16
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
yələşdirmə sisteminin təkmilləşdiril məsi, təhsil
müəssisələrinin adambaşına maliy yələş mə sis ‐
teminə keçidi, ödənişli təhsil xidmətləri gös ‐
tərilməsinin dəstəklənməsi və Təhsilin İnkişafı
Fondunun yaradılması nəzərdə tutulur.
Bu gün Azərbaycan artıq yeni dövrə – mo ‐
dernləşdirmə dövrünə qədəm qoyub. Bu döv ‐
rün hədəfləri sosial‐iqtisadi həyatın qa baqcıl
beynəlxalq təcrübəyə uyğunlaş dı rılm asından,
bu yolla davamlı iqtisadi inki
şa
fın təmin
olunmasından, eləcə də əhalinin həyat səviy ‐
yəsinin daha da yüksəldilmə sin dən iba rətdir.
Xalqımızın müstəqil yaşamaq kimi tarixi haq ‐
qının gerçəkləşməsi gələcək inkişaf pers pek ‐
tivlərinin aydın şəkildə müəy yən ləş di ril məsinə
imkan verir. Güclü və dinamik inkişaf edən
Azərbaycanın insan kapi talı müasir dövlətçilik
fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin
gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzə ‐
ri nə düşür və onun daşıdığı missiya ilə bağlıdır.
Müasir dövrümüzdə insanlar, daha geniş
çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir
şeyi aydın dərk edib ki, təhsil fenomeni dün ‐
ya nın yeni inkişaf trendlərini müəyyən edir.
Bu, dünən də belə olmuşdur, bu gün də belə ‐
dir, gələcəkdə də belə olacaqdır.
Bu gün sürətlə modernləşən Azərbay
‐
canda təhsilin insan kapitalının inkişafı çağı ‐
rış larına cavab verməsi üçün yeni, daha təsirli
addımların atılmasına ehtiyac vardır. Bu
ehtiyacın ödənilməsi tələbindən irəli gələn
Dövlət Strategiyasının əsas məqsədi ölkədə
səriştəli təhsilverənlərə, ən yeni texnologi ya ‐
lara əsaslanan infrastruktura malik, keyfiy yət
səviyyəsinə görə dünyada öncül mövqe tutan
təhsil sistemi formalaşdırmaqdır. Bir daha
qeyd etmək istərdim ki, təhsil sistemimiz iqti‐
sadi cəhətdən dayanıqlı və dünyanın aparıcı
təhsil sistemlərinin standartlarına uyğun səviy ‐
yəyə qaldırılmalıdır.
İnanmaq istərdim ki, strategiyanın reallaş ‐
dırılması bu məqsədə nail olmağa, təhsilin
məzmununun, kadr hazırlığının, təhsildə idarə ‐
etmənin, infrastrukturun Azərbaycanın perspek‐
tiv inkişaf konsepsiyasına uyğun yenidən
qurulmasına imkan verəcək, ölkədə biliklərə
əsaslanan iqtisadiyyatın və informasiya cəmiy ‐
yətinin təşəkkülünü, davamlı inkişafı təmin
edəcəkdir. Bu inkişafın Azərbaycan modelinin
qurulmasında təhsildən gözlədiyimiz töhfələr
olacaqdır.
– Azərbaycanın birinci xanımı, Heydər
Әliyev Fondunun prezidenti Mehriban xanım
Әliyeva Fondun məktəbəqədər təhsil müəs ‐
sisə lərinin inkişafı proqramının təqdimatı
mərasimində belə bir fikir söyləyib: «Bu gün
ölkəmizdə fəaliyyət göstərən uşaq bağçala ‐
rının əksəriyyəti sovet dövründə tikilib. O
zamandan bu günə qədər Azərbaycanda əha ‐
li nin sayı 25–30 faiz artıb və mövcud bağça ‐
lar tələbatı ödəmir». Bu məsələ ilə bağlı
fikirlə rinizi bilmək istərdik.
– Elmi‐pedaqoji araşdırmalar göstərir ki,
insan ömür boyu öyrəndiyinin böyük bir
hissəsini altı yaşına qədər mənimsəyir. Məhz
bu dövrdə uşağın idraki və fiziki inkişafının
təməli qoyulur. Bu təməlin nə qədər möhkəm
və düşünülmüş olması şəxsiyyətin gələcək
inkişafını təmin edir və onun həyat fəlsəfəsini,
cəmiyyətə baxışlarını müəyyənləşdirir.
Tərbiyə ümumbəşəri anlayış olsa da, hər
bir xalqı səciyyələndirən öz milli, mənəvi
xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı,
incəsənəti, mədəniyyəti, adət və ənənələri vardır.
Bütün bunlar həmin xalqın milli mənəviy ya ‐
tını təşkil edir, böyüməkdə olan nəslin tərbi ‐
yəsində böyük rol oynayır.
Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə
kamilləşməsi, cəmiyyət üçün dəyərli şəxsə çev ‐
rilməsi hər bir dövrdə filosofların, pedaqoq‐
alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə
fəaliyyətinə insanın dünyaya gəldiyi ilk
günlərdən, hə a ana bətnində olarkən başlan ‐
ma
sının vacibliyini tutarlı faktlarla sübuta
yetirmişlər. Uşaqların erkən yaşlarından tər ‐
biyə olunmasını həyata keçirən xüsusi müəs ‐
sisələrin olmadığı bir dövrdə bu vacib məsələ
bilavasitə ailələrdə yerinə yetirilmişdir.
Zaman ötdükcə insanların məşğulluğunun
getdikcə artması məktəbəqədər müəssisələrin
yaradılması zərurətini meydana çıxarmışdır.
Məktəbəqədər təhsil müəssisələrinin tarixi
ondan başlamışdır ki, XIX əsrdə Almaniyada
Fridrix Frebel 3–7 yaşlarında uşaqların idraki,
17
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
fiziki və sosial baxımdan inkişafını təmin edən
oyunlardan ibarət kurikulum tərtib etmişdir.
Bu kurikulumun tətbiqində əsas məqsəd uşaq ‐
ları məktəbə hazırlamaqdan ibarət idi. Təhsil
işçiləri belə təhsil proqramlarının faydasını
müşahidə etdikcə məktəbəqədər tərbiyə işi
tədricən İngiltərə, Kanada, Birləşmiş Ştatlarda
da tətbiq edilməyə başlandı. Sonralar bu,
təhsilin ayrılmaz hissəsi kimi bütün dövlətlər
və cəmiyyətlər tərəfindən qəbul edildi.
Məktəbəqədər təhsil dövlətə nə verir? Bu
təhsil dövründə uşaqların fiziki, sosial və idraki
inkişafının düşünülmüş şəkildə təşkili onun
bütün gələcək taleyinə öz təsirini göstərir.
Mütəxəssislər hesab edirlər ki, mükəmməl
məktəbəqədər təhsil yalnız təhsilin növbəti
mərhələsində uşağın nailiyyət göstəricilərinin
yüksəldilməsi baxımından əhəmiyyətli olma ‐
yıb, həm də öz sosial, iqtisadi ehtiyaclarını
təmin edən vətəndaşın formalaşdırılmasında
böyük rol oynayır. Belə vətəndaşları olan
dövlətdə isə kasıblığın səviyyəsi aşağı düşür,
cinayətkarlıq azalır. Bu da insanların maddi
rifahını və təhlükəsizliyini təmin edir. Bütün
göstərilənlər dövlətin və dövlətçiliyin qüvvət ‐
lən məsinə xidmət edir.
Bununla belə, etiraf etmək lazımdır ki, keç ‐
miş sovet dönəmində ümumtəhsil məktəbləri
ilə müqayisədə məktəbəqədər təhsilin inkişa ‐
fına, onun təkmil infrastrukturunun yaradıl ‐
ma sına nisbətən az diqqət yetirilmişdir. Bölgə lərdə
müasir, birtipli layihə ilə tikilən müəssisələr
xeyli azlıq təşkil edirdi.
İnkarolunmaz faktdır ki, ölkəmizdə məktə ‐
bəqədər müəssisələrin inkişafı Azərbaycanın
müstəqillik illərinə təsadüf edir.
Hazırda Azərbaycan Respublikasında 111090
uşağı əhatə edən 1677 məktəbəqədər təhsil
müəssisəsi, o cümlədən 537 uşaq bağ çası, 1110
körpələr evi‐uşaq bağçası, 25 körpələr evi,
5 məktəb‐bağça, sağlamlıq im kan ları məhdud
uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni za‐
manda 12 müəssisədə 19 xüsusi təhsil qrup ‐
ları, 4 sanator tipli məktəbə qədər təhsil müəs sisəsi
fəaliyyət göstərir.
Respublikamızda təhsilin bütün sahələ ‐
rinə, o cümlədən məktəbəqədər təhsilə dövlə ‐
timiz tərəfindən xüsusi diqqət və qayğı göstə rilir,
xüsusi dövlət proqramları həyata keçirilir.
Məktəbəqədər təhsil sahəsində mövcud olan
problemlərin aradan qaldırılması, təhsilin
18
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
müasir tələblər səviyyəsində qurulmasının
təmin olunması istiqamətində kompleks təd ‐
birlər yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Res ‐
pub likasında məktəbəqədər təhsilin yeniləş di ril ‐
məsi Proqramı (2007–2010‐cu illər)» çər çi vəsində
37 yeni məktəbəqədər təhsil müəssisəsi inşa
edilərək istifadəyə verilmiş, 52 məktəbəqədər
təhsil müəssisəsində əsaslı təmir işləri apa
‐
rılmış, 184 müəssisə müvafiq avadan lıqlarla, o
cümlədən oyuncaq və idman avadan lıqları,
texniki vasitələrlə təchiz olun muş dur. Eyni za‐
manda bütün məktəbəqədər təhsil müəs si ‐
sələri müxtəlif təlim vəsaitləri ilə təmin edil mişdir.
Azərbaycan Respublikası Prezidentinin
təsdiq etdiyi 2011–2013‐cü illərdə Bakı şəhə ‐
rinin və onun qəsəbələrinin, habelə region ‐
ların sosial‐iqtisadi inkişafına dair dövlət
proqramlarına əsasən paytaxtda və onun qəsəbə ‐
lərində 174 məktəbəqədər müəssisə əsaslı
təmir olunmuşdur. 34 müəssisədə isə əsaslı
təmir işləri aparılır. Respublikanın digər şəhər
və rayonlarında 1 yeni məktəbəqədər təhsil
müəssisəsi inşa edilmiş, 41 müəssisədə əsaslı
təmir işləri yerinə yetirilmişdir.
Dövlət məktəbəqədər təhsil müəssisələri
şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl
sektorun da inkişafı böyük əhəmiyyət kəsb
edir. Yeni qəbul olunmuş «Körpələr evlərinə,
körpələr evi‐uşaq bağçalarına, uşaq bağçala ‐
rına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə
müddətli vergi güzəştlərinin verilməsi haqqında»
qanuna əsasən 2014‐cü il yanvarın 1‐dən başla ‐
yaraq 10 il müddətinə məktəbəqədər təhsil
müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edil ‐
miş hüquqi şəxslərin mənfəət vergisini və
sadələşdirilmiş vergini ödəməkdən azad
edilirlər. Bu isə uşaqların intellektual, fiziki və
psixoloji inkişafı üçün lazımi şəraitin yaradıl ‐
ması ilə yanaşı, bu sahənin inkişafının təkcə
dövlət sərmayələri ilə deyil, həmçinin özəl sek ‐
torun iştirakının stimullaşdırılması yolu ilə
təmin etmək məqsədi daşıyır.
«Təhsil haqqında» qanunda Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini dərk edən,
xalqının milli ənənələrinə və demokratiya prin ‐
siplərinə, insan hüquqları və azadlıqlarına
hörmət edən, vətənpərvərlik və azərbay cançı ‐
lıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət yetişdirmək
təhsilin əsas məqsədlərindən biri kimi önə
çəkilir. Qanunda məktəbəqədər təhsilin ilk və
vacib pillə olmaqla ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən
yaş dövründə intellektual, fiziki və psixi
inkişafını, sadə əmək vərdişlərinə və həyati
bacarıqlara yiyələnməsini, istedad və qabiliy ‐
yə tinin üzə çıxarılmasını, sağlamlığının qorun ‐
masını, estetik tərbiyəsini, şəxsiyyət kimi
formalaşmasını, məktəb təliminə hazırlığını,
təbiətə və insanlara həssas münasibətinin
formalaşmasını təmin etməli olduğu göstərilir,
məktəbəqədər təhsilin inkişaf etdirilməsi,
əsasən, 3 səbəbdən vacib hesab edilir:
1. Aparılmış tədqiqatlara görə, uşaqların
erkən yaşdan təhsilinə qoyulan sərmayə iqti‐
sadi və sosial baxımdan daha yüksək fayda ‐
lılıq əmsalına malikdir. Başqa sözlə, tədqi qatlar
göstərir ki, bu yaş dövründə uşağın inkişafına
xərclənən vəsait sonradan dəfələrlə artıq gəlir
gətirir.
2. Məktəbəqədər təhsil valideynlərə daha
artıq dərəcədə dəstək olmaqla qadınların
məşğulluq göstəricilərinə xüsusilə müsbət
təsir edir.
3. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar
arasında bərabərlik imkanlarının yaradılması
sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri
arasında fərqlərin azalmasına gətirib çıxarır.
«Təhsil haqqında» qanunda fasiləsizlik,
vəhdətlik, dinamiklik təhsil sahəsində dövlət
siyasətinin əsas prinsiplərindən biri kimi qeyd
edilmişdir. Qanuna görə, mövcud təhsil stan ‐
dartları, tədris proqramları və planları əsa ‐
sında təhsilin bir neçə səviyyədə əldə edilməsi
imkanı, təhsilin ayrı‐ayrı pillələri arasında sıx
dialektik qarşılıqlı əlaqənin təmin olunması və
onun insanın bütün həyatı boyu ardıcıl davam
etməsi vacib məsələ olaraq irəli sürülmüşdür.
Bununla belə, respublikada məktəbəqədər
yaşlı uşaqların təhsil müəssisələrinə cəlbi 14,8 faiz
təşkil etdiyindən bu yaşda uşaqların 80 faizindən
çoxu davamlı və ardıcıl təhsil imkanından kə ‐
narda qalır. Halbuki Təhsil Nazirliyi tərəfindən
19
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
aparılmış milli qiymətlən dirmə tədqiqatları da
sübut edir ki, ibtidai təhsilin sonunda bir ildən
artıq uşaq bağçasına getmiş uşaqlar uşaq
bağçasına getməmiş uşaq lardan ana dili və
riyaziyyatda daha yüksək nəticə göstər miş lər.
Ona görə məktəbəqədər təhsil müəssisələ ‐
rindəki təlim‐tərbiyə prosesi ailələrdəki eyni
prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil
və məktəbə hazırlıq təli minin davamı kimi
vahid sistemdə birləş məlidir. Yalnız bu halda
uşağın psixoloji və mənəvi cəhətdən məktəb
təliminə hazır olma sından danışıla bilər. Belə
bir sistemin qurul ması, heç şübhəsiz, ibtidai
təhsilin keyfiy yə tinə əhəmiyyətli dərəcədə
müsbət təsir göstərə bilər.
Məktəbəqədər təhsil sahəsində mövcud
problemlərin artıq yüksək səviyyədə tanınma ‐
sının nəticəsidir ki, bu təhsil növü Azərbaycan
dövlətinin təhsil siyasətində prioritet sahə
hesab edilmişdir. «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyasında ölkə üzrə
azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb ‐
olunma səviyyəsinin orta Avropa göstəricisi
səviyyəsinə çatdırılması əsas məqsəd kimi
təqdim edilir. Buna nail olmaq üçün isə
məktə bəqədər təhsil müəssisələri şəbəkəsinin
genişləndirilməsi, onların şərait və təchiza ‐
tının yaxşılaşdırılması, habelə bu sahədə müx ‐
təlif tipli, məsələn, icma və ailə tipli müəs sisələrin
yaradılmasına xüsusi önəm veri lir.
Konsepsiyada göstərilən bu məqsədlərdən
çıxış edərək Azərbaycan Respublikası Prezi‐
dentinin 24 oktyabr 2013‐cü il tarixli Sərən camı
ilə təsdiq edilmiş «Azərbaycan Res pub lika ‐
sında təhsilin inkişafı üzrə Dövlət Strate gi ‐
yası» sənədində məktəbəqədər təhsilin
inki şa fına yönəlmiş bir sıra hədəflər öz əksini
tapmışdır:
* qabaqcıl beynəlxalq təcrübə əsasında
məktə bəqədər təhsil üzrə pedaqoji və idarə ‐
etmə heyətinin müstəqil sertifikatlaşdırma
(lisenziyalaşdırma) sisteminin yaradılması;
* erkən yaşlı uşaqların məktəbəqədər təhsillə
əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;
* məktəbəhazırlıq təhsilinin (1 il) icbarili ‐
yinin təmin olunması.
Məktəbəqədər təhsil müəssisələrinin Təhsil
Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin
olmamasına baxmayaraq, son 10 ayda Təhsil
Nazirliyi tərəfindən ümumtəhsil məktəblə ‐
rində məktəbəhazırlıq qruplarının yaranma ‐
sını dəstəkləyən addımlar atılmış, bu qruplara
cəlb edilən uşaqların vaxtından əvvəl I sinfə
müsa
hibəsiz qəbul olunması barədə qərar
qəbul olunmuşdur.
Strategiya sənədində, eyni zamanda məktə ‐
bəqədər təhsil üzrə kurikulumun tətbiqinin
sürətləndirilməsi zəruri hesab edilmişdir.
Kurikuluma əsasən məktəbəqədər təhsil uşağın
ətraf aləmlə harmoniyasını təmin etməyə,
xeyirxah hislər oyatmağa, əməkdaşlığa və
müsbət özünütəsdiqə nail olmaq baxımından
əhəmiyyətlidir. Məhz bu dövrdə uşaqlarda
ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür
elementləri formalaşır, ətraf aləmin hadisələri,
sadə qanunauyğunluqları arasında qarşılıqlı
əlaqələri müəyyənləşdirmək və əldə edilmiş
bilikləri müstəqil tətbiq etmək bacarıqları
yaranır.
Məktəbəqədər təhsilin proqramı (kuriku‐
lumu) müasir dünya təcrübəsinə uyğun yeni
baxış və yanaşmalar əsasında hazırlandı ğın ‐
dan onun etibarlılığını, nəzərdə tutulan nəticə ‐
lərin reallaşmasına hansı səviyyədə təminat
verəcəyini sınaqdan keçirmək üçün həmin
proqramın (kurikulumun) pilot qaydasında
tətbiqi məqsədilə respublikanın 15 pilot şəhər
və rayonunda məktəbəqədər təhsil müəssi sə ‐
lə rinin pedaqoji işçiləri üçün təlimlər keçi ril ‐
mişdir. Bu təlimlərdən 3093 tərbiyəçi keç mişdir.
Cəmiyyətin müxtəlif xarakterli problem ‐
lərinin həllində aparıcı rol oynayan Heydər
Әliyev Fondunun prezidenti, UNESCO‐nun
və İSESCO‐nun xoşməramlı səfiri Mehriban
xanım Әliyeva hər zaman dəyərli təklif və
təşəbbüslə təhsil sisteminə öz töhfələrini verir.
«Yeniləşən Azərbaycana yeni məktəb» proq ‐
ramı çərçivə sində təxminən 400 məktəb tikil ‐
miş və təmir edilmişdir.
Heydər Әliyev Fondu tərəfindən məcburi
köçkünlər üçün salınan 83 qəsəbədə 50 uşaq
bağçası tikilmişdir. Eyni zamanda Bakı şəhə ‐
rində 11 məktəbəqədər təhsil müəssisəsi əsaslı
təmir olunmuş, 7 yeni uşaq bağçası inşa edi ‐
lərək istifadəyə verilmişdir.
20
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Qeyd etdiyiniz kimi, 2014‐cü il fevralın 24‐də
Azərbaycanın birinci xanımı, Heydər Әliyev
Fondunun prezidenti Mehriban Әliye vanın
rəhbərliyi ilə Fondun yeni layihəsinin – mək ‐
təbəqədər təhsil müəssisələrinin inkişafı proq ‐
ramının təqdimatı keçirilmişdir. Proqram
ölkə mizin bütün bölgələrində uşaq bağçala ‐
rının genişmiqyaslı tikintisi, yenidənqu rul ‐
ması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə
tutur. 2005‐ci ildə Heydər Әliyev Fondunun
təşəbbüsü ilə «Yeniləşən Azərbaycana yeni
məktəb» layihəsi qısa müddət ərzində uğurla
icra olunduğu kimi, qeyd olunan layihənin
köməyi ilə məktəbəqədər təhsil infrastruktu‐
runun müasirləşdirilməsinə, məktəbəqədər
təhsilin səviyyəsinin yüksəlməsinə, mövcud
problemlərin tam aradan qaldırılmasına nail
olunacaqdır.
– 12 illik ümumi təhsilə keçid nə qədər
realdır və bununla bağlı hansı islahatların
aparılması nəzərdə tutulur?
– Qeyd edim ki, Dövlət Strategiyasında əksini
tapmış 12 illik ümumi təhsilə keçid zamanı
təhsilin məzmununda baş verən yeniliklərin,
bir sıra araşdırmaların nəticələrinin nəzərə
alınması vacibdir. Məlumdur ki, dünya nın bir
çox qabaqcıl ölkələrində təhsil müd dətinin
artırılması istiqamətində artıq müəyyən addım ‐
lar atılmışdır və bu proses davam et mək dədir.
Məsələn, Kanada, Fransa, Hollandiya və
Çexiyada hazırda ümumi təhsilin müddəti 14
ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avs‐
traliya və Yeni Zelandiyada 13 illik ümumi
təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi
Koreya, Polşa və bir sıra digər ölkə lər də isə
ümumi təhsilin müddəti 12 ildir. Ümumiy yətlə,
hazırda 12 illik ümumi təhsili tətbiq edən
ölkələr dünya üzrə çoxluq təşkil edir. Son sta‐
tistik məlumatlara görə, belə ölkələrin sayı
170‐i ötmüşdür. Çox az sayda ölkədə ümumi
təhsilin müddəti 11 il təşkil edir. Onu da
vurğulamaq istərdim ki, İqtisadi Әmək daşlıq
və İnkişaf Təşkilatının məluma tına görə, hər
hansı bir ölkədə istənilən təhsil pilləsi üzrə
təhsil müddətinin bir il artırılması ölkənin
Ümumi Daxili Məhsulunun 3–6 faiz artmasına
gətirib çıxarır. Bununla yanaşı, təhsil müddə ‐
tinin artırılması təhsilə ayrılan xərclərin də
artması ilə nəticələnir. Özü də bu artım kifayət
qədər böyük rəqəmlərlə ifadə olunur. Lakin
xərclərin artmasına və olduqca böyük miq ‐
yaslı tədbirlərin həyata keçirilməsi perspektiv ‐
lərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin
strateji xə ini, neft kapitalının insan kapitalına
çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks
etdirir.
12 illik ümumi təhsilə keçidin təmin olun ‐
ması üçün mövcud təhsil standart və kuri ‐
kulumların yenilənməsi, tam orta təhsil pillə sində
təlimin istiqamətlər üzrə aparılması nəzərdə
tutulmuşdur. Bu sahədə yeniliklər dən biri və
məncə, ən mühümü tam orta təhsil səviyyə ‐
sində təhsil müəssisələrinin müxtəlif istiqa ‐
mətlər üzrə bölünməsidir. Bütün bunlar inki şafın
yeni çağırışlarını dəyərləndirmək və daha
yetkin vətəndaş yetişdirmək baxımdan əlavə
resurs və gələcəyə hazır olmaq imkanıdır.
– Dünyanın inkişaf etmiş ölkələrində
ümumi təhsilin normal təşkilinin əsas səbəb ‐
lərindən biri də məktəblərə müstəqil lik ve ‐
rilməsidir. Ölkəmizin ümumtəhsil məktəb lərinə
belə bir imkanın verilməsi mümkün ola ‐
caqmı?
– Dövlət Strategiyasının Fəaliyyət Planı
təsdiq edildikdən sonra həyata keçiriləcək
islahatların önəmli qismi məktəblərin idarə
olunması və maliyyələşməsini əhatə edəcək.
Bu zaman nəzərə alınmalı ən vacib prinsip
nəticəyönlülükdür. Müxtəlif ölkələrin təcrübəsi
göstərir ki, məktəblərin özünüidarəetmə mexa ‐
nizmi tətbiq olunan ölkələr beynəlxalq qiy ‐
mət
ləndirmə tədqiqatlarında daha yüksək
nəticələr göstərirlər. Lakin özünüidarəetmə
prinsipinin daha yüksək şəffaflıq və hesabatlı ‐
lığın da tətbiqi ilə parallel şəkildə həyata keçi ‐
rilməsi nəzərdə tutulur.
Maliyyələşmə islahatlarının da əsas məq ‐
sədi təhsildə keyfiyyət artımına nail olmaqdır.
Daha yüksək nəticələr əldə etmiş təhsil işti ‐
rakçıları həvəsləndirilməli və onların işi
21
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
maddi cəhətdən stimullaşdırılmalıdır. Təhsil
Nazirliyi tərəfindən həyata keçiriləcək bütün
islahatların ən vacib məqsədi şagird nailiyyət ‐
lərini yaxşılaşdırmaq, onların hərtərəfli inkişa ‐
fına nail olmaq və savadlı gələcək nəslin
forma laşmasına töhfə verməkdir.
«Azərbaycan Respublikasında təhsilin inki ‐
şafı üzrə Dövlət Strategiyası»nda beşinci isti ‐
qamət ölkəmizdə iqtisadi cəhətdən daya nıqlı
və dünyanın öndə gedən təhsil sis tem lərinin
standartları ilə eyni səviyyədə dura bilən maliy ‐
yələşdirmə modelinin qurul masını özündə ehtiva
edir. Bu istiqamət çərçivəsində təhsilin mövcud
maliyyələş dirmə sisteminin təkmil ləş diril ‐
məsi, təhsil müəssisələrinin adam başına maliy ‐
yə ləşmə sisteminə keçidi, ödənişli təhsil xid mət ləri
göstərilməsinin dəstəklənməsi nəzərdə tutu‐
lur.
Bu gün təhsilin maliyyələşdirilməsi sahə ‐
sində görüləsi işlər çoxdur. Burada ən böyük
hədəf təhsilə adekvat həcmdə maliyyə resurs ‐
larının cəlb edilməsi, təhsil xərclərinin Ümumi
Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6
faizə çatdırılması, təhsil müəssisələrinin bir
təhsilalana düşən xərc əsasında maliyyələş ‐
dirmə mexanizminə səmərəli keçididir. Biz
strategiyada tamamilə yeni maliyyə institutunun
– büdcədənkənar vəsaitlər hesabına for ma laş ‐
dırılan Təhsilin İnkişaf Fondunun ya ra dıl ma sını
nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi
layihələrin, tədqiqatların və s. yeni maliyyə ‐
ləş mə mexanizminin tətbiq olun ma sına yar ‐
dım edəcəkdir.
Dostları ilə paylaş: |