Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə108/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   104   105   106   107   108   109   110   111   ...   507
Ə d ə b i y y a t

Əsərləri [Mətn]: 4 cilddə   

/C.Cabbarlı; tərt. ed., ön 

söz. və şərh. müəl. Asif 

Rüstəmli.- Bakı: Şərq-

Qərb, 2005.- C.I.- 328 s. 

Seçilmiş əsərləri [Mətn] 

/Cəfər Cabbarlı; tərt. 

ed., ön sözün müəllifi. 

Asif Rüstəmli; red. 

T.Əfəndiyev.-Bakı: Çaşıoğ-

lu, 2004.-568 s. 

Dilbər [Mətn] /C.Cabbarlı;  

red.: R.Gülməmmədov.-

Bakı, 2003.- 18 s.

Mənim tanrım - gözəllik! 

[Mətn] /C.Cabbarlı; red. 

B.Abbasov; tərt. ed.: 

Q.Seyfəddin qızı; ön söz və 

şərh. müəl.: A.Rüstəmli.-

Bakı, 2000.- 273 s.

Elçin. Cəfər Cabbarlı: 

şəxsiyyəti və yaradıcılı-

ğı haqqında düşüncələr 

[Mətn] /Elçin; red. İ.Sadıq; 

rəssam T.Məlik.- Bakı: 

Azərnəşr, 2000.- 32 s.

İ n t e r n e t d ə

www.anl.az

www.cabbarlı.az

www. az.wikipedia.org

20

Dramaturq


84

Milli ədəbiyyat 

95 

illiyi

İsmayıl Şıxlı

1919-1995                   

MART

İsmayıl  Qəhrəman  oğlu  Şıxlinski 

(İsmayıl  Şıxlı)  1919-cu  il  mart  ayının 

22-də  Qazax  rayonunun  İkinci  Şıx-

lı  kəndində    anadan  olmuşdur.  1933-

1936-cı  illərdə  Kosalar  kəndində  ib-

tidai  məktəbi  bitirib  Qazax  pedaqoji 

məktəbinə daxil olmuşdur. 1937-1941-

ci illərdə Azərbaycan Pedaqoji İnstitu-

tunun (indiki Azərbaycan Pedaqoji Uni-

versiteti)  dil  və  ədəbiyyat  fakültəsində 

təhsil almışdır. 

1941-1942-ci illərdə Qazax rayonu-

nun Kosalar kənd orta məktəbində dərs 

hissə müdiri vəzifəsində çalışmışdır. 

1946-1949-cu  illərdə  APİ-nin  filo-

logiya  fakültəsində  aspirant,  müəllim, 

baş  müəllim,  xarici  ölkələr  ədəbiyyatı 

kafedrasının  müdiri  olmuş,  1954-cü 

ildə  isə  filologiya  elmləri  namizədi 

elmi adı almışdır. 1965-1968-ci illərdə 

Azərbaycan  Yazıçılar  İttifaqının  katibi 

vəzifəsində çalışmışdır. 

İsmayıl  Şıxlı  1976-1978-ci  illərdə 

“Azərbaycan”  jurnalında  baş  redaktor, 

1981-1987-ci illərdə Azərbaycan Yazı-

çılar İttifaqının birinci katibi, SSRİ Ya-

zıçılar İttifaqının katibi olmuşdur. 

1991-ci  ildə  Azərbaycan  Yazıçılar 

Birliyinin  Ağsaqqallar  Şurasının  sədri 

seçilmişdir.

İlk mətbu əsəri “Quşlar” şeiri 1938-

ci ildə “Ədəbiyyat” qəzetində dərc olun-

muşdur. 


Ədəbi yaradıcılığa 1947-ci ildə “İn-

qilab  və  mədəniyyət”  jurnalında  çap 

etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə 

başlamış, “Kerç sularında” adlı ilk kita-

bı 1950-ci ildə çap olunmuşdur. 

XX  əsrin  40-50-ci  illərində  İsmayıl 

Şıxlının “Səhəri gözləyirdik”, “Konserv 

qutuları”, “Haralısan, ay oğlan” və digər 

hekayələri  ədəbiyyata  yeni  tipli  bədii 

nəsr ustasının gəldiyindən soraq verirdi. 

Yazıçının “Ayrılan yollar”, “Dəli Kür” 

və  “Ölən  dünyam”  kimi  monumental 

romanları  epik  hekayələrdəki  lirik  ov-

qatı  əks  etdirən  analitik  yazı  tərzinin 

ən uğurlu nümunələridir. Əsərləri keç-

miş  SSRİ  və  xarici  ölkə  xalqlarının 

dillərinə  tərcümə  olunmuş,  özü  də  bir 

sıra dillərdən tərcümələr etmişdir. 

Xidmətlərinə  görə  1979-cu  ildə 

“Qırmızı  əmək  bayrağı”,  1984-cü  ildə 

Azərbaycanın  Xalq  yazıçısı,  1985-

ci  ildə  II  dərəcəli  “Birinci  Dünya 

müharibəsi”  ordenləri,  1991-ci  ildə 

M.F.Axundov adına ədəbi mükafatla və 

bir çox medallarla təltif edilmiş, 1973-

cü ildə Azərbaycan SSR Ali Sovetinin 

Fəxri Fərmanına layiq görülmüşdür.

Böyük Azərbaycan  yazıçısı  İsmayıl 

Şıxlı 1995-ci il iyul ayının 26-da Bakı 

şəhərində vəfat etmiş, Fəxri Xiyabanda 

dəfn edilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin