haqqında”  Azərbaycan  Respublikası-

nın Prezidenti Heydər Əliyevin 1997-

ci  il  23  mart  tarixli  Fərmanı  ilə  28 

mart  -  Milli  Təhlükəsizlik  Orqanları 

İşçilərinin  Peşə  Bayramı  Günü  elan 

olunmuşdur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin