Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə121/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   117   118   119   120   121   122   123   124   ...   507
Ə d ə b i y y a t

Rəhimli, İ. Niyaz Şərifov 

(16.3.1914 - 15.5.1982) 

[Mətn] //İlham Rəhimli. 

Azərbaycan teatr tarixi.- 

Bakı: Çaşıoğlu, 2005.- 

S.343-344.

İ n t e r n e t d ə

www..anl.az

 www.teatrmuzeyi.musigi-

dunya.az

www.kinozal.az

www.az.wikipedia.org

Teatr.Kino


96

Teatr.Kino

Hüsеynqulu Sarabski 

1879-1945

135 

illiyi

Aktyor, rejissor

MART

20

Hüseynqulu  Məlik  oğlu  Rzayev 

(Hüseynqulu Sarabski) 1879-cu il mart 

ayının  20-də  Bakıda  kasıb  bir  ailədə 

anadan olmuşdur. Uşaqlıqdan musiqiyə 

böyük həvəsi olmuş və yaxşı səsi ilə se-

çilmişdi. 12 yaşlı Hüseynqulu ilk dəfə 

teatr tamaşasına - həvəskarların ifasın-

da “Xan Sarabi” adı ilə qoyulmuş Mirzə 

Fətəli  Axundzadənin  “Sərgüzəşti-

Vəziri-Xani-Lənkəran”  komediyasına 

baxmışdı. Əsl soyadı Rzayev olan Hü-

seynqulunun sonralar götürdüyü səhnə 

təxəllüsü  -  “Sarabski”  də  bu  güclü 

təəssüratın əks sədası olmuşdu. 

Hüseynqulu  Sarabski  teatra  çətin 

bir  dönəmdə  gəlmişdi.  Teatrı  “şeytan 

əməli”,  aktyorluğu  isə  “kişiyə  yaraş-

maz  peşə”  hesab  edənlərin  tənəsinə, 

bəzən də hədə-qorxusuna sinə gərərək 

öz arzuları və xəyallarına doğru inamla 

irəliləmişdi. 

Hüseynqulu  Sarabskinin  teat-

ra  gəlməsində,  aktyorluq  sənətini 

seçməsində,  püxtələşməsində  teatr 

xadimlərindən,  tanınmış  ziyalılardan 

N.Nərimanovun, 

Ə.Haqverdiyevin, 

R.Məlikovun,  həmkarları  -  Hüseyn 

Ərəblinskinin,  Cahangir  Zeynalovun 

və  başqalarının  böyük  rolu  olmuş-

dur.  İlk  dəfə  1902-ci  ildə  Nəriman 

Nərimanovun  “Dilin  bəlası”  pyesində 

Rəsul  rolunu  ifa  edən  Hüseynqulu 

sonralar  teatr  səhnəsində  Mirzə  Fətəli 

Axundzadənin,  Nəcəf  bəy  Vəzirovun, 

Əbdürrəhim  bəy  Haqverdiyevin  dram 

əsərlərində  bir  sıra  müxtəlif  xarakter-

li  rollar  oynamışdır.  O,  yalnız  milli 

repertuarda  deyil,  Azərbaycan  dilinə 

tərcümədə  Vilyam  Şekspirin,  Heyne-

nin,  Şillerin,  Qoqolun  əsərlərində  də 

müxtəlif rollarda çıxış etmişdir. Məhz 

Henrix   Heynenin “Əlmənsur” pyesində 

ərəb səyyahının rolunda çıxış edərkən 

oxuduğu  təsiredici  “Hicaz”  muğamı 

onu  Azərbaycan  mədəniyyətinin  yeni 

bir  aləminə  -  musiqili  teatra,  operaya 

gətirmişdi. Hüseynqulu Sarabski o za-

manlar Azərbaycanın və Şərqin ilk ope-

rası olan “Leyli və Məcnun” üzərində 

işləyən  Üzeyir  Hacıbəylinin  diqqətini 

cəlb  etmiş  və  bəstəkar  onu  öz  opera-

sında baş rola - Məcnun roluna dəvət 

etmişdi. Bu rol Hüseynqulu Sarabskiyə 

sözün  əsl  mənasında  ümumxalq 

məhəbbəti və ümumazərbaycan şöhrəti 

gətirmiş,  o,  Azərbaycan  səhnəsinin 

əfsanəvi, təkrarolunmaz Məcnunu kimi 

tanınmışdır.

Azərbaycan  professional  musiqi 

teatrının  banilərindən  biri  kimi  1908-

ci  ildən  “Nicat”  cəmiyyəti  nəzdində 

“Müsəlman Opera truppası”nın yaradı-

cılarından biri və eyni zamanda solisti 

olmuşdur.

Görkəmli  aktyor  Hüseynqulu  Sa-

rabski  teatr  tarixindəki  xidmətlərinə 

görə 1932-ci ildə “Azərbaycanın Xalq 

artisti” fəxri  adına layiq görülmüşdür.

Hüseynqulu Sarabski 1945-ci il fev-

ral ayının 16-da vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin