94
100
illiyi
Məmməd Quliyеv
1914-2001
MART
Məmməd Allahverdi oğlu Quliyev
1914-cü il mart ayının 15-də Naxçıvan-
da doğulmuşdur. Gözəl və ürəyəyatımlı
səsi olmuş, yuxarı siniflərdə oxuyarkən
Səməd Mövləvi onu teatra dəvət et-
mişdir. Əsasən opera və operetta ta-
maşalarında xorda oxumuş, epizodik
rollarda səhnəyə çıxmışdır. Opera
artisti olmaq arzusu ilə orta məktəbi
bitirdikdən sonra Bakıya gələrək Asəf
Zeynallı adına Musiqi Məktəbinə da-
xil olmuşdur. Təhsilini tamamladıqdan
sonra bir müddət Opera və Balet Te-
atrında işləmiş, burada ikinci dərəcəli
partiyaları səsləndirmişdir.
Məmməd Quliyev 1943-cü ildə
Naxçıvana gəlmiş və DMDT-nin trup-
pasına aktyor götürülmüşdür.
Aktyor istedadı xarakterik rollarda
daha əlvan formada öz əksini tapmış,
tipik məişət rollarını da bacarıqla oy-
namışdır. Dərviş, Müller, Rüstəm Zal
(“Şeyx Sənan”, “Şeyda” və “Səyavuş”,
Hüseyn Cavid), Pirqulu, Həmzə, Be-
lakurov (“Aydın”, “Vəfalı Səriyyə”
və “Yaşar”, Cəfər Cabbarlı), İbrahim
xan (“Vaqif”, Səməd Vurğun), Qurban
(“Pəri cadu”, Əbdürrəhim bəy Haq-
verdiyev), Naib ağa (“Dəli yığıncağı”,
Cəlil Məmmədquluzadə), Əlimərdan
(“Eşq və intiqam”, Süleyman Sani
Axundov), Mirzə Cəlil (“Sizi deyib
gəlmişəm”, Anar), Kral (“Sevilya uldu-
zu”, Lope de Veqa), Naçalnik (“Qaçaq
Nəbi”, Süleyman Rüstəm), Gəray bəy
(“Komsomol poeması”, İsgəndər Coş-
qun), Şahbazov (“Göz həkimi”, İslam
Səfərli), Pristav (“Qatır Məmməd”,
Zeynal Xəlil), Qodun (“Hücum”, Boris
Lavrenyov), Balvazov (“Həmyerlilər”,
Altay Məmmədov), Gəncə hökmdarı
(“Məhsəti”, Kəmalə Ağayeva), Sal-
manov (“Toy”, Sabit Rəhman), Şah-
mar (“Vətən”, Abdulla Şaiq) rolları
Məmməd Quliyevin yaradıcılığının
başlıca mahiyyətini xarakterizə edən
rollardır. Səsinin təravəti uzun illər
itməyən aktyor müxtəlif quruluşlar-
da Üzeyir bəy Hacıbəylinin “Leyli və
Məcnun” (Nofəl və Məcnunun atası),
“Əsli və Kərəm” (Keşiş) operaların-
da, “Məşədi İbad” (Sərvər), “Arşın
mal alan” (Əsgər) operettalarında, Sü-
leyman Rüstəm və Səid Rüstəmovun
“Durna” (Murad) və Səid Rüstəmovun
(“Beş manatlıq gəlin” (Qiyas) musiqili
komediyalarında solist-aktyor kimi çı-
xış etmişdir.
Aktyor yaradıcılığındakı uğur-
larına görə 17 oktyabr 1964-cü
ildə “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 1 iyun 1974-cü ildə
“Xalq artisti” fəxri adları ilə təltif
olunmuşdur.
Görkəmli aktyor Məmməd Quliyev
2001-ci il sentyabr ayının 11-də Nax-
çıvanda vəfat etmişdir.
Dostları ilə paylaş: