114
Tarixdə bu gün
Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü
1997
MART
1918-ci ildə yaradılmış Azərbaycan
Demokratik Respublikasında 1919-cu
il martın 28-də müdafiə naziri Səməd
bəy Mehmandarovun 157 saylı əmrinə
əsasən kəşfiyyat və əks-kəşfiyyat
xidməti təşkil olunmuşdu. Bu təşkilatın
vəzifəsi
terrorizmə,
casusluğa,
təxribatlara qarşı mübarizə aparmaq
idi. Lakin cümhuriyyətinin süqutu və
1920-ci ildə sovet ordusu tərəfindən
Azərbaycanın
işğalı
nəticəsində
təşkilatın üzvləri repressiyalara məruz
qalmış, M.Şeyxzamanlı başda olmaqla
əksər rəhbər heyət güllələnmişdi.
Sovet dövründə qurum əvvəlcə
Fövqəladə Komissiya (“ÇK”) adlan-
mış, bir müddət Daxili İşlər Xalq Ko-
missarlığının (“NKVD”) tərkibində
fəaliyyət göstərmiş, sonra Dövlət
Təhlükəsizlik Komitəsi təşkil olun-
muşdur.
50-ci illərin sonlarından etibarən
respublika təhlükəsizlik orqanların-
da milliləşmə və tarixi ədalətin bərpa
edilməsi, repressiyaya məruz qalmış
bir çox insanların hüquqi və mənəvi
bəraət alması istiqamətində xeyli işlər
görüldü. Bu proses bilavasitə ömrü-
nün böyük bir hissəsini təhlükəsizlik
orqanlarına həsr etmiş görkəmli
dövlət xadimi Heydər Əliyevin adı
ilə bağlıdır. Onun Azərbaycan Dövlət
Təhlükəsizlik
Komitəsində
əks-
kəşfiyyata rəhbərlik etdiyi illər ərzində,
xüsusilə də komitə rəhbərliyinə irəli
çəkildiyi 1964-ci ildən sonrakı dövrdə
orqana milli kadrların cəlb olunma-
sı, onların yetişdirilib, həlledici iş
sahələrində rəhbər vəzifələrə təyin
olunması nəzərəçarpacaq şəkildə geniş
vüsət almağa başladı. 1967-ci ilədək
respublikanın təhlükəsizlik orqanla-
rına qeyri-azərbaycanlılar rəhbərlik
ediblər. Həmin il general Heydər
Əliyev Azərbaycan DTK-nın sədri
təyin olunmuşdur.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra, 1991-ci il noyabrın
1-də Milli Təhlükəsizlik Nazirliyi ya-
ranıb. Milli Təhlükəsizlik Nazirliyinin
qarşısında duran vəzifələr Azərbaycan
Respublikasının suverenliyinə, kons-
titusiya quruluşuna, iqtisadi, müdafiə,
elmi-texniki potensialına, digər həyati
əhəmiyyətli maraqlarına qarşı xarici
dövlətlərin xüsusi xidmətlərinin və
təşkilatlarının, cinayətkar qrupların və
ayrı-ayrı şəxslərin kəşfiyyat və digər
təxribat-pozuculuq fəaliyyətinin qarşı-
sını almaqdan ibarətdir.
“Azərbaycan Respublikası Milli
təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı gününün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin 1997-
ci il 23 mart tarixli Fərmanı ilə 28
mart - Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü elan
olunmuşdur.
Dostları ilə paylaş: