113
Tarixdə bu gün
Novruz Bayramı
MART
Novruz bayramı baharın gəlişi
şərəfinə qeyd edilir və yeni ilin qar-
şılanmasını bildirir. Baharın ilk günü
təqvimdə Günəşin illik dövr etməsinin
başa çatdığını göstərir.
Novruz bayramının tarixi kökləri çox
qədim dövrlərə - Zərdüşt peyğəmbərin
zəmanəsinə aiddir. Bu isə təqribən
3700-5000 il deməkdir.
Ən qədim yazılı abidələrdə göstərilir
ki, Novruz bayramı bizim eradan əvvəl
505-ci ildə qeyd edilmişdir.
Novruz ruhun təmizlənməsi rəmzi-
dir. Novruzdan əvvəlki axır çərşənbə
ərəfəsində tonqallar yandırılır və ya-
şından, cinsindən asılı olmayaraq, hər
kəs bu bərəkətli odun üstündən yed-
di dəfə tullanmalıdır. Eyni bir tonqa-
lın üstündən yeddi dəfə və ya yeddi
tonqalın hərəsinin üstündən bir dəfə
tullanmaq lazımdır. Bu ritualı yerinə
yetirərkən “Mənim sarılığım sənə, sənin
qızartın mənə keçsin” demək lazımdır.
Novruz tonqalının üstünə heç vaxt su
tökmürlər. Tonqal özü sönəndən sonra
oğlanlar və qızlar onun külünü yığıb
evdən uzağa aparırlar. Bu o deməkdir
ki, bütün pisliklər həmin külə qarışaraq
gedir.
Su ilə təmizlənmə, suyun təmizlə-
yici qüvvəyə malik olması barədə
təsəvvürlərlə bağlıdır. Novruz gün-
lərində arx üstündən tullanmaq ötən
ildə edilmiş günahları yumaq deməkdir.
Belə bir adət də var: ilin son gecəsində
adamlar bir-birinin üstünə su çiləyirlər.
Xalq inamına görə, axır çərşənbə gecəsi
çaylar və arxlar dayanır, hamı və hər
şey, hətta ağaclar da yerə əyilərək suya
təzim edirlər. Yeni il axşamında kim bu
sudan içərsə, o, xəstələnməz.
Qədimdən yaranmış ənənələrə görə,
həmin vaxtda Novruzun şərəfinə toplar-
dan və tüfənglərdən atəş açırlar. Novruz
süfrəsində adları “S” hərfi ilə başlayan
yeddi xörək, habelə sumax, sirkə, süd,
səməni, səbzi və sair olmalıdır. Süfrəyə
güzgü və şamlar, güzgünün qabağına
boyanmış yumurtalar qoyulur. Bütün
bunların hər birinin rəmzi mənası var:
şam – insanları bədnəzərdən qoruyan
od, işıq, güzgü isə aydınlıq deməkdir.
Ənənəyə görə, bayramın birinci
günündə hər kəs öz evində olmalıdır.
Xalq içində deyərlər: “Əgər Novru-
zun birinci günündə öz evində olma-
san, yeddi il evinə həsrət qalacaqsan”.
Keçmişdə Novruz bayramı günündə
evin bayır qapısı, bir qayda olaraq, bağ-
lanmırdı. Novruzun birinci günü bütün
gecə işıq yanır, çünki işığın sönməsi
bədbəxtlik əlamətidir.
Ənənəyə görə, Novruzun birinci
günü bahar, ikinci günü yay, üçüncü
günü payız və dördüncü günü qış hesab
edilir. Əgər birinci gün hava küləksiz
və aydın olsa, deməli, il məhsuldar ola-
caqdır.
Novruz - Azərbaycan xalqının milli-
mənəvi dəyərlərini özündə əks etdirən
bayramıdır.
Dostları ilə paylaş: