Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə142/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   138   139   140   141   142   143   144   145   ...   507
Ə d ə b i y y a t

Daxili Qoşunlar [Mətn]      

//Azərbaycan Milli Ensik-

lopediyası: Azərbaycan.- 

Bakı, 2007.- S.369.

Daxili Qoşunlar daim 

Azərbaycan xalqına və 

dövlətçiliyinə sədaqətlə 

xidmət etmişdir [Mətn]

//Azərbaycan.- 2011.- 13 

mart.- S.3.

Məzahiroğlu, C. Daxi-

li qoşunlar: islahatlar 

və perspektivlər. Yaxın 

vaxtlarda bu qurumda 

mülki şəxslərin sayı iki 

dəfə artırılacaq [Mətn] 

/C.Məzahiroğlu //Ayna.-

2012.- 17 mart.- S.10-16.

Həsənov, Z. Daxili Qoşun-

lar yüksəliş mərhələsini 

yaşayır [Mətn] /Z.Həsənov                   

//Azərbaycan.- 2011.- 12 

mart.- S.4. 

 

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www. e-qanun.az 

www. mia.gov.az

12


112

Tarixdə bu gün

“20 Yanvar” metrostansiyasında terror

1994 

MART

Bakı metropolitenində 1994-cü ildə 

baş  vermiş  terror  aktları,  partlayışlar 

mart  və  iyul  aylarında  baş  vermişdir. 

Birinci partlayış mart ayının 19-u “20 

Yanvar” metro stansiyasında, ikinci isə 

iyul ayının 3-ü “28 May” və “Gənclik” 

stansiyalarının arasında baş vermişdir.

1994-cü  il  mart  ayının  19-da  saat 

13.00-da  qatar  stansiyada  dayandığı 

zaman,  birinci  vaqonda  saat  mexa-

nizmi  ilə  təchiz  edilmiş  əldədüzəlmə 

partlayıcı  qurğu  işə  düşmüşdür.  Part-

layış nəticəsində 14 nəfər həlak olmuş, 

49  nəfər  yaralanmışdır.  Həlak  olanlar 

arasında  Azərbaycan  Respublikasının 

Xalq artisti Rafiq Babayev də var idi.

İstintaq nəticəsində, separatçı “Sad-

val” ləzgi təşkilatının üzvləri həbs olun-

muş, istintaq zamanı məlum olmuşdur 

ki, “Sadval” separatçı təşkilatının həmin 

fəalları 1992-ci ildən etibarən dəfələrlə 

Ermənistan Respublikasında olmuşlar. 

Bu  ölkənin  Milli  Təhlükəsizlik  Baş 

İdarəsi  təşkilatın  formalaşmasında, 

maliyyələşməsində və silahlanmasında 

yaxından iştirak etmiş və orada onlara 

xüsusi təlim keçilmişdir.

Azərbaycan Respublikasının hüquq 

mühafizə  orqanları  tərəfindən  terror 

aktının icrasında və təşkilində iştiraka 

görə 11 nəfər həbs olunmuş, onlardan 

ikisi barəsində güllələnmə hökmü çıxa-

rılmış,  digərləri  isə  müxtəlif  müddətli 

həbs cəzasına məhkum olunmuşlar.

1992-ci  ilin  aprel-may  ayların-

da  30  nəfər  milliyyətcə  ləzgi  olan 

Azərbaycan  vətəndaşı  Ermənistanın 

Nairi rayonunun Lusakert qəsəbəsində 

yerləşən  təlim-məşq  bazasında  xüsusi 

terror-təxribat  hazırlığı  keçmişlər.  İs-

tintaq  zamanı  müəyyən  edilmişdir  ki, 

təxribatçılar təlimata uyğun olaraq, “20 

Yanvar”  stansiyası  ilə  yanaşı  Bakının 

“Nizami”  kinoteatrında,  Respublika 

Sarayında  və  Bakı  lampa  zavodunda 

da  partlayışlar  törətməyi  planlaşdır-

mışlar. Ancaq terrorçular məqsədlərinə 

axıra qədər nail ola bilməmişlər. Terror 

aktı  nəticəsində  həlak  olan  soydaşla-

rımızın  adları  “20  Yanvar”  metros-

tansiyasının  divarına  həkk  olunaraq 

əbədiləşdirilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin