Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə131/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   127   128   129   130   131   132   133   134   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.azerbaijans.com

www.e-qanun.az 

www.milliqahraman.az

MART

29

İlqar İsmayılov 

1959-1992  

İlqar Sədi oğlu İsmayılov 1959-cu il 

mart ayının 29-da Bakı şəhərində ana-

dan olmuşdur. Orta təhsilini Nərimanov 

rayonundakı  45  saylı  orta  məktəbdə 

almış, 1976-cı ildə Azərbaycan Dövlət 

Bədən  Tərbiyəsi  İnstitutuna  daxil  ol-

muşdur.  1981-ci  ildə  institutu  bitir-

miş,  həmin  il  həqiqi  hərbi  xidməti 

Bakı  Ordu  İdman  Klubunda  yerinə 

yetirmişdir.  1986-cı  ilə  qədər  “Dina-

mo” İdman Klubunda məşqçi işləmiş, 

sonralar leytenant rütbəsi ilə DİN-nin 

Sabunçu rayon Daxili İşlər Şöbəsində 

əməliyyat  müvəkkili  vəzifəsində  ça-

lışmışdır.  İlqar  İsmayılov  1991-ci 

ilin  dekabırından  başlayaraq  döyüş 

bölgələrinə ezam olunmuşdur. O, Şu-

şanın Malıbəyli, Meşəli kəndlərində və 

Ağdam rayonunun ərazilərində gedən 

döyüşlərdə iştirak etmişdir. 

1992-ci  il  oktyabrın  1-də  Laçın 

rayonunun Mazutlu kəndi yaxınlığın-

da  Qızartı  yüksəkliyi  uğrunda  gedən 

döyüşdə qəhrəmancasına həlak olmuş-

dur. Bakı şəhərindəki Şəhidlər Xiyaba-

nında dəfn edilmişdir.

Azərbaycan  Respublikası  Prezi-

dentinin  19  oktyabr  1992-ci  il  tarixli 

273 saylı Fərmanı ilə kapitan İsmayı-

lov  İqar  Sədi  oğlu  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Bakı şəhərində kücələrdən biri onun 

adını  daşıyır,  45  saylı  orta  məktəbin 

önündə büstü qoyulmuşdur.



Milli Qəhrəmanlar


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin