92
MART
30
Musiqi.Opera.Balet
65
illiyi
Səfa Qəhrəmanov
1949-2008
Səfa Hüseyn oğlu Qəhrəmanov
1949-cu il mart ayının 30-da Ağcabədi
rayonunun Minaxorlu kəndində anadan
olmuşdur. Hələ uşaqlıqdan musiqiyə
həvəsi olmuş, tibb texnikumunda təhsil
alarkən respublika üzrə keçirilən mu-
siqi müsabiqələrində iştirak etmişdir.
1970-ci ildə Yaşıl Teatrda keçirilən
“Qızıl payız” muğam festivalının işti-
rakçısı olmuş, Xan Şuşinski, Əhməd
Bakıxanov, Sahib Şükürov, İslam Rza-
yev, Adil Gəray kimi sənətkarların qar-
şısında çıxış edərək müsabiqədə qalib
gəlmişdir. Bundan sonra o, Əhməd Ba-
kıxanovun ansamblına dəvət almış, bir
müddət sonra isə hərbi xidmətə yollan-
mışdır.
1978-ci ildə Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumunun xanən-
dəlik şöbəsini, 1990-cı ildə isə Mir-
zağa Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun mədəni-maarif
işi fakültəsini bitirmişdir. Muğam us-
tası Nəriman Əliyevin tələbəsi olmuş-
dur.
Hələ musiqi texnikumunda təhsil
alarkən səhnə fəaliyyətinə başlayan
Səfa Qəhrəmanov milli muğamla-
rımızı, xalq və bəstəkar mahnılarını
məharətlə ifa etmişdir. 1975-ci ildə
ilk dəfə olaraq peşəkar xanəndə kimi
Əhsən Dadaşovun rəhbərlik etdiyi
Xalq Çalğı Alətləri Ansamblı ilə tele-
viziyada “Mirzə Hüseyn segahı”nı ifa
etmişdir.
Səfa Qəhrəmanov 1992-ci ildən həm
də Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının muğam bölməsinin
solisti idi. Opera səhnəsində Qəndab
Quliyeva ilə “Leyli və Məcnun” ope-
rasında Məcnun rolunda çıxış etmişdir.
Teatrdakı on altı illik fəaliyyəti ərzində
bir sıra milli operalarda - Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun” ope-
rasında Məcnun, İbn Səlam, Məcnunun
atası, Müslüm Maqomayevin “Şah
İsmayıl” operasında Şah İsmayıl,
Z.Hacıbəylinin “Aşıq Qərib” operasın-
da Şeyx, V.Adıgözəlovun “Natəvan”
operasında
Qarabağ
xanəndəsi,
R.Mustafayevin “Vaqif” operasında
xanəndə, Niyazinin “Rast” baletində
xanəndə kimi obrazlar yaratmışdır.
Səfa Qəhrəmanov həm də müəllimlik
fəaliyyəti ilə məşğul olmuşdur. 1999-cu
ildən A.İsgəndərov adına Mədəniyyət
sarayında muğam sinfində dərs de-
miş, Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indiki
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti) müəllimi ol-
muşdur. Bu illər ərzində onun ifasında
xalq mahnıları və muğamlar lentə alı-
naraq, qızıl fonda daxil edilmişdir.
Səfa Qəhrəmanov 2000-ci ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 2006-cı ildə isə “Xalq artisti”
adına layiq görülmüşdür.
Görkəmli xanəndə Səfa Qəhrəmanov
2008-ci il may ayının 5-də vəfat etmiş-
dir.
Dostları ilə paylaş: