İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org
www.milliqahraman.az
Viktor Vasilyeviç Seryogin 1944-cü
il mart ayının 23-də Gürcüstan Respub-
likasının Tbilisi şəhərində doğulmuş-
dur. 1986-cı ildə Kremençuq Mülki
Aviasiya Məktəbini bitirdikdən sonra
Zabrat Əlahiddə Aviasiya Dəstəsinə
məxsus Mİ-2 vertolyotuna pilot təyin
edilmişdi. Azərbaycanın Hərbi Hava
Qüvvələrinin yaradılmasında onun
böyük xidməti olmuşdur. Dəfələrlə
ordenlərlə təltif olunmuşdu.
Qarabağ müharibəsində adı hər kəsə
məlum olan Viktor sərrast atəşlərlə
erməni işğalçılarının zirehli texnikala-
rını sıradan çıxarmış, erməni yaraqlıla-
rının postlarına od ələmişdi. Dəfələrlə
atəşə tutulmasına baxmayaraq vertol-
yotu təmir etmiş, yeni uçuşlar həyata
keçirmişdi. Viktor Ağdərə, Şuşa, Ağ-
dam səmasında özünəməxsus izlər
qoymuş, dinc sakinləri dəfələrlə xilas
edərək təhlükəsiz əraziyə daşımışdır.
1992-ci il yanvar ayının 28-də dinc
sakinləri təhlükəsiz yerə apararaq
Ağdam-Şuşa istiqamətində hərəkət et-
miş, erməni yaraqlıları qəfil vertolyotu
atəşə tutmuş, Viktor alova bürünmüş
vertolyotu kənara yönəldərək insanla-
rın tələf olmasının qarşısını ala bilmiş-
di. Viktor Seryogin heyətlə birlikdə
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 25 noyabr 1992-ci il tarixli 337
saylı Fərmanı ilə Seryogin Viktor Vasil-
yeviç ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görül-
müşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Dostları ilə paylaş: |