104
Ə d ə b i y y a t
Akademiyada region-
ların sosial-iqtisadi in-
kişaf problemləri üzrə
tədqiqatların ümümi qısa
tarixi səlnaməsi [Mətn]
/A.Nadirov; red. Ə.Nuriyev.-
Bakı: Elm, 2010.- 127 s.
Həyat insanlara xidmət
edəndə və onlara səmimi
olanda daha mənalı
və cəlbedicidir [Mətn]
/A.Nadirov; red. T. Kərimli.-
Bakı: Elm, 2011.-347 s.
Müstəqil Azərbaycan iqtisa-
diyyatının inkişaf məsələləri
[Mətn] /A.Nadirov.- Bakı:
Elm, 2001.- 454 s.
Naxçıvanın iqtisadiyyatı XX
əsrdə [Mətn] /A.Nadirov,
Ə.X.Nuriyev, Ş.M.Muradov;
red. F.Maqsudov.- Bakı: Elm,
2000.- 104 s.
Asəf Abbasqulu oğlu Nadirov
[Mətn]: biblioqrafiya /tərt.
Ş.İslamova; red. A.Əliyeva-
Kəngərli, İ.Şəfərov.- Bakı:
Elm, 2005.- 227 s.
İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org
Akademik
Asəf Nadirov
1929
Asəf Abbasqulu oğlu Nadirov 1929
-cu il (bəzi mənbələrdə 1930) mart
ayının 13-də Naxçıvan Muxtar Res-
publikasının Şərur rayonunda anadan
olmuşdur. İlk təhsilini 1936-cı ildə
doğma kəndində almış və 1946-cı ildə
Yengicə kənd orta məktəbini bitirib
Azərbaycan Dövlət Universitetinin
geoloji-coğrafiya fakültəsinə daxil ol-
muşdur. 1951-ci ildə universiteti əla
qiymətlərlə bitirərək coğrafiya kafed-
rasında assistent vəzifəsində saxlan-
mışdır. Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyəti yanında Respublika
inzibati-ərazi bölgüsü üzrə məsləhətçi
kimi məsul vəzifəyə irəli çəkilmiş və
iki ilə yaxın bu vəzifədə çalışmışdır.
1952-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyası Coğrafiya İnstitutunun
aspiranturasına daxil olmuş və təhsilini
davam etdirmək üçün 1953-cü ildə
Moskva şəhərinə - SSRİ Elmlər Aka-
demiyasına ezam olunmuşdur. Dünya
şöhrətli alimlərin çalışdığı bu elm oca-
ğında Asəf Nadirov böyük elmi məktəb
keçmiş və 1956-cı ildə elmlər namizədi
alimlik dərəcəsi almışdır. 1957-ci ildə
Elmlər Akademiyasının İqtisadiyyat
bölməsinə (1958-ci ilin may ayın-
dan İqtisadiyyat İnstitutu) kiçik elmi
işçi vəzifəsinə keçmiş, burada elmi
fəaliyyətə başlamışdır. Hazırda bu ins-
titutun Regional iqtisadiyyat şöbəsində
yerinə yetirilən elmi tədqiqat işlərinə
bilavasitə elmi rəhbərlik edir və bura-
da fəal elmi tədqiqat işləri aparır.
O, 1958-1992-ci illərdə (34 il)
Azərbaycan EA İqtisadiyyat İnsti-
tutunda şöbə müdiri, eyni zamanda
1964-1981-ci illərdə həmin institutda
elmi hissə üzrə direktor müavini, 1981-
ci ildən 1998-ci ilədək Azərbaycan
EA Rəyasət Heyətində baş elmi ka-
tib, 1990-1998-ci illərdə akademi-
yanın akademik-katibi vəzifələrində
işləmişdir. Azərbaycan EA İqtisa-
diyyat İnstitutu nəzdində yaradılmış,
vaxtilə respublikada yeganə ixtisas-
laşmış müdafiə şurasının 1980-1989-
cu illərdə sədr müavini, 1990-1998-ci
illərdə isə sədri olmuşdur. A.A.Nadirov
1966-1981-ci illərdə “Azərbaycan
SSR Elmlər Akademiyası Xəbərləri
“İqtisadiyyat” seriyasının baş redaktor
müavini, 1981-ci ildən həmin jurnalın
baş redaktoru vəzifəsində çalışır.
Akademik Asəf Nadirov 40 ilə
yaxındır ki, Azərbaycan Dövlət
Universitetində (hazırda Bakı Dövlət
Universiteti), son illərdə habelə baş-
qa ali məktəblərdə müxtəlif iqtisadi
fənlərdən mühazirələr oxuyur.
Asəf Nadirovun əməyi dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmişdir.
O, bir çox orden və medallara, fəxri
fərmanlara layiq görülmüşdür. 2004-
cü ildə Azərbaycann Respublikası-
nın “Şöhrət” ordeni ilə təltif edilmiş,
Y.Məmmədəliyev mükafatı laureatı
olmuş, “Əməkdar elm xadimi” fəxri
adına layiq görülmüşdür.
Dostları ilə paylaş: