Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə111/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   107   108   109   110   111   112   113   114   ...   507
Ə d ə b i y y a t

Nar nağılı [Mətn] /T.Elçin; 

layihənin məsl. Elçin; 

ideya müəl. Q.Qarayev; 

layih. rəhb. Qaraqo-

yunlu; rəssamlar Vüqar

L.Vəliyeva; dizayner 

R.Hüseynov.- Bakı, 2009.- 

51 s.

Tuk-tuk, tak-tak [Mətn] 

/T.Elçin.- Bakı, 2009.- 30 s.

Əhmədli, Z. “Danı-

şır Bakı”: Azərbaycan 

radiosu-85 [Mətn] 

/Z.Əhmədli //Ədəbiyyat 

qəzeti .-2011.- 20 may.- S.3.

Əhmədli, Z. Kimlər 

gəldi, kimlər getdi bu 

dünyadan...: 6 noyabr 

-Azərbaycan televizi-

ya və radiosu günüdür 

/Z.Əhmədli //Ədəbiyyat 

qəzeti.- 2012.- 2 noyabr.- 

S.6.

Xəlilzadə, F. Sözün minbir 

rəngi [Mətn] /F.Xəlilzadə 

//Azərbaycan.- 2012.- 12 

iyul.- S.11.

İ n t e r n e t d ə

www.anl..az

www.az.wikipedia.org 


87

Folklor

MART

20

20

8

 

30

21

90 

illiyi

Mikayıl Cabbar oğlu Zeynalov (Mi-

kayıl Azaflı) 1924-cü il mart ayının 21-

də  Tovuz  rayonunun Azaflı  kəndində 

anadan  olmuşdur.  Erkən  yaşlarında 

“Coşğun”  təxəllüsü  ilə  şeirlər  yazan 

aşıq-şair az sonra öz doğma kəndinin 

adını təxəllüs götürmüşdür.

Mikayıl Azaflı Ümumittifaq Musi-

qi Cəmiyyətinin Rəyasət Heyətinə üzv 

seçilmişdir.  1954-cü  ildə  o,  ilk  dəfə 

Moskvada  festivalda  iştirak  etmək 

üçün dəvət olunmuş, sonralar dəfələrlə 

orada olmuş və medallarla təltif olun-

muşdur. 

Azaflı  poeziyası  xalq  arasında  ge-

niş yayılsa da, XX əsrin 80-ci illərinin 

ortalarına qədər mətbuat üzünə həsrət 

qalmışdı. 

Aşıq şeirinin bütün növlərində ya-

zan  Azaflının  gəraylı  və  qoşmaları 

daha məşhurdur. Şeirlərinin əsas möv-

zusu sevgi, təbiət və sosial məsələlər 

olmuşdur.  “Mikayıl Azaflı  və  Narinc 

xatın” dastanının və “Azaflı dübeyti” 

və  “Azaflı  gəraylısı”  məcmuələrinin 

müəllifidir. O, həmişə aşıq musiqisinin 

təbliğinə  və  zənginləşməsinə  xidmət 

etmişdir.

1987-ci  ildə  “Yazıçı”  nəşriyyatı 

sənətkarın  “Qoca  qartal”  adlı  kitabı-

nı çap etdirmişdi. Kitab 1989-cu ildə 

Türkiyədə nəşr olunmuşdur. 

Onun  yaratdığı  “Azaflı  gözəllə-

məsi”, “Azaflı sənəti”, “Azaflı dünya-

sı”, “Azaflı gəraylısı”, “Azaflı himni”, 

“Mikayılı”,  “Azaflı  dağları”,  “Azaflı 

bəhri”,  “Məzahiri”,  “Azaflı  mü-xəm-

məsi”, “Şah sarayı” kimi saz havaları 

dillər əzbəri olmuşdur.

1988-ci  ildə  A.M.Şərifzadə  adına 

Aktyor  Evində  M.Azaflının  özünün 

iştirakı  ilə  məclis  keçirilmiş  və  geniş 

şəkildə  televiziya  vasitəsilə  nüma-

yiş  etdirilmişdir.  Sənətkar  dünyasını 

dəyişəndən  sonra  da  dəfələrlə  yubi-

leyləri  qeyd  edilmişdir.  1994-cü  ildə 

aşığın  70  illiyi  Azərbaycan  Dövlət 

Filarmoniyasında,  75  illiyi  Yazıçılar 

Birliyində, 80 illiyi Mədəniyyət Nazir-

liyinin xətti ilə Dövlət Musiqili Kome-

diya Teatrında qeyd olunmuşdur.

1984-cü ilin mart ayında Aşıqların 

IV qurultayında sənətkara böyük ehti-

ram göstərilmiş, aşıq sənətinin inkişa-

fında göstərdiyi fədakarlıq və xidmətlər 

xüsusi qeyd edilərək o, Aşıqlar Birliyi-

nin sədr müavini seçilmişdi. 

1989-cu  il  may  ayının  17-də  Mi-

kayıl Azaflı  ədəbiyyat  və  incəsənətin 

inkişafında  böyük  xidmətlərinə  görə 

Azərbaycan SSR Ali Sovetinin Rəyasət 

Heyətinin  Fərmanı  ilə  “Əməkdar 

mədəniyyət  işçisi”  fəxri  adına  layiq 

görülmüşdür.

Görkəmli aşıq Mikayıl Azaflı 1990-

cı il oktyabr ayının 11-də vəfat etmiş-

dir. Ölümündən sonra Tovuz şəhərində 

bir küçəyə aşığın adı verilmiş və Azaf-

lı kəndində oxuduğu məktəbin önündə 

büstü qoyulmuşdur.

Aşıq


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin