109
Texnika
80
illiyi
Yuri Qaqarin
1934-1968
MART
Yuri Alekseyeviç Qaqarin 1934-cü
il mart ayının 9-da Rusiyanın Smo-
lensk vilayətinin Qоatski rayonunun
Kluşino kəndində kolxozçu ailəsində
anadan olmuşdur.
Doğma kəndində natamam orta
məktəbi bitirdikdən sonra 1951-ci ildə
Lyubertsi şəhərində sənət məktəbinə
daxil olmuşdur. Sənət məktəbini
bitirdikdən sonra Saratov Sənaye Tex-
nikumuna daxil olmuş, texnikumda
təhsilini davam etdirməklə bərabər
Saratov aeroklubuna kursant qəbul
edilmişdir. Qaqarin kosmosa doğru
ilk addımını məhz Saratovda atmışdır.
1955-ci ildə təhsilini əla qiymətlərlə
başa vuraraq Yak-18 təyyarəsində
ilk dəfə sərbəst uçuş etmişdir. Qısa
müddətdə 196 dəfə havaya qalxmış və
42 saat 23 dəqiqə uçuş keçmişdir. Elə
həmin ilin payızında hərbi xidmətə ça-
ğırılmış və Orenburqda xidmət etməyə
başlamışdır. Təyyarəni sərbəst idarə
edə bildiyi üçün Qaqarini Orenburqda-
kı Hərbi Aviasiya Məktəbinə oxumağa
göndərmişlər.
1957-ci ildə Çkalov adına hərbi-
aviasiya məktəbini, 1968-ci ildə isə
N.Y.Jukovski adına Moskva Hərbi-
Hava Mühəndisləri Akademiyasını bi-
tirmişdir. 1957-ci ildən Qırmızı Bay-
raqlı Şimal Donanmasının aviasiya
hissələrinin birində qırıcı-təyyarəçi
kimi xidmət etməyə başlayan Qaqari-
ni 1960-cı ildə kosmonavtlar dəstəsinə
qəbul etmişlər. Dünyada ilk kosmo-
navt kimi Yuri Qaqarin 1961-ci il ap-
rel ayının 12-də “Vostok” gəmisində
kosmosa uçmuş, yer ətrafında 1 saat
48 dəqiqə dövr edib geri qayıtmışdır.
1961-ci il aprel ayının 14-də “Sovet
İttifaqı Qəhrəmanı” adına layiq görül-
müşdür.
SSRİ-nin ilk təyyarəçi-kosmonavtı,
polkovnik, Sovet İttifaqı Qəhrəmanı
Qaqarin Yuri Alekseyeviç 1968-ci
il mart ayının 27-də təyyarədə təlim
uçuşu zamanı qəza nəticəsində həlak
olmuşdur. Sınaq uçuşu 20 dəqiqə
nəzərdə tutulmuşdu, lakin havaya qalx-
dıqdan 10 dəqiqə sonra Yuri Qaqarin
yerə enmək üçün icazə istəmiş və bun-
dan sonra təyyarə ilə əlaqə kəsilmişdi.
Əvvəlcə, bunu heç kəs faciə kimi
qiymətləndirmək istəməmiş, lakin bir
müddətdən sonra həyəcan siqnalı ve-
rilmiş və itən təyyarənin axtarışına
başlanmışdı. Yalnız 3 saatlıq axtarış-
dan sonra təyyarənin qalıqlarını uçuş-
sınaq mərkəzindən 85 kilometr aralı,
Novoselovo kəndi ətrafında tapmışlar.
Yuri Qaqarin Moskvada Kreml di-
varında dəfn olunmuşdur.
Vəfatından sonra Qaqarinin xatirəsi
əbədiləşdirilmiş, Qjatsk rayonu Qaqa-
rin adlandırılmış, Moskvada və SSRİ-
nin hər yerində onun adına küçələr və
parklar salınmışdır.
Dostları ilə paylaş: