Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə116/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   112   113   114   115   116   117   118   119   ...   507
Ə d ə b i y y a t 

Hacıbaba Hüseynov 

millətin yaddaşında, 

musiqi tarixində yaşayır 

[Mətn] //Şərq.-2011.- 22 

aprel.- S. 11.

Hacıbaba Hüseynov 

ustad məktəbi yaratdı 

[Mətn] //Şərq .-2011.- 21 

aprel.- S. 11.

Hüseynov, R. Üç dəfə 

öpülən söz [Mətn] 

/R.Hüseynov //Kredo.-

2010.- 1 may.- S.6-9.

İbişova, R. Çox zillərdən 

yuxarı bəm [Mətn] 

/R.İbişova //Palitra.-

2010.- 23 iyun.- S.13.

Məmmədova, Z. Ha-

cıbaba Hüseynovun 

muğam sənətinin inki-

şafı və təbliğində rolu 

[Mətn] /Z.Məmmədova               

//Mədəni həyat.- 2012.- 

№1.- S.64-66.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.mugamradio.az

MART

3


91

Musiqi.Opera.Balet

80 

illiyi

Ceyran Haşımova 

1934

MART

Ceyran  Əsəd  qızı  Haşımova  1934-

cü il mart ayının 8-də (bəzi mənbələrdə 

aprel  ayının  23-də)  Bakı  şəhərində 

musiqiçi  ailəsində  anadan  olmuşdur. 

Uşaqlıqdan  aktrisa  olmağı  arzulamış, 

lakin  ecazkar  tar  aləti  onu  daha  çox 

cəlb etmişdir. 

1952-ci ildə A.Zeynallı adına Bakı 

Musiqi  Texnikumunun  xalq  çalğı 

alətləri şöbəsinin tar sinfini fərqlənmə 

diplomu  ilə  bitirmiş  və  texnikumda 

çalışmağa  başlamışdır.  20  il  bu  təhsil 

ocağında  dərs  demişdir.  Sonralar 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 

Konservatoriyasını bitirmişdir. 

1958-ci  ildən  Azərbaycan  Dövlət 

Musiqi  Məktəbində  müəllimə  kimi 

fəaliyyət 

göstərmişdir.  Azərbay-

can    radiosu  və  televiziyasında 

Səid  Rüstəmovun  rəhbərlik  etdi-

yi  Azərbaycan  Xalq  Çalğı  Alətləri 

Orkestrində  4  nəfərdən  ibarət  “Saz” 

qrupu yaradılmış və 1958-ci ildə Cey-

ran Həşimova həmin qrupa dəvət edil-

mişdir. Bu orkestrin tərkibində 1959-cu 

ildə  Moskvada  keçirilmiş Azərbaycan 

mədəniyyəti  ongünlüyündə  iştirak  et-

miş, sazla Bülbül, Şövkət Ələkbərova, 

Sara  Qədimova,  Xan  Şuşinski  kimi 

görkəmli  sənətkarları  müşayiət  etmiş-

dir. 

1964-cü ildə “Lalə” Qızlar Ansamb-



lını yaratmışdır.

Ansamblda  bir  çox  məşhur 

müğənnilər  -  Raziyə  Şirinova,  Zöhrə 

Abdullayeva, 

Təranə 

Vəlizadə, 

Mahrux  Muradova,  Nisə  Qasımo-

va,  Nəzakət  Məmmədova,  Ruhəngiz 

Allahverdiyeva,  Suğra  İbrahimova, 

Kəmalə  Rəhimli,  Firuzə  İbadova, 

Xalidə  Gözəl,  Rəhilə  Bəndəliyeva  və 

başqaları, həmçinin, musiqi alətləri ifa-

çıları  fəaliyyət  göstərmişlər. Ansambl 

Türkiyə,  İran,  Çexoslovakiya,  keçmiş 

SSRİ məkanında və bir çox başqa xari-

ci ölkələrdə qastrol səfərlərində olmuş-

dur.

Uzun  illər  Azərbaycan  Radiosu 



və  Televiziyasının  Xalq  çalğı  alətləri 

orkestrinin  saz  qrupunun  konsert-

meysteri  olmuşdur.  C.Ə.Haşımova 

uzun  müddətdir  ki,  milli  musiqi 

mədəniyyətimizi ləyaqətlə təmsil edir. 

O, 1994-cü ildə respublika komso-

molu  mükafatına  layiq  görülmüşdür.  

1987-ci ildə “Azərbaycan Respublika-

sının Əməkdar artisti”, 2006-cı ildə isə 

“Xalq  artisti”  fəxri  adına  layiq  görül-

müşdür. 

O, həm də Prezident təqaüdçüsüdür.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin