106
Kimya.Biologiya.Tibb
Əbdül Qasımov
1929-2005
MART
Əbdül Hüseynəli oğlu Qasımov
1929-cu il mart ayının 5-də Lənkəran
rayonu Kənarmeşə kəndində anadan
olmuşdur. 1946-cı ildə həmin rayonun
Xolmili kənd orta məktəbini bitirmiş
və 1946-1950-ci illərdə Azərbaycan
Pedaqoji İnstitutunda təhsil almışdır.
Azərbaycan
Pedaqoji
İnstitu-
tunun tələbəsi kimi öz diplom işi-
ni Azərbaycanın Lənkəran rayonu
su hövzələrinin iynəcə sürfələrinin
tədqiqinə həsr etmişdir. 1950-ci ildə
Pedaqoji İnstitutu bitirərək elə həmin
il Azərbaycan SSR EA Zoologiya İns-
titutunda aspiranturaya daxil olmuş,
Leninqrada (indiki Sankt-Peterburq),
SSRİ EA Zoologiya İnstitutuna
göndərilmişdir. 1954-cü ilin oktyabr
ayında Ə.H.Qasımov namizədlik dis-
sertasiyasını müdafiə etmişdir.
1954-cü ildə Azərbaycan SSR EA
Zoologiya İnstitutunun hidrobiologi-
ya laboratoriyasında kiçik elmi işçi
vəzifəsində müstəqil elmi fəaliyyətə
- Mingəçevir su anbarının dib
orqanizmlərini öyrənməyə başlamışdır.
1956-cı ildən institutda baş elmi işçi
vəzifəsinə seçilmiş və elə o vaxtdan o,
Azərbaycanın yüksək dağlıq zonasın-
dakı gölləri, Kür çayının aşağı axarını
və bir sıra başqa su hövzələrinin fauna-
larının tədqiqi ilə məşğul olmuşdur.
Ə.H.Qasımov Polşa, ABŞ, Ya-
poniya, Yunanıstanda və b. ölkələrdə
keçirilən beynəlxalq konfranslarda və
digər elmi tədbirlərdə məruzələrlə ça-
xış etmişdir. Onun bir sıra elmi işi xa-
rici ölkələrin mötəbər elmi nəşrlərində
işıq üzü görmüşdür. 1963-cü ildə
M.V.Lomonosov adına MDU-nun
elmi şurasında doktorluq dissertasiyası
müdafiə etmiş, 1969-cu ildə SSRİ Ali
Attestasiya Komissiyası ona professor
elmi adını vermişdir. XX əsrin 70-ci
illərinə qədər apardığı tədqiqatların
nəticələri “Aşağı Kürün və Mingəçevir
su anbarının hidrofaunası” (1965) və
“Qafqazın şirin su faunası” (1972)
monoqrafiyaları və Azərbaycan fa-
unası seriyasından olan iki monoq-
rafiyada “Xərçəngkimilər” (1976)
və “Rotatorilər” (1984) kitablarında
öz əksini tapmışdır. Ə.H.Qasımov
tərəfindən 1988-2005-ci dövrü üçün
Azərbaycanın şirin su tutarlarında
balıqçılıq təsərrüfatlarının inkişa-
fı sxemi və eləcə də Azərbaycanda
2005-ci ilə qədərki dövrdə süni göl-
balıqçılıq təsərrüfatlarının respublika-
da yerləşməsi və inkişafı xəritəsi tərtib
edilmişdir.
Ə.H.Qasımov 362 elmi işin, o
cümlədən, 21 monoqrafiya, 16 elmi-
kütləvi kitabın müəllifidir. O, həmçinin
“Xəzər gölünün ekologiyası” (1994),
“Neft və Xəzər dənizinin bioloji eh-
tiyatları” (2001) və başqa kitabların
da müəllifidir. Son əsəri 2004-cü ildə
üç dildə - Azərbaycan, ingilis və rus
dillərində nəşr olunmuş “Xəzər dənizi
planktonunun ekologiyası” kitabıdır.
Görkəmli alim, Əməkdar elm xadi-
mi Əbdül Qasımov 2005-ci ildə vəfat
etmişdir.
Dostları ilə paylaş: