Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə118/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   114   115   116   117   118   119   120   121   ...   507
Ə d ə b i y y a t

Vahid, T. Onun ürəyi mu-

siqi ilə döyünürdü [Mətn] 

/T.Vahid //Mədəniyyət. - 

2012.- 30 mart.- S.6.

Vahid, T. Səs xəzinəmizin 

nadir səsi [Mətn] /T.Vahid          

//Mədəniyyət.- 2013.- 29 

mart.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www shusha.az

Xanəndə


93

Aktyor

Teatr.Kino

115 

illiyi

13

MART

Məmmədəli Vəlixanlı  

1899-1969

Məmmədəli  Hacı  Heydər  oğlu 

Heydərzadə (Vəlixanlı) 1899-cu il mart 

ayının 13-də Bakının Fatmayı kəndində 

doğulmuşdur. 

Baqqallıqla  məşğul  olan  atası  onu 

təhsil  almaq  üçün  “Səfa”  mədəni-

maarif  cəmiyyəti  nəzdindəki  məktəbə 

qoymuşdur.  Azərbaycan  realist  akt-

yor  məktəbinin  banisi,  “Səfa”nın  teatr 

truppasında  əsas  simalardan  biri  olan 

Cahangir  Zeynalov  1912-ci  ildə  quru-

luş verdiyi Mirzə Fətəli Axundzadənin 

“Hacı Qara” komediyasının tamaşasın-

da  Bədəl  rolunu  təbiətən  çevik  və  hər 

şeyə maraq göstərən Məmmədəliyə tap-

şırmışdı. Aktyorun teatr sənətinə mara-

ğı uşaq vaxtlarında gördüyü dini şəbih 

tamaşalarından,  “Qaravəlli”,  “Kosa-

kosa”  məzhəkəli  xalq  oyunlarından 

oyanmışdı.

O, 1920-ci ildə Milli Dram Teatrının 

xor heyətinə işə qəbul olunmuş, opera 

və operetta tamaşalarında müxtəlif rol-

lar oynamışdır. İşə başladığı ilk illərdə 

“Leyli  və  Məcnun”,  “Əsli  və  Kərəm”, 

“Şah İsmayıl” operalarında xorda oxu-

yan  Məmmədəli  Vəlixanlı  tədricən 

dram  tamaşalarında  sözsüz  rollarda 

səhnəyə çıxmışdır. 

Məmmədəli 

Vəlixanlı 

teatrda 

işləməklə bərabər 1927-1930-cu illərdə 

Bakı Teatr Texnikumunda təhsilini da-

vam etdirmişdir.

Aktyor  milli  xarakter  yaratmaq-

da,  xalq  teatr  tamaşaları  estetikasını 

səhnədə  yaradıcılıqla  realizə  etməkdə 

mahir ustad idi. 

XX  əsrin  30-cu  illərinin  sonların-

da realist aktyor məktəbinin duzlu ko-

mik  aktyoru  kimi  tanınan  Məmmədəli 

Vəlixanlı  bir  sıra  pyeslərinin  səhnə 

təfsirlərində son dərəcə şirin, duzlu və 

koloritli yumoristik və komik-dramatik 

rollara səhnə ömrü bəxş etmişdir. 

Məmmədəli  Vəlixanlının  səhnədə 

son  işi  Sabit  Rəhmanın  “Əliqulu 

evlənir” tamaşası olmuşdur. 

Teatr  sənətimizin  inkişafındakı 

xidmətlərinə görə 1938-ci il dekabr ayı-

nın  4-də  “Azərbaycan  Respublikasının 

Əməkdar artisti”, 1949-cu il iyul ayının 

21-də isə “Xalq artisti” fəxri adlarına la-

yiq görülmüşdür. 

Görkəmli aktyor 1961-ci ildə qəfildən 

iflic  xəstəliyinə  düçar  olmuş  və  altmış 

iki yaşlı sənətkar bir daha səhnəyə çıx-

mamışdır. 

Məmmədəli Vəlixanlı 1969-cu il ap-

rel ayının 12-də dünyasını dəyişmişdir. 

Məzarı Bakıda İkinci Fəxri xiyabanda-

dır. 



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin