Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə114/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   110   111   112   113   114   115   116   117   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


89

Dünya ədəbiyyatı

205 

illiyi

MART

8

Nikolay Vasilyeviç Qoqol 1809-cu 

il mart ayının 20-də (bəzi mənbələrdə 

01.04.)  Poltava  quberniyasında,  So-

roçi  qəsəbəsində,  mülkədar  ailəsində 

anadan olmuşdur. Qoqol on üç yaşına 

kimi  atasının  mülkündə  yaşamışdır. 

İlk təhsilini evdə almış Qoqol, 2 il Pol-

tava qəza məktəbində oxuduqdan son-

ra təhsilini davam etdirmək məqsədilə 

Nejinsk  ali  elmlər  gimnaziyasına 

getmiş  və  burada  ədəbiyyata  böyük 

həvəs göstərmiş, skripkada ifa etməyi, 

tamaşalarda  oynamağı  öyrənmişdir. 

1828-ci  ildə  gimnaziyada  təhsilini 

başa vurmuşdur. 1929-cu ildə işləmək 

məqsədilə  Peterburqa  getmiş,  lakin 

ilk cəhdləri boşa çıxmış və yalnız bir 

ildən sonra kiçik məmur vəzifəsinə işə 

düzəlmişdir.

1830-cu  ildə  “Oteçestvennıye  za-

piski” jurnalında “Basavryuk” adlı ilk 

povesti  işıq  üzü  görmüşdür.  Sonra-

lar, bu povest əlavə və dəyişikliklərlə 

“İvan  Kupala  ərəfəsində  axşam”  adı 

ilə yenidən nəşr edilmişdir.

Qoqol  1831-ci  ildə  Peterburqda 

N.E. Jukovski, S.A.Puşkin, P.Pletnyov, 

Delviq, İ.A.Krılov, V.Odoyevski kimi 

dövrünün tanınmış ziyalıları, yazıçı və 

şairləri  ilə  tanış  olmuşdur.  Bu  tanış-

lıq gənc yazıçının ictimai baxışlarının 

və  ədəbi  istedadının  formalaşmasına 

müsbət təsir göstərmişdir. 1831-ci ildə 

Qoqol  Qadın  Vətənpərvərlik  İnstitu-

tunda müəllim kimi çalışmış, 1834-cü 

ildə isə Peterburq universitetində tarix 

kafedrasında kiçik elmi işçi kimi çalış-

mışdır.

“Dikanka  kəndi  yaxınlığında  xu-

tor  axşamları”  (1831-1832),  “So-

roçin  yarmarkası”,  “May  gecəsi” 

povestləri  Qoqola  geniş  şöhrət  qa-

zandırmışdır.  1835-ci  ildə  “Köhnə 

dünya  mülkədarları”,  “Taras  Bulba”, 

“Vıy”  əsərlərinin  daxil  olduğu  “Mir-

qorod”  povestlər  toplusu  və  Peter-

burq həyatı mövzusuna həsr olunmuş 

“Arabeski”  kitabı  çap  olunmuşdur. 

Yazıçının Peterburq silsiləsindən olan 

ən  əhəmiyyətli  əsəri  “Şinel”  poves-

tidir.  1836-cı  ildə  müəllif  bu  povesti 

Puşkinə göstərmiş və onun məsləhəti 

ilə 4 il sonra təkmilləşdirilmiş variant-

da  çap  etmişdir.  Qoqol  dramaturgiya 

sahəsində  də  öz  gücünü  sınamışdır. 

1835-ci ildə “Müfəttiş” əsərini yazmış 

və bir il sonra bu əsər Moskvada tama-

şaya qoyulmuşdur.

Qoqol 1836-cı ilin yayında Vətəni 

tərk  edərək  bir  müddət  Almaniya, 

Fransa  və  İsveçrədə  yaşamış,  yaradı-

cılığını davam etdirmiş, məşhur “Ölü 

canlar”  əsərini  tamamlamışdır.  Bir 

müddət  qürbətdə  yaşayan  yazıçı  on 

ildən sonra doğma vətəninə qayıtmış-

dır.  Lakin  ömrünün  sonlarına  yaxın 

yazıçı ruhi sarsıntılar keçirmişdir. 

Məşhur rus yazıçısı Nikolay Vasil-

yeviç  Qoqol  1852-ci  il  fevral  ayının 

21-də  (bəzi  mənbələrdə  03.04)  vəfat 

etmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin