Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə138/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   134   135   136   137   138   139   140   141   ...   507
Ə d ə b i y y a t

Uşaq xəstəlikləri 

[Mətn]: Tibb Univer-

sitetinin pediatriya 

fakültəsinin IV-VI kurs 

tələbələri üçün dərslik 

/A.Əyyubova [və b.]; 

red. A.Əyyubova.-Bakı: 

Şərq-Qərb, 2008.-     

429 s.

İ n t e r n e t d ə

www.amuclinic.com

www.anl.az

www.gender-az.org

26

Allerqoloq


108

Kimya.Biologiya.Tibb

Fəzilə Səmədova 

1929

MART

Fəzilə  İbrahim  qızı  Səmədova  1929-

cu il mart ayının 29-da Şamaxı şəhərində 

ziyalı ailəsində anadan olmuşdur. 1946-

cı  ildə  orta  məktəbi  bitirib  keçmiş 

M.Əzizbəyov adına Azərbaycan Sənaye 

İnstitutunun kimyaçı-texnoloq mühəndisi 

fakültəsinə qəbul olunmuşdur.

1956-1960-cı illərdə həmin institutda 

assistent, dosent olmuş, 1988-ci ildə pro-

fessor adı almışdır. 

1970-1977-ci  illərdə  SSRİ  Neft-

Kimya  Nazirliyinin  Rəhbər  İşçilərinin 

Təkmilləşdirmə  İnstitutunun  Bakı  filia-

lında  müəllim  işləmişdir.  1991-ci  ildən 

SSRİ  Neft  Kimya  Sənayesi  Nazirliyi-

nin Dövlət Elm və Texnika Komitəsinin 

Əlaqələndirici  Şurasının  üzvü,  1977-

1992-ci illərdə AMEA-nın Aşqarlar Kim-

yası  İnstitutunun  Dissertasiya  Şurasının 

üzvü,  1994-1996-cı  illərdə  Neft-Kimya 

Problemləri  İnstitutu  (NKPİ)  nəzdində 

02.00.13  “Neft  kimyası”  və  05.17.07 

“Yanacaq  və  qazın  kimyəvi  texnologi-

yası”  ixtisasları  üzrə  D.01.031  Disser-

tasiyaların müdafiəsi üzrə Şuranın sədri 

və üzvü, NKPİ-nin Elmi Şurasının üzvü, 

“Azərbaycan  Neft  Təsərrüfatı”,  “Neft 

kimyası  və  neft  emalı  prosesləri”  jur-

nallarının  redaksiya  heyətinin  üzvü  ol-

muşdur. Görkəmli alimin 350 elmi əsəri, 

9  kitabı  çap  olunmuşdur.  53  müəlliflik 

şəhadətnaməsinin 

və 


patentlərin 

müəllifidir. 

Görkəmli  alim  kadr  hazırlığı  ilə  də 

məşğul  olmuş  12  elmlər  namizədi,  3 

elmlər doktoru yetirmişdir.

Tədqiqat  sahəsi  Azərbaycanın  yeni 

yataqlarından  çıxarılan  neftlərin  tərkib 

xassələrinin öyrənilməsi, onların 

səmərəli emalı haqqında tövsiyələrin 

verilməsi,  onlardan  yüksək  keyfiyyətli 

baza  yağlarının  alınmasını  təmin  edən 

texnologiyaların işlənib hazırlanması və 

bu tədqiqatların bir hissəsinin istehsalata 

tətbiq edilməsi olmuşdur. 

Azərbaycan  elminin  inkişafında-

kı  xidmətlərinə  görə  Fəzilə  Səmədova 

fəxri  adlarla,  orden  və  medallarla,  fəxri 

fərmanlarla təltif edilmişdir. 1970-ci ildə 

“Rəşadətli əməyə görə” medalı, 1980-ci 

ildə  “Əməkdə  fərqlənməyə  görə”  me-

dalı,  1991-ci  ildə  “Əməkdar  elm  xadi-

mi”  fəxri  adı,  1996-cı  ildə  Akademik 

Y.H.Məmmədəliyev adına medal, 2004-

cü  ildə  Azərbaycan  Respublikasının 

“Şöhrət ordeni”, 2005-ci ildə Ümumdün-

ya  Ədlimülkiyyət  Təşkilatının  (ƏMT) 

mükafatı,  2005-ci  ildə ARDNŞ-in  fəxri 

fərmanı,  2011-ci  ildə  “Avropanın  fəxri 

alimi”  diplomu  ilə  təltif  olunmuşdur. 

1995-ci  ildən  Nyu-York  Elmlər Akade-

miyasının həqiqi üzvü olmuşdur.

Fəzilə İbrahim qızı Səmədova 2001-ci 

ildə Azərbaycan Milli Elmlər Akademi-

yasının müxbir üzvü seçilmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin