Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə135/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   131   132   133   134   135   136   137   138   ...   507
85 

illiyi

Fəlsəfə.İqtisadiyyat.Neft

13

MART


105

Mədəniyyət.Maarif.Elm

160 

illiyi

Məhəmməd Tağı Sidqi

1854-1903

MART

Məhəmməd  Tağı  Kərbəlayi  Səfər 

oğlu  Səfərov  (Məhəmməd  Tağı  Sidqi) 

1854-cü il mart ayının 22-də Naxçıvan-

da anadan olmuşdur. İlk təhsilini Ordu-

badda molla Məhəmməd Tağı Axundun 

yanında  almış,  sonra  Hüseyn  Soltan 

mədrəsəsində  oxumuşdur.  Bir  müddət 

İranda  -  Xorasan,  Səbzivar,  Nişapur 

şəhərlərində də yaşamış, təhsilini davam 

etdirmiş və ticarətlə məşğul olmuşdur. 

O, 1885-ci ildə Vətənə qayıtmış, fəhləlik 

etmişdir.  Ailəsini  yaşatmaq  niyyətilə 

açdığı çayxana qısa müddətdə yerli zi-

yalıların əsas yığıncaq yerinə çevrilmiş-

dir. Burada Türkiyə, İran və Rusiyadan 

gətirilmiş  qəzetlər,  Şərq  klassiklərinin 

əsərləri,  habelə  Sidqinin  fəal  üzvü  ol-

duğu “Əncümənü-şüəra” ədəbi məclisi 

üzvlərinin  şeirləri  oxunub  müzakirə 

olunurdu. Sidqi 1892-ci ildə Ordubadda 

maarifçi ziyalı Hüseyn Sultan Kəngərli 

ilə birgə “Əxtər”, 1894-cü ildə isə Nax-

çıvanda “Tərbiyə” (“Məktəbi-Tərbiyə”) 

məktəbini təsis etmişdir.

Sidqi  yaradıcılığa  klassik  üslub-

da  qəzəllər  yazmaqla  başlamışdır. 

Əlyazmaları  Azərbaycan  Milli  Elmlər 

Akademiyası Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutunda saxlanılır. Elmi-

pedaqoji  dəyərə  malik  yeddi  dərsliyin 

(“Nümuneyi-əxlaq”,  “Töhfeyi-bənat, 

yainki  Qızlara  hədiyyə”,  “Müxtəsər 

coğrafiya  risaləsi”  və  s.)  müəllifidir. 

Sidqi  müntəzəm  surətdə  bədii  yaradı-

cılıqla da məşğul olmuşdur. Ordubadda 

fəaliyyət  göstərən  “Əncüməni-şüəra” 

ədəbi  məclisinin  fəal  üzvlərindən  idi. 

Pedaqoji  fəaliyyəti  ilə  bilavasitə  bağlı 

olan  ədəbi  irsi  300-dən  çox  qəzəldən, 

“Məsnəviyyati-mənəviyyə” 

adlı 


irihəcmli  mənzumədən,  “Kəbb  Nəsir” 

mənzum hekayətindən, “Heykəli-insanə 

bir  nəzər”  ədəbi-fəlsəfı  traktatdan 

(1912-ci ildə kitab halında çap edilmiş-

dir),  20-dən  çox  hekayədən  ibarətdir. 

Sidqi Azərbaycan uşaq nəsrinin ilk yet-

kin nümunələrini yaratmışdır. “Məktəb 

hekayələri”  kimi  tanınan  bu  əsərlərdə 

(“Məktəbə  davam”,  “Gözütox  uşağın 

hekayəti”,  “Yalançı  uşaq”,  “Səxavətli 

uşaq” və s.) o, özünün maarifçilik ide-

yalarını,  pedaqoji  görüşlərini,  yüksək 

mənəvi-əxlaqi  keyfiyyətləri  bədii 

şəkildə təbliğ etmişdir. 

Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisi  sədrinin  “Görkəmli  pedaqoq, 

maarifçi və şair Məhəmməd Tağı Sidqi-

nin 150 illik yubileyinin keçirilməsi və 

xatirəsinin əbədiləşdirilməsi haqqında” 

11  mart  2004-cü  il  tarixli  Sərəncamı 

ilə  Naxçıvan  Dövlət  Kukla  Teatrına 

Məhəmməd  Tağı  Sidqinin  adı  veril-

miş, onun adını daşıyan Naxçıvan şəhər 

4  saylı  və  Ordubad  şəhər  1  saylı  orta 

məktəbdə xatirə güşələrinin yaradılma-

sı, seçilmiş şeirlərinin nəşr olunması və 

digər tədbirlər nəzərdə tutulmuşdur.

Görkəmli pedaqoq, publisist və şair, 

maarifpərvər  ziyalı  Sidqi  Məhəmməd 

Tağı  1903-cü  il  dekabr  ayının  9-da 

vəfat  etmişdir.  Məzarı  Naxçıvan 

şəhərindədir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin