Kbt я25 uot (059) Baş redaktor


Yazıçı Ə d ə b i y y a t



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə109/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   105   106   107   108   109   110   111   112   ...   507
22

Yazıçı

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

2 cilddə /İ.Şıxlı; tərt.ed. 

Elçin Şıxlı.- Bakı: Şərq-

Qərb, 2005.-  Cild I.- 408 

s.; Cild II.- 400 s.

Dəli Kür [Mətn]: 

[roman] /İ.Şıxlı.- Bakı:   

Pedaqogika, 2004.-     

352 s.

Dostum Qabilin qəribə 

əhvalatları [Mətn] 

/İ.Şıxlı; naşir Q.İsabəyli.- 

Bakı: Şirvannəşr, 2008.-

78 s.

Ölən dünyam [Mətn] 

/İ.Şıxlı.- Bakı, 2009.-

497 s.

Kamal, R. İsmayıl Şıxlı 

haqqında Həyat hikmət 

və dəyər kimi [Mətn] 

/R.Kamal //Ədəbiyyat 

qəzeti.-2012.- 24 fevral.- 

S.4.

Qasımlı, H. İsmayıl Şıxlı 

haqqında xatirələrim 

[Mətn] /H.Qasımlı          

//Ədəbiyyat qəzeti.- 

2012.- 24 fevral.- S.4-5.

İ n t e r n e t d ə

www.anl.az

www.lit.az

www.kitabxana.net


85

Milli ədəbiyyat 

105 

illiyi

Mehdi Hüseyn

1909-1965

MART

Mehdi  Əli  oğlu  Hüseynov  1909-cu 

il  mart  ayının  22-də  Qazax  mahalının 

Şıxlı kəndində anadan olmuşdur. Mehdi 

ilk təhsilini doğma kəndində almış, son-

ra  Qazax  seminariyasında  oxumuşdur. 

Ədəbi yaradıcılığa seminariyanın ikin-

ci kursunda oxuyarkən başlayan Mehdi 

Hüseynin  kiçik  həcmli  ilk  məqalələri 

Tiflisdə çıxan “Yeni fikir” qəzetində çap 

edilmişdir. Lakin “Qoyun qırxımı” adlı 

ilk hekayəsi 1927-ci ildə “Şərq qadını” 

jurnalında  dərc  olunmuşdur.  Ailəliklə 

Bakıya köçdükdən sonra təhsilini pay-

taxtda  davam  etdirən  Mehdi  Hüseyn 

Bakı  Pedaqoji  Texnikumunu  bitirmiş-

dir.  Texnikumda  görkəmli Azərbaycan 

yazıçısı Abdulla Şaiqdən dərs almışdır.

Bakı  ədəbi  mühiti  Mehdi  Hüseynin 

yazıçı kimi formalaşmasında böyük rol 

oynamışdır.  1926-cı  ildə  o,  ADU-nun 

pedaqoji  fakültəsində  təhsilini  tamam-

lamışdır.  1938-ci  ildə  isə  Moskvada 

Dövlət  Kinematoqrafiya  İnstitutu  ya-

nında akademiya tipli kinossenarist kur-

sunu  bitirmişdir.  Azərbaycan  Proletar 

Yazıçıları  Cəmiyyətinin  məsul  katibi, 

1930-1934-cü illərdə Azərbaycan Yazı-

çıları İttifaqı Təşkilat Komitəsinin məsul 

katibi, 1954-1958-ci illərdə Azərbaycan 

Yazıçılar  İttifaqı  idarə  Heyətinin  kati-

bi,  sonra  birinci  katibi,  1958-1965-ci 

illərdə  Ümumittifaq  Yazıçılar  İttifaqı 

idarə Heyətini katibi olmuşdur.

1947-ci ilin sonunda Mehdi Hüseynin 

“İnqilab və mədəniyyət” jurnalında çap 

edilən “Abşeron” romanı ədəbi hadisəyə 

çevrilmiş, bu romana görə müəllif 1950-

ci ildə “Dövlət mükafatı”na layiq görül-

müşdü. Əsər rus, ingilis, fransız, alman, 

polyak,  ərəb,  hind,  çin,  bolqar,  macar, 

rumın və başqa dillərə tərcümə edilmiş

haqqında  nəinki  yerli,  eləcə  də  dünya 

mətbuatında  məqalələr  dərc  olunmuş-

dur.

Mehdi  Hüseyn  dramaturq  kimi  də 



tanınmış, dram yaradıcılığına “Şöhrət” 

(1939)  pyesi  ilə  başlamışdır.  “Niza-

mi”  (1942)  və  “Cavanşir”  (1957)  ta-

rixi  dramlarında  Azərbaycan  xalqının 

vətənpərvərliyi,  qəhrəmanlıq  ənənələri 

əks  olunmuşdur.  “Alov”,  “İntizar” 

(1944,  İlyas  Əfəndiyevlə  birgə),  “Şa-

mil”  (1940-1941)  və  “Qardaşlar” 

(1948)  pyesləri,  habelə  xatirələri,  yol 

qeydləri  (“Bir  ay  və  bir  gün”,  1963), 

gündəlikləri var. Mehdi Hüseyn həm də 

kinossenarist idi. “Şair” (1939), “Fətəli 

xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), 

“Səhər”  (1958),  “Qara  daşlar”  (1958) 

kinossenarilərinin müəllifidir.

Qırmızı  Əmək  Bayrağı  ordeni  və 

medallarla təltif olunmuş, 1964-cü ildə 

isə “Xalq yazıçısı” fəxri adına layiq gö-

rülmüşdür. 

Görkəmli  yazıçı  Mehdi  Hüseyn 

1965-ci  il  mart  ayının  10-da  vəfat  et-

miş, Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Bakı küçələrindən birinə onun adı veril-

miş, Qazax rayonunda məktəb və sov-

xoz yazıçının adını daşıyır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin