Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə110/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   106   107   108   109   110   111   112   113   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

3 cilddə /Mehdi Hüseyn.- 

Bakı: Avrasiya Press, 

2005.- C.1.- 320 s.; C.2.-

312 s.; C.3.- 324 s.

Hüseynova, Z. Dəryadan 

damlalar [Mətn] 

/Z.Hüseynova.- Bakı: 

Səda, 2009.- 303 s.

Vəliyeva, T. Mehdi 

Hüseynin onomastikası 

[Mətn] /T.Vəliyeva; red. 

A.Hacıyev.- Bakı: Zaman, 

1997.- 84 s.

Hacızadə, N. 

Ədəbiyyatımızın 

Səməndər quşu [Mətn]: 

Xalq yazıçısı Mehdi 

Hüseyn /N.Hacızadə              

//Kaspi.- 2013.- 8 mart.- 

S.22-23.

Xəlilzadə, F. Ədəbi 

tənqidimizin cəngavəri 

[Mətn] /F.Xəlilzadə          

//Kaspi.-2011.- 3-5 de-

kabr.- S.18.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.elibrary.az

Nasir, dramaturq

22


86

Milli ədəbiyyat 

90 

illiyi

Tеymur Еlçin

1924-1992 

MART

Şair, publisist

28

Teymur  Süleyman  oğlu  Əliyev 

(Tеymur Еlçin) 1924-cü il mart ayının 

28-də  Şuşa  şəhərində  anadan  olmuş-

dur. 

1931-ci ildə ailəsi ilə Bakıya köçmüş, 



burada 132  saylı şəhər orta məktəbini 

bitirmişdir. 

1941-1948-ci illərdə ADU-nun filo-

logiya fakültəsində təhsil almışdır. 

Eyni  zamanda  “Gənc  işçi”  qəzeti 

redaksiyasında ədəbi işçi (1941), 1941-

1942-ci  illərdə  Azərbaycan  Radio 

Komitəsində  İctimai-siyasi  verilişlər 

baş  redaksiyasında  ştatdankənar  müx-

bir,  1942-1943-cü  illərdə  diktor,  re-

daktor,  məsul  redaktor,  1945-1946-cı 

illərdə APİ-nin komsomol komitəsinin 

katibi,  Azərbaycan  LKGİ  Bakı  şəhər   

komitəsinin  birinci  katibi  (VI,  1946- 

IV,  1948),  Azərbaycan  LKGİ  Bakı 

komitəsinin katibi (V, 1949 – IV, 1950), 

“Azərnəşr”in  siyasi-ictimai  ədəbiyyat   

şöbəsinin 

müdiri 

(1950-1952), 

Azərbaycan  Nazirlər  Soveti  yanında 

Radio Məlumat Komitəsi sədrinin müa-

vini (1952-1953), Azərbaycan Nazirlər 

Soveti nəşriyyat qrupunun rəisi, katib-

liyin  müdiri  (1953-1955), Azərbaycan 

KP MK Elm və mədəniyyət şöbəsinin 

təbliğat  və  təşviqat  şöbəsi  müdirinin 

müavini (1955-1957), Azərbaycan Tele-

viziya və Radio Verilişləri Komitəsinin 

(sonra  Dövlət  komitəsi)  sədri  (1957-

1964), Azərbaycan KP MK Təbliğat və 

təşviqat şöbəsinin müdiri (1964-1975), 

Azərbaycan mədəniyyət nazirinin mü-

avini  (1975-1988)  vəzifələrində  çalış-

mışdır.

  Ədəbi    fəaliyyətinə    kiçik  yaş-

larından  başlamış,  ilk  şeirlərini 

məktəb  şənliklərində  oxumuşdur. 

Onun  ilk  mətbu  əsəri  Bakı  Mərkəzi 

Pionerlər  Evinin  1938-ci  ildə  nəşr  et-

diyi  “Şeirlər  məcmuəsi”ndə  dərc  olu-

nan  “Azərbaycan”  şeiridir.  Bundan 

sonra  məktəb  illərində  onun  dövri 

mətbuatda  (“Kommunist”,  “Yeni  yol” 

və “Azərbaycan pioneri” qəzetlərində) 

dərc edilən yazıları “Teymur Əlizadə” 

imzası ilə çıxmışdır. 

Şairin bir sıra siyasi, lirik, əmək və 

uşaq şeirlərinə mahnılar bəstələnmişdir. 

“Qar qız” mənzum pyesi M.Qorki adı-

na Gənc Tamaşaçılar Teatrında tamaşa-

ya qoyulmuşdur (1983). 

Əsərləri keçmiş SSRİ, həmçinin, xa-

rici ölkə xalqlarının dillərində çap olun-

muş, bədii tərcüməyə də xüsusi diqqət 

yetirmişdir. 

Xidmətlərinə  görə  “Qırmızı  Əmək 

Bayrağı  ordeni”  (1971),  “Şərəf  nişa-

nı”  ordeni  (1979),  yeddi  medal  və  üç 

dəfə  Azərbaycan  Ali  Soveti  Rəyasət 

Heyətinin Fəxri fərmanı ilə, həmçinin, 

ÜİLKGİ MK və Azərbaycan LKGİ MK 

Fəxri fərmanları ilə təltif edilmişdir.

   Görkəmli şair, publisist Teymur Elçin  

1992-ci  il  mart  ayının  19-da  vəfat 

etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin