Şagirdin adı : ____________________ Soyadı : ______________________
1.. Aşağıda verilən əlamətlər qarşısında müvafiq saiti yazın.
İncə , dodaqlanan , açıq – __________Qalın , dodaqlanmayan , qapalı – ___________
2. Hansı cümlələrdə bütün sözlər ahəng qanununa tabedir ?
A) Çayın kənarındakı meşədən qəribə səslər eşidildi . B)Baharın gəlişi ilə təbiət oyandı
C) Xalqımız torpaq uğrunda vuruşanları unutmir . D) Nailə bağçadakı çiçəklərə heyranlıqlatamaşa edirdi .
3. Hansı cümlədə “ o ” ilə yazılıb , “ a ” kimi tələffüz olunan söz işlənib ?
A) Müğənnilər konsert verməyə hazırlaşırlar C) Meşədə azan uşaqlar kompas vasitəsilə yolu tapdılar.
B) Bütün dünyada olduğu kimi , Azərbaycanda da kosmosla bağlı tədqiqatlar aparılır .
4.“Başına əlvan güllərdən çələng qoymuş gənc qız səhəngini su ilə doldurub kəndə sarı addımladı ”cümləsində neçə sözdə “g” hərfi [ k ] kimi tələffüz olunur?
A) 3 B) 1 C) 4 D) 2
5.Hansı sözdə k – y əvəzləməsi baş verib ?
A) küləyə B) kürəyə C) kirpiyə D) dəliyə
6. Hansı cərgədəki bütün sözlərin son samiti “q ” ilə yazılmalıdır ?
A) [ çarx] , [ marax ] , [ sağlıx ]. B) [ balıx ] , [ məntik ] , [ çarıx ].
C) [ layik ] , [ yumuşax ] , [ rəng ] . D) [ otax ] , [ qarışıx ], [ sumax ].
7.Dörd sözdən biri iki “y” ilə yazılır ?
A) [ töfsiyə ] B) [ ehtiyat ] C) [ tərbiyə ] D) [ əhəmiyət ]
8.Soyuq sözünü cümlələrdə həm həqiqi , həm məcazi mənada işlədin.
_________________________________________________________________________________________
________________________________________________________________________________________
9/.“ Zindan “ sözünü hansı cümlədə “ həbsxana “ sözü ilə əvəz etmək olar?
A) Padşah əmr elədiki , dərvişi zindana salsınlar. B) Dəmirçi qılıncı kürədən çıxarıb zindana qoydu .
10. Aşağıdakı söz qruplarının hansında alınma sözlər daha çoxdur ?
A) qohumluq bildirən sözlər B) heyvan adları C) bədən üzvlərini bildirən sözlər
11. Hansı bənddə eyni nitq hissəsinə aid olan omonim verilmişdir ?
A) yaş B) sarı C) əqrəb D) sağ
12. Hansı alınma söz həmdə termindir ?
A) biznesmen B) süjet C) market D) ofis
13. Hansı atalar sözündə omonim işlənmişdir ?
ASu kiçiyindir, yol böyüyün B) Doşab almışam , bal çıxıb C) Abbasını bəyənməyən beş şahı çıxardır .
14. Hansı atalar sözündə antonim sözlər işlənmişdir ?
A) Su kiçiyindir , yol böyüyün . B) Doşab almışam , bal çıxıb .
C) Abbasını bəyənməyən beş şahı çıxardır .
15. Hansı cingiltili samitlərin kar qarışığı yoxdur ?______________________
Düz : ___ Səhv : ___ Qiymət : _______Bal_______ Müəllim____________
|