Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə123/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   119   120   121   122   123   124   125   126   ...   507
Ə d ə b i y y a t

Teymur, M. Baba-

mın babası [Mətn] 

/M.Teymur.- Bakı, 

2000.- 42 s.

Bürcəliyeva, Ş. 

Səmimi insan, unu-

dulmaz sənətkar 

[Mətn] /Ş.Bürcəliyeva              

//Mədəniyyət.-2012.- 5 

dekabr.- S. 12.

İsayeva, R. Yaddaşlar-

da yaşayan sənətkar 

[Mətn]: Xalq artisti 

Hüseynağa Sadıqovun 

xatirə gecəsi ke-

çirildi /R.İsayeva                     

//Mədəniyyət.- 2013.- 

20 fevral.- S.6.

Kazımzadə, A. Piri ba-

banın nağılları [Mətn] 

/A.Kazımzadə //Kaspi.-

2013.- 2-4 mart.- S.22-

23.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.kino-teatr.ru

www.kinozal.az

Aktyor

21


98

Teatr.Kino

Aktyor

100 

illiyi

Lütfəli Abdullayеv

1914-1973

Lütfəli Əmir oğlu Abdullayev 1914-

cü il mart ayının 22-də Nuxa şəhərində 

(indiki Şəki) doğulmuşdur. 

Oradakı yeddiillik məktəbi bitirdik-

dən sonra, bir neçə ay Şəki fəhlə gənclər 

klubunun  dram  dərnəyində  çalışmış, 

burada kiçik məsxərələrdə oynamışdır.

1928-ci  ilin  sentyabr  ayında  Bakı-

ya  gələn  Lütfəli  Abdullayev  Dövlət 

Konservatoriyasının  valtorna  sinfinin 

məşğələlərində  iştirak  etməyə  başla-

mışdır. Vokal sənətinə marağı olduğuna 

görə paralel olaraq Berolskinin kursun-

da  ifaçılıqla  məşğul  olmuşdur.  Sonra 

yaşının azlığına baxmayaraq, müsabiqə 

ilə  opera  teatrının  xor  heyətinə  qəbul 

olunmuşdur.  O,  yardımçı  aktyor  kimi 

sözsüz və epizodik rollarda, qısa vaxt-

dan sonra “Arşın mal alan” operettasın-

da Vəli rolunda oynamışdır.

1938-ci  ildə  Azərbaycan  Dövlət 

Musiqili  Komediya  Teatrı  yaranan-

da  Lütfəli  Abdullayev  truppaya  qəbul 

edilmişdir.  Teatr  1949-cu  ilin  yazında 

maliyyə  çətinliyi  ilə  bağlı  fəaliyyətini 

dayandırmalı olmuş və Lütfəli Abdulla-

yev Milli Dram Teatrına keçmişdir. İki 

ildən sonra o, Azərbaycan Dövlət Filar-

moniyasının nəzdində estrada ansamblı 

kimi çıxış edən musiqili komediya trup-

pasında işləməyə başlamışdır.

1956-cı ildə Azərbaycan Dövlət Mu-

siqili  Komediya  Teatrının  Azərbaycan 

və  rus  bölmələri  Şəmsi  Bədəlbəylinin 

bədii  rəhbərliyi  ilə  yenidən  fəaliyyətə 

başlamış və Lütfəli Abdullayev aparıcı 

sənətkar kimi teatrın ən populyar, uğur-

lu və uzun ömürlü tamaşalarında çıxış 

etmişdir. 

  Lütfəli  Abdullayev,  həm  də,  po-

pulyar kino aktyoru idi. Kinoda ilk və 

son  dərəcə  uğurlu  işi  Rza  Təhmasibin 

1945-ci  ildə  lentə  aldığı  “Arşın  mal 

alan”  filmində  Vəli  rolu  olmuşdur.  O, 

bu rola görə 1946-cı ildə Stalin mükafa-

tına (sonralar “SSRİ Dövlət mükafatı” 

adlanmışdı) layiq görülmüşdür. Öz ya-

radıcılığında  “Qaravəlli”  oyun-tamaşa 

estetikasının “açıq yumor” üslubundan 

daha  çox  bəhrələnən  Lütfəli  Abdulla-

yev  tipik  xarakterlər  yaratmağa  üstün-

lük vermişdir. 

Yaradıcılıq  uğurlarına  və  Musiqi-

li  Komediya  Teatrının  inkişafındakı 

xidmətlərinə görə 1943-cü il iyun ayı-

nın 17-də “Azərbaycan Respublikasının 

Əməkdar artisti” və 1960-cı il may ayı-

nın 20-də “Xalq artisti” fəxri adları ilə 

təltif olunmuşdur.

Xalqın  sevimli  aktyorlarından  olan 

Lütfəli  Abdullayev  1973-cü  il  dekabr 

ayının  9-da  Bakıda  vəfat  etmiş,  İkinci 

Fəxri Xiyabanda dəfn edilmişdir. 

Bakı  küçələrindən  biri  onun  adını 

daşıyır.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin