88
Dünya ədəbiyyatı
200
illiyi
Taras Şevçenko
1814-1861
MART
Taras Qriqoryeviç Şevçenko 1814-
cü il mart ayının 9-da (bəzi mənbələrdə
25 fevral) kəndli ailəsində doğulmuş-
dur. İlk təhsilini kənd keşişindən al-
mış, 1831-ci ildə ailəsi ilə Peterburq
şəhərinə gəlmişdir.
İlk kitabı “Kobzar” 1840-cı ildə
nəşr olunmuşdur. Onun milli azad-
lıq mübarizəsindən bəhs edən “Kor
qadın” (1842), “Muzdur qadın”
(1845), “Marina” (1848) və s. ro-
manları, “Taras gecəsi” (1838) tarixi
poeması məşhurdur. Əsərləri Ukray-
na ədəbiyyatında siyasi lirika və sa-
tira janrlarının inkişafında mühüm
rol oynamışdır. T.Şevçenko 1847-ci
ildə xəyanət nəticəsində həbs edil-
miş, Orsk qalasına sürgün edilmiş-
dir. 10 il (1847-1857) sürgündə qa-
lan Şevçenko yalnız I Nikolayın
ölümündən sonra azad edilmişdir.
Sürgün illərində rus dilində avtobi-
oqrafik səciyyəli “Çalğıçı” (1854-
1855), “Bədbəxt”, “Kapitan arva-
dı”, “Əkizlər”, “Rəssam” (1856)
və s. realist povestlərini yazmışdır.
Ukrayna ədəbiyyatının inkişafında
Şevçenkonun müstəsna xidmətləri
olmuşdur. Ukrayna ədəbiyyatı və
təsviri sənətində tənqidi realizmin və
inqilabi-demokratik cərəyanın bani-
si olmuşdur. Əsərləri dünya xalqları
dillərinə tərcümə edilmişdir.
Taras Şevçenko rəssam kimi də
məşhurdur. O, 1838-1845-ci illərdə
Peterburq Rəssamlıq Akademiya-
sında oxumuş, K.P.Brullovdan dərs
almışdır. Realist meyllər Şevçen-
konun erkən yaradıcılığında mey-
dana gəlmiş, sürgündə yaratdığı
rəsmlərində kəskin ifşaedici qüvvə
kəsb etmişdir.
Sürgündən qayıtdıqdan sonra Şev-
çenko çoxlu qravürlər yaratmış, 1860-
cı ildə mis üzərində qravürlərinə görə
akademik adı almışdır. Şevçenko-
nun “Çimən Virsaviya” (1860) əsəri
R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində saxla-
nılır.
Görkəmli Ukrayna şairi, mütəfək-
kir, ictimai xadim Taras Şevçenko
1861-ci ildə fevral ayının 26-da (bəzi
mənbələrdə mart ayının 10-da) vəfat
etmiş, öz vəsiyyətinə görə Kaver ya-
xınlığında, Dnepr sahilindəki Çer-
neçyada dəfn edilmişdir.
SSRİ-də Şevçenko adına Respub-
lika Mükafatı təsis edilmişdir.
Bakıda adına küçə və məktəb var-
dır. Paytaxtın Azadlıq prospektində
görkəmli şair Taras Şevçenkonun
abidəsi ucaldılmışdır.
Dostları ilə paylaş: