Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix05.05.2017
ölçüsü0,85 Mb.
#16935
  1   2   3   4   5   6   7   8   9   ...   12
Layout 1

“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни  тяърцбя иля бир-

ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря

билян,  ъямий йятя, юлкяйя, халга  конкрет файда эятирян инсанлар

алимлярин сырасында хцсуси йер тутурлар”.

Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ

Mayın 5‐də Azərbaycan Milli Elmlər

Aka demi yasının «Azərbaycan Milli Ensik ‐

lo  pediyası» Elmi Mərkəzinin yeni binasının

açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti

İlham Әliyev açılışda iştirak etmişdir.

Prezident İlham Әliyevin rəhbərliyi ilə

Azərbaycanda gedən sürətli inkişaf proses ‐

ləri bir çox sahələrlə yanaşı, elmin tərəqqisi

və milli mənəvi dəyərlərin qorunması sahə ‐

sində də sürətli yüksəlişə geniş imkanlar

açmışdır. Bu sırada «Azərbaycan Milli En ‐

sik lo pediyası» Elmi Mərkəzinin inkişafı ilə

bağlı tədbirlərin görülməsi də diqqət mər ‐

kəzində saxlanılmışdır. Çünki Azərbaycanda

ensiklopediya mədəniyyətinin öz tarixi var ‐

dır.


Bu mühüm və dəyərli fəaliyyətin ən

böyük yüksəliş çağları ümummilli lider

Heydər Әliyevin adı ilə bağlıdır. Ulu Ön ‐

dərin fəal dəstəyi ilə 1976–1987‐ci illərdə çap

edilən «Azərbaycan Sovet Ensiklo pe diyası»

ölkə tarixinə bilik və məlumatların bütün

sahələrini əhatə edən ilk fundamental əsər

kimi daxil olmuşdur. O vaxt böyük elmi po ‐

tensialın cəlb edilməsi ilə hazırlanan bu on‐

cildlik ensiklopediyanın nəşri Azərbayca nın

elmi və mədəni həyatında tarixi hadi sə yə

çevrilmişdi.



2

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



«Azərbaycan Milli Ensiklopediyası» Elmi

Mərkəzinin yeni binası açılmışdır. Prezident

İlham Әliyev açılışda iştirak etmişdir

Azərbaycan müstəqilliyini bərpa etdik ‐

dən sonra universal milli ensiklopediyanın

nəşri məsələsi yenidən aktuallaşdı. Azər bay ‐

can Milli Ensiklopediyası xalqımı zın tarixi

inkişaf mərhələlərini, milli mənəvi sərvət ‐

lərini, habelə dünyanın elm və mədəniyyət

nailiyyətlərini özündə əks etdirən elmi nəşr

olmalı idi. Prezident İlham Әliyev dövlət

əhəmiyyətli bu mühüm işin həyata keçiril ‐

mə sini, ensiklopediyanın yüksək elmi səviy ‐

yədə hazırlanıb nəşri üçün tələb olunan

maddi‐texniki bazanın yaradılmasını təmin

etmək məqsədilə müxtəlif illərdə «Azərbay ‐

can Milli Ensiklopediyasının nəşri haqqında»,

həmçinin «Azərbaycan Milli Ensiklope di ‐

yası» Elmi Mərkəzinin yaradılması haq qında»

sərəncamlar imzalamışdır.

Yeni milli ensiklopediyanın hazırlanma ‐

sında azərbaycançılıq ideologiyası təməl

prinsip kimi önə çəkilmiş, onun respublika ‐

mı zın yeni dövrdəki tələblərinə cavab ver ‐

məsi, xalqımızın həyatındakı mühüm tarixi,

ictimai‐siyasi, elmi və mədəni hadisələri

obyektiv şəkildə əks etdirməsi kimi mühüm

vəzifələr müəyyənləşdirilmişdir. Redaksiya

heyətinin sədri Prezident İlham Әliyev olan

Azərbaycanın Milli Ensiklopediyasının artıq

ilk cildləri oxucuların istifadəsinə verilmiş ‐

dir. Dövlətimizin başçısı elmi araşdırmaların

səmərəliliyini artırmaq, tədqiqat işlərinin

müasir texnologiyalar əsasında aparılma sı ‐

na, məlumatların daha ətraflı və geniş for‐

matda hazırlanmasına nail olmaq məqsədilə

2012‐ci il iyulun 25‐də daha bir mühüm

sənədi imzalamışdır. Azərbaycan Milli Elm ‐

lər Akademiyasının «Azərbaycan Milli Ensik ‐

lopediyası» Elmi Mərkəzinin yeni binasının

tikintisi ilə bağlı tədbirlər haqqında Prezi‐

dent İlham Әliyevin imzaladığı Sərəncam

elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşı ‐

lan mışdır. Sərəncamda binanın tikintisi üçün

dövlət büdcəsində nəzərdə tutulmuş Prezi‐

dentin ehtiyat fondundan Azərbaycan Milli

Elmlər Akademiyasına ilkin olaraq 5 mil ‐

yon manat vəsait ayrılması qərara alın 

mışdı. Tikintisi yüksək standartlara uyğun



aparılan «Azərbaycan Milli Ensiklo 

pedi 


yası» Elmi Mərkəzinin yeni binası artıq isti ‐

fa dəyə  hazırdır.

Prezident İlham Әliyev «Azərbaycan Milli

Ensiklopediyası» Elmi Mərkəzinin yeni bi ‐

na sının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Milli Elmlər Akade miyası ‐

nın prezidenti, akademik Akif Әlizadə görü ‐

lən işlər barədə dövlətimizin başçısına məlu mat

verdi. Qeyd edildi ki, Akademiya şəhərci yi ‐

nin həyətində ən müasir texnologiyalar əsa ‐

sında tikintisi başa çatdırılan yeni mər kəzdə

ölkə həyatının bütün sahələrini dəqiq və

hərtərəfli əhatə edən elmi məqalələrin hazır ‐

lanıb Milli Ensiklopediyada toplanması üçün

ən müasir şərait yaradılmışdır. Binanın foye ‐

sində  Azərbaycanın  ilk  ensiklope diya sı nın

yaradılması təşəbbüsünü irəli sürən ümum ‐

milli lider Heydər Әliyevin büstü qoyul muş ‐

dur.

Prezident İlham Әliyev mərkəzin kitab ‐



xa nası ilə tanış oldu.

«Azərbaycan Milli Ensiklopediyası» Elmi

Mərkəzinin direktoru, redaksiya heyətinin

məsul katibi, akademik Tofiq Nağıyev bil ‐

dirdi ki, burada Azərbaycan Milli Ensiklope ‐

diyasının «Azərbaycan» xüsusi cildi nüma yiş

olunur. Bütövlükdə Azərbaycan Respub lika ‐

sına həsr olunmuş cilddə ölkəmizin dünəni və

bu günü: qədim tarixi və müasir həyatı, təbii

sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil

və mədəniyyət sahələrində qazandığı nailiy ‐

3

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



yətlər əksini tapmışdır. Bununla da Azər ‐

baycan haqqında indiyə qədər bənzəri olma yan

yeni və müfəssəl məlumat toplusu hazır ‐

lanmışdır. Nəşr 2007‐ci ildə Azərbaycan,

2012‐ci ildə isə rus dillərində işıq üzü gör müş ‐

 dür. Hazırda «Azərbaycan» cildinin ingilis

dili versiyası üzərində iş görülür. Ki tab ‐

 xanada 847‐ci ildə nəşr olunan dün yanın ilk

ensiklopediyasının surəti də nüma yiş etdirilir.

2012‐ci ildə nəşr olunan «Azər baycan Muğam

Ensiklopediyası»nın redaksiya heyə tinin sədri

Heydər Әliyev Fondunun prezidenti Mehri ‐

ban Әliyevadır.

Mərkəzin kitabxanasında Azərbaycan Milli

Ensiklopediyasının digər yeni nəşrləri və onlar

barədə biblioqrafik məlumatlardan ibarət

bukletlər sərgilənir. Mərkəzdə həm redak‐

siya heyətinin, həm də əməkdaşların fəaliy ‐

yəti üçün hər cür şərait mövcuddur.

Prezident İlham Әliyev mərkəzin akt və

konfrans zalları ilə tanış oldu. Zallarda bey ‐

nəl xalq və respublika əhəmiyyətli tədbir ‐

lərin keçirilməsi üçün bütün tələblər nəzərə

alınmışdır. Kitab anbarı, mini mətbəə, müasir

informasiya texnologiyalarının tətbiqinə

imkan verən rabitə sistemi ölkə həyatının

keçmişinin və bu gününün Milli Ensiklope‐

diyada daha dolğun əksini tapması imkanla ‐

rını genişləndirəcəkdir. Ümumi sahəsi 7500

kvadratmetr olan mərkəzin yerləşdiyi ərazidə

əsaslı abadlıq və yaşıllaşdırma işləri görül müşdür.

Prezident İlham Әliyev görülən işlərdən

razılığını bildirdi, tapşırıq və tövsiyələrini

verdi.


4

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Aprelin 18‐də Azərbaycan Milli Elmlər

Akademiyasının (AMEA) illik ümumi yığın ‐

cağı keçirilmişdir. Tədbirdə Azərbaycan Res ‐

pub likası  Prezidenti  Administrasiyasının

rəhbəri akademik Ramiz Mehdiyev, AMEA‐nın

həqiqi və müxbir üzvləri, Milli Məclisin

depu tatları, ali məktəblərin rəhbərləri, dövlət

və hökumət qurumlarının, ictimai təşkilatla ‐

rın nümayəndələri iştirak etmişlər.

Akademik Ramiz Mehdiyev və elmi icti ‐

maiyyətin nümayəndələri əvvəlcə AMEA‐nın

ayrı‐ayrı bölmə və institutlarının ötənilki

fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat

işlərini əks etdirən sərgi ilə tanış olmuşlar.

AMEA‐nın müvafiq institutlarının, digər

elmi tədqiqat müəssisələrinin son bir ildə

qazandığı uğurları əks etdirən sərgi işti rak ‐

çılar tərəfindən yüksək qiymətlən dirilmişdir.

Ümumi yığıncağı açan Azərbaycan Milli

Elmlər Akademiyasının prezidenti akade ‐

mik Akif Әlizadə AMEA‐da il ərzində görül müş

işlər barədə məlumat vermişdir. Bildi ril ‐

mişdir ki, Akademiyanın Rəyasət Heyəti

tərəfindən təsdiq edilmiş siyahı tərkibi

49 həqiqi (akademik) və 97 müxbir üzvdən

ibarətdir. İclasda 135 nəfər iştirak edir. İclas

öz işinə başlamağa səlahiyyətlidir.

Akif Әlizadə demişdir ki, AMEA‐nın

ötən il aprelin 24‐də keçirilmiş illik ümumi

yığıncağından sonra Akademiyanın yeddi

üzvü dünyasını dəyişmişdir. Bunlar akade ‐

miklər Rəhim Rəhimov, Asəf Nadirov, Bəh ‐

ram Әsgərov, AMEA‐nın müxbir üzvləri

Ab 


dulla Muxtarov, Sabir Hacıyev, Sabit

Kərimov, İsgəndər Cəfərovdur.

Akademiyanın vəfat etmiş üzvlərinin

xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA‐nın prezidenti qeyd etmişdir ki,

illik yığıncağın gündəliyində iki məsələ vardır:

Azərbaycan Milli Elmlər Akade mi yası Rəya ‐

sət Heyətinin 2013‐cü ildəki fəaliy yəti və

görkəmli alimlərin adına təsis edil miş müka ‐

fatların təqdim olunması.

Gündəlik səsə qoyularaq qəbul olunmuş

və reqlament müəyyənləşdirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiya sı ‐

nın prezidenti akademik Akif Әlizadə ötənilki

ümumi yığıncaqdan keçən dövr ərzində

ölkəmizin həyatında baş vermiş ən mühüm

hadisənin prezident seçkiləri olduğunu diqqətə

çatdırmışdır. Akademik Azərbaycan xalqı ‐

nın ümumi iradəsi nəticəsində bu ali dövlət

vəzifəsinə seçilmiş Prezident İlham Әliyevi

elmi ictimaiyyət adından təbrik etmişdir.

Akif Әlizadə AMEA‐nın dövlətimizin başçı ‐

sının elmə dair qərarlarını rəhbər tutaraq

2013‐cü ildə də uğurla fəaliyyət göstərdiyini

bildirmiş, elmi fəaliyyətin yeni meyarlarla

təşkili və idarə olunmasını elmi infrastruk‐

turun müasirləşdirilməsini və qabaqcıl texno ‐

logiyaların tətbiqini həyata keçirən əsas

prin sip kimi qeyd etmişdir. AMEA prezi‐

denti Azərbaycanın regionun elm mərkə ‐

zinə çevrilməsi üçün bütün imkanlara sahib

olduğunu, müasir informasiya‐kommunika ‐

siya texnologiyaları ilə təchiz edilmiş, böl gə də

ən qabaqcıl kitabxanalardan olacaq İnforma siya

Resursları Mərkəzinin istifadəyə tam hazır

olduğunu və müasir elmi istiqamətlər üzrə

yeni institutların yaradılacağını bildirmişdir.

5

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Azərbaycan Milli Elmlər Akademiyasının

illik ümumi yığıncağı keçirilmişdir

Akademiyanın prezidenti demişdir ki,

AMEA Azərbaycan Prezidentinə dəstək ola ‐

raq müstəqil dövlətçiliyimizin əsaslarının

möhkəmləndirilməsində üzərinə düşən vəzi ‐

fələrin öhdəsindən layiqincə gəlmiş, cəmiy ‐

yətin sosial‐iqtisadi tərəqqisinə, mə dəni‐mənəvi

təşəkkülünə töhfəsini vermişdir. Dövlə ti ‐

mizin başçısı Akademiyanın ölkədə elmin

təşkili və inkişafındakı böyük xidmətlərini

nəzərə alaraq bu mötəbər elm ocağının 70

illik yubileyinin keçirilməsi haqqında Sərən ‐

cam imzalamışdır.

Akif Әlizadə demişdir ki, Azərbaycan Pre ‐

zidenti tərəfindən hər il olduğu kimi, ötən

ildə də ölkəmizdə elmin inkişafı ilə bağlı çox

mühüm qərarlar qəbul edilmişdir. Prezident

İlham Әliyevin müvafiq fərman və sərən ‐

cam larına əsasən Akademiyanın həqiqi və

müxbir üzvləri yüksək dövlət təltiflərinə layiq

görülmüş, AMEA‐nın əməkdaşlarının maaş ‐

ları, doktorantların təqaüdləri, elmi dərə cə ‐

lərə görə vəzifə maaşlarına əlavələrin məbləği

artırılmışdır.

Bildirilmişdir ki, ötən il aprelin 24‐də ke ‐

çi ril miş ümumi yığıncaqda AMEA‐nın pre ‐

zidenti və Rəyasət Heyətinin yeni tərkibi

seçilmişdir. Seçkilərdən sonra Akademiyada

köklü islahatlara başlanılmışdır. Bu islahat ‐

ların əsas prinsipini ölkəmizin inkişaf strate ‐

giyasına uyğun olaraq elmi fəaliyyətin yeni

əsaslarla təşkili və idarə olunması, elmi in‐

frastrukturun müasirləşdirilməsi, qabaqcıl

texnologiyaların tətbiqi, elmi fəaliyyətin

yeni meyarlar əsasında qiymətləndirilməsi

və s. təşkil etmişdir.

Akademik Akif Әlizadə ölkənin inkişaf

strategiyasına uyğun olaraq regionlarda elmi‐

texniki potensialı artırmaq məqsədilə bir

sıra islahatların həyata keçirildiyini, o cüm ‐

lədən Prezident İlham Әliyevin «Azərbay ‐



6

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



can Milli Elmlər Akademiyasının Gəncə

bölməsinin təsis edilməsi haqqında» 19 dekabr

2012‐ci il tarixli Sərəncamına əsasən Gəncə

Regional Elmi Mərkəzinin bazasında AMEA‐nın

Gəncə bölməsinin yaradıldığını vurğula mış ‐

dır. Bildirilmişdir ki, bölmənin fəaliyyəti

Gəncə şəhərində elmi tədqiqat müəssisələ ri ‐

nin işinin gücləndirilməsi, re gion dakı mövcud

elmi‐texniki potensialın inkişaf etdirilməsi,

bölgənin tarixi, arxeоlо giyası, etnoqrafiyası

və təbii ehtiyatlarının tədqiqi üçün daha

əlverişli şərait yaradıl 

ması kimi mühüm

məsələləri əhatə edir.

Qeyd olunmuşdur ki, görülmüş işlər

sırasına AMEA‐nın elmi müəssisələrinin Direk ‐

torları, İnnovativ Layihələrin Eksper ti zası və

Koordinasiyası, Gənc Alim və Mütə  xəssislər

şuralarının yaradılması da daxildir. Müxtəlif

sahələrdə xüsusi fərqlə nən gənclərin «Gənclər

üçün  Prezident  mü ka  fatı»na  təqdim  olun ‐

ması,  Geologiya  İns  ti  tu tunun  aparıcı  elmi

işçisi Rafiq Səfə rovun bu yüksək mükafata

layiq gö 

rül 

məsi, dövlətimizin başçısının



«Azər baycan Milli Elmlər Akademiyasının

gənc alimlərinin Avropanın elmi mərkəz ‐

lərində doktorantura təhsilinin maliyyələş ‐

dirilməsi haqqında» 9 fevral 2010‐cu il tarixli

Sərəncamının icrası ilə əlaqədar gənc alim ‐

lərin Avropanın elmi müəssisələrində fəlsəfə

doktoru və elmlər doktoru proqramları üzrə

təhsil alması isti qamətində müvafiq işlərin

aparılması AMEA‐nın gənclər və kadrlar

siyasətinin tərkib hissəsidir.

Akademik Akif Әlizadə elmin inkişafına

böyük töhfələr verən və mühüm nailiyyətlər

qazanan alimləri həvəsləndirmək məqsədilə

«Nizami Gəncəvi adına Qızıl medal»ın,

həm  çinin  Akademiyanın  adlı  mükafatla rı ‐

nın təsis olunduğunu, AMEA‐nın fəxri fər ‐

manının yeni formalarının təsdiq edil diyini

demişdir.



7

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



AMEA prezidenti qeyd etmişdir ki, Pre ‐

zident İlham Әliyev tərəfindən təsdiq olun ‐

muş «Azərbaycan 2020: gələcəyə baxış»

İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün

prioritet istiqamətlərdə, o cümlədən elm

sahəsində əsas inkişaf hədəfləri müəyyən ‐

ləş 

dirilmişdir. Konsepsiyada elmi poten 



sialın inkişafı və ondan ölkəmizin tərəqqisi

üçün səmərəli istifadə olunması mühüm

məqsəd kimi qarşıya qoyulmuşdur. Bu işdə

əsas məsuliyyət ali elmi təşkilat olan Akade ‐

miyanın üzərinə düşür. Ona görə də, ilk növ ‐

 bədə, AMEA‐nın 2020‐ci ilə qədər perspektiv

inkişaf hədəf və istiqamətlərinin dəqiq müəy ‐

yənləşdirilməsinin vacibliyini vurğula yan

Akif Әlizadə bu məqsədlə hazırda Aka 

demiyanın 2020‐ci ilə qədər İnkişaf Kon  sep ‐



siyasının hazırlandığını, elmi tədqi 

qatla 


rın

prioritet istiqamətlərinin yenidən müəy  yən ‐

ləşdirildiyini və bu işlərin artıq yekun laş maq

üzrə olduğunu bildirmişdir.

Bakı Beynəlxalq Humanitar Forumu kimi

dünya əhəmiyyətli tədbirlərin Azərbay canın

beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çev ‐

ril məsi yolunda mühüm nailiyyət olduğunu

vurğulayan Akif Әlizadə demişdir ki, yeni

texnologiyaların və innovasiyaların nümayişi,

elmin təbliği, populyarlaşdırılması, gənc

nəslin elmə marağının artırılması, həmçinin

Azərbaycanın elm potensialının ortaya çıxa ‐

rılması məqsədilə ölkəmizdə və Cənubi Qaf ‐

qazda ilk dəfə elm festivalının keçirilməsi

planlaşdırılır.

Sonra AMEA‐nın akademik‐katibi, müx bir

üzv Rasim Әliquliyev Akademiya nın 2013‐cü

ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə

çıxış etmişdir.

Məruzədə bildirilmişdir ki, hesabat ilində

Akademiyada ölkəmizin sürətli inkişafı ilə

həmahəng olan islahatların yeni mərhələ ‐

sinə başlanılmış, AMEA‐nın strukturu, idarə ‐

etmə və təşkilati sistemi təkmilləşdirilmiş,

elmi müəssisələrin fəaliyyətinin məqsəd ‐

yön lü əlaqələndirilməsi üçün bir sıra mühüm

tədbirlər həyata keçirilmişdir.

Qeyd edilmişdir ki, elmi müəssisələrdə

162 problem çərçivəsində 504 mövzu üzrə

1402 elmi tədqiqat işi aparılmış, 110 mühüm

elmi nəticə alınmış, onlardan 55 iş tətbiq

olunmuşdur. Akademiyanın alimləri tərəfin ‐

dən 604‐dən artıq kitab, 7208‐dən çox məqalə

və tezis, o cümlədən xaricdə 2427‐dən artıq

məqalə və tezis çap etdirilmişdir. İmpakt fak ‐

torlu jurnallarda dərc olunmuş məqalələrin

sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq

526‐nı ötmüş və onlara 3800‐dən çox istinad

olunmuşdur. AMEA‐da 24 elmlər doktoru

və 124 fəlsəfə doktorluğu üzrə dissertasi ‐

yalar müdafiə edilmiş, Akademiyanın elmi

müəssisələri tərəfindən 68 respublika və

45 beynəlxalq səviyyəli elmi tədbir keçiril ‐

miş dir.

R.Әliquliyev 2013‐cü ildə Rəyasət Heyə ‐

tinin işinin səmərəliliyini artırmaq, elmin

idarə edilməsində Mərkəzi Aparatın fəaliy ‐

yətini gücləndirmək və müasir tələblər ba ‐

xımından modernləşdirmək məqsədilə həyata

keçirilmiş bir sıra əhəmiyyətli struktur

dəyişikliklərindən də bəhs etmişdir. Bildiril ‐

mişdir ki, AMEA‐da həyata keçirilən struk‐

tur islahatları çərçivəsində müasir dövrün

tələblərindən irəli gələrək Biofizika və Smart

Materiallar Mərkəzi, Neft və Qaz, Molekul‐

yar Biologiya və Biotexnologiyalar, Elm Tarixi

və Dünya Siyasəti institutları yara dıl mışdır.

Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq

İns titutunun adından «Sosiologiya» sözü

götü rül müş, Mərdəkan Dendrarisi Den‐

dralogiya İnstitutu, Kibernetika İnstitutu



8

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



İdarəetmə Sistemləri İnstitutu, Geologiya

İns titutu Geologiya və Geofizika İnstitutu,

Kimya Problemləri İnstitutu Kataliz və Qeyri‐

Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə

Elmi‐Tədqiqat İnstitutu isə Konfliktologiya

və İnsan Hüquqları İnstitutu adlandı rılmış dır.

Məruzəçi AMEA‐nın Azərbaycan Res ‐

pub likası Prezidentinin müvafiq Sərəncamı

ilə 70 illik yubileyi və Azərbaycan alimlə ‐

rinin I Qurultayı kimi iki mötəbər tədbir

ərəfə sində olduğunu, bununla bağlı bir sıra

elmi‐təşkilati işlərin görüldüyünü demişdir.

AMEA‐nın icraçısı olduğu dövlət proqram ‐

ların dan üçünün artıq başa çatdığı, 13‐nün

davam etdirildiyi vurğulanmışdır.

AMEA‐da həyata keçirilən hüquqi isla‐

hatlardan, gənclər siyasətindən də geniş bəhs

olunduğu məruzədə vurğulanmışdır ki, elm

və təhsilin inteqrasiyası gələcək elmi kadrla ‐

rın Akademiyaya cəlb edilməsinə şərait ya ‐

rat 

 

mışdır. Qurulmaqda olan informasiya



cəmiyyətinin inkişafından və elektron elmin

formalaşması vəziyyətindən danışan R.Әli ‐

qu liyev bildirmişdir ki, 2013‐cü il – «İnfor‐

masiya‐kommunikasiya texnologiyaları ili»

ilə bağlı tədbirlər planında AMEA‐nın da

üzə rinə mühüm vəzifələr qoyulmuş, hazır ‐

lan mış fəaliyyət planı çərçivəsində kom‐

pleks tədbirlər həyata keçirilmişdir. Belə ki

«AzScienceNet»in ölkə üzrə infrastrukturu‐

nun inkişafı istiqamətində mühüm işlər

görülmüşdür. Rabitə və Yüksək Texnolo gi ‐

yalar Nazirliyinin dəstəyi ilə «AzScienceNet»də

100 kilometrə yaxın fiber‐optik kabel çəkil ‐

miş, institut və təşkilatların 88 faizinin fiber‐

optik xətlər vasitəsilə İnter netə qoşulması

təmin edilmiş, əməkdaşların internet trafikə

olan tələbatı təxminən üç dəfə artmışdır.

AMEA‐nın akademik‐katibi qeyd etmiş dir

ki, 2013‐cü ildə mütəmadi olaraq «AMEA‐nın

Məruzələri», «AMEA‐nın Xəbər ləri», «Elm

dünyası», «AMEA‐nın Xəbərləri məc muəsi»

jurnallarının və «Elm» qəzetinin nəşri təmin

edilmişdir.

R.Әliquliyev Akademiyanın maddi‐tex ‐

niki bazasının gücləndirilməsi, sosial və ma ‐

liyyə‐təsərrüfat fəaliyyəti istiqamətində görü lən

işlərdən, alimlərin əməyinin qiymət ləndiril ‐

məsi və stimullaşdırılması ilə bağlı həyata

keçirilən tədbirlərdən danışmışdır.

Hazırda müzakirə prosesində olan «Elm

siyasəti haqqında» Qanunun qəbul edil 

məsi nin elm sahəsində dövlət siyasətinin



normativ‐hüquqi  əsaslarının  gücləndiril mə si

baxımından əhəmiyyəti vurğulanmış və

«Elmin informasiyalaşdırılması haqqında

Dövlət Proqramı»nın qəbul olunması məq ‐

sə dəuyğun hesab edilmişdir.

Daha sonra yığıncaqda AMEA‐nın vitse‐

prezidentləri, akademiklər − İsa Həbibbəyli

və Akif Hacıyev, Biologiya və Tibb Elmləri

Bölməsinin akademik‐katibi, akademik Әhli ‐

man Әmiraslanov, Azərbaycan Respublikası

Rabitə və Yüksək Texnologiyalar naziri, aka ‐

demik Әli Abbasov, Naxçıvan bölməsinin

sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət

Universitetinin rektoru, akademik Abel

Məhərrəmov, Nəsimi adına Dilçilik İnstitu‐

tunun direktoru, AMEA‐nın müxbir üzvü

Tofiq Hacıyev və akademik İsmayıl İbrahi‐

mov çıxış edərək mövcud problemlərdən

danışmış və təkliflərini səsləndirmişlər.

Ümumi yığıncağın qərarı ilə AMEA‐nın

hesabat dövründəki fəaliyyəti qənaətbəxş

hesab edilmişdir.

Sonra Azərbaycan Respublikasının Prezi‐

denti yanında Dövlət İdarəçilik Akademiya ‐

sının rektoru, akademik Urxan Әləkbərov

ümumi yığıncağın qərar layihəsini oxumuş ‐



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin