83
Milli ədəbiyyat
115
illiyi
Cəfər Cabbarlı
1899-1934
MART
Cəfər Qafar
oğlu Cabbarlı 1899-
cu il mart ayının 20-də Xızı kəndində
(indiki Xızı rayonu) anadan olmuşdur.
Cəfər Cabbarlı kiçik yaşlarından mol-
laxanada təhsil almış, sonra 1905-ci
ildə üçsinifli “7-ci Müsəlmani və rusi”
məktəbində təhsilini davam etdirmişdir.
C.Cabbarlının ilk müəllimləri görkəmli
pedaqoq-yazıçı Süleyman Sani Axun-
dov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski,
Əliməmməd Mustafayev olmuşdur. Son-
ra Cabbarlı 1908-ci ildə Bakıda Alek-
seyev adına 3-cü Ali-ibtidai məktəbdə
oxumuşdur.
Dramaturqun əsərlərini son illərdə
tədqiq edən tədqiqatçı-alim Asif
Rüstəmlinin fikrincə, C.Cabbarlının ilk
lirik və satirik şeirlərinin tarixi 1915-
ci ildə çap edilmiş “Bahar” və “Əl gö-
tür” şeirlərinin deyil, “Həqiqəti-Əfkar”
qəzetinin 5 noyabr 1911-ci il 2-ci
nömrəsində dərc edilmiş “Eşidənlərə”
və “Şücaətim” şeirlərinin tarixindən
başlamaq lazımdır.
1915-ci ildə Bakı Politexnik
məktəbinin elektro-mexanika şöbəsinə
daxil olan yazıçı 1920-ci ildə təhsilini
başa vuraraq şəhadətnamə və attestat
almışdır.
1920-ci ildə Bakı Dövlət Univer-
sitetinin tibb fakültəsinə daxil olmuş,
lakin ərizə yazıb həmin fakültədən çıx-
mışdır. 1924-cü ildə universitetin Şərq
fakültəsinin tarix şöbəsində təhsilini da-
vam etdirmişdir.
1915-1920-ci illər Cəfər Cabbarlı-
nın bir-birinin ardınca “Vəfalı Səriyyə,
yaxud göz yaşları içində gülüş”, “Sol-
ğun çiçəklər”, “Nəsrəddin şah”, “Trab-
lis müharibəsi və ya Ulduz”, “Ədirnə
fəthi”, “Bakı müharibəsi”, “Aydın”
kimi Azərbaycan səhnəsini düşündürən
əsərlər yazmış, lirik və satirik şeirlərlə,
bir sıra hekayələrlə müxtəlif mətbuat
orqanlarında çıxışlar etmişdir. Cabbarlı-
nın yaradıcılığı 1915-1934-cü illər ara-
sındakı iyirmiillik bir tarixi mərhələni
əhatə etmişdir. Onun 1920-1923-cü
illərdəki ədəbi fəaliyyətinin ən yax-
şı nəticəsi “Aydın” və “Oqtay Eloğlu”
pyesləri olmuşdur. “Yaşar” Cabbarlının
son tamamlanmış əsəri idi. O, 1928-ci
ildə Mirzə Fətəli Axundzadənin “Hacı
Qara” pyesi əsasında ssenari yazaraq
Azərbaycanın ilk milli kino ssenaristi
olmuş, kinematoqrafiya tariximizin qızıl
fonduna “Sevil”, “Almaz” kimi gözəl
filmlər bəxş etmişdir. Görkəmli drama-
turq 1932-ci ildə “Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüşdür.
Cəfər Cabbarlı 1934-cü il dekabr ayı-
nın 31-də vəfat etmişdir. Onun xatirəsini
əziz tutan ailəsi və tədqiqatçıları böyük
yazıçı və sənət adamının 100 illik yu-
bileyi ərəfəsində ədəbiyyat, elm, mu-
siqi və incəsənət sahələrində fərqlənən
şəxsləri təltif etmək üçün “Cəfər Cab-
barlı mükafatı”nı təsis etmişlər. Cəfər
Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə,
ikinci dəfə isə 2010-cu ildə təqdim edil-
mişdir.
Dostları ilə paylaş: