Pol Rikör: Beynimdə bəzi şeylər baş verir
və siz mənə beynimdə nələr olduğunu söylə ‐
yəndə neyronlar haqqındakı məlumat larım
artır. Ancaq bu məlumat bir simadakı sirli
baxışı anlamağa bir şey əlavə edirmi? Küçə ‐
dəki, ailənizdəki insanların üzünə baxanda
onların beyinlərində olanlara dair bir şey
bildiyiniz üçün anlaya biləcəyinizimi zənn
edirsiniz?
Jan Pier Şonjü: Qarşılıqlı təcrübələrimiz
istər‐istəməz beyinlərimizi səfərbər edir.
Әlbə ə, bu nəticə beyinə birbaşa təsir etməklə
deyil, dolaylı olaraq, dialoqla, fikir alış‐verişi
prosedurunda əldə edilir. Bir baxıma beyində
52
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
anlamanın bir coğrafiyası mövcuddur. Konkret
fenomenlər əsas olaraq birinci və ikinci hissi
sahələri səfərbər edərkən, mə umlar daha
çox geniş əlaqələndirmə nümayiş etdirir.
Xarici aləmlə əlaqə yerini daha çox mücər ‐
rəd proqramlara və layihə lərə verir. Buna müqa ‐
bil iyerarxiyada mücərrəd olan bu təfəkkür
tərzləri müəyyən şəkildə hərəkət etmək
üçün səfərbər olurlar. Beyin biliyə bir seçmə
proseduru sayəsində çatır. Vilyam Ceyms
haqlı olaraq hələ o vaxtlar belə deyirdi:
«Düşünmək seçmək demək dir» ( To think is
to make selections).
Pol Rikör: Başlanğıcda fizika, kimya və
biologiya terminləri ilə tərif etdiyiniz bir
ətraf mühit mə umu meydana gətirirsiniz.
Məhz bu mərhələdə belə artıq elmi olaraq
tərtib olunmuş bir dünya yaradırsınız. Sonra
bu dünyanın məna və mahiyyətdən uzaq
boş olduğunu söyləyirsiniz. Məhz bu dünya
daha əvəllər Kopernik və Nyuton inqilabları
ilə məna və mahiyyətdən uzaqlaşdırılmışdı.
Onlar Hans Consun da ifadə etdiyi kimi,
«ölü» fiziki bir dünya buraxdılar. Dünyanın
sizin ifadənizlə proqramlaşdırılmasının bir
seçmə proseduru ilə həyata keçirildiyi möv ‐
zu sunda sizinlə həmfikirəm. Ancaq haradan
başlayaraq? Az əvvəl dediyim yaşam dünyası
qeyd etdiyim mərhələdən, bura canlının öz
istiqamətini axtardığı, oranı nisbətən başa
düşülən, özü üçün yaşana bilən bir yer halına
gətirmək üçün mənalı siqnallar seçdiyi bir
dünyadır. Şüur içində əşyalar olan bir qutu
deyil. Mən dünya ilə xüsusi bir münasibət ‐
də yəm: bu, dünyada anadan olma və müəyyən
vəziyyətdə olma münasibətidir. Bir şeyə
yönəlmə, yəni görmək, hansısa bir şeyin
qarşısında olmaq, dolayısı ilə xarici aləmdə
iştirak etmək deməkdir. «Daxil, xaricdir»
fikrində sehrli bir şey yoxdur. Bu paradoks
sadəcə şüuru «daxili», dünyanı da «xarici»
hesab edən iki qütblü təsəvvürü rədd et‐
diyini ifadə edir. «Xarici dünya» təcrübəçinin
elmi olaraq bildiyi və texniki mənada nəzarət
etdiyi şəkli ilə dünyadır. Bu canlının içində
istiqamətini axtararaq qurduğu şəkil ətraf
mühit deyil. Halbuki şəxsin özü və başqaları
ilə olan münasibətləri belə bir atmosferdə
qurulur və davam edir.
Jan Pier Şonjü: Qarşılıqlı əlaqə və anlaşma
şüurlu subyektlər arasında olur. Niyyətlər,
məqsədlər, layihələr və davranış proqram ‐
ları nın hər biri ayrı‐ayrı neyron sis temlərini
dövriyyəyə soxur. Beyinlərimiz bu sayədə
indinin və keçmişdəki xarici aləmin çox müx ‐
təlif qaynaqlarını da bu işə əlavə edərək bu
prosesdə təsirli şəkildə iştirak edir.
Pol Rikör: Qəbul edirəm. «Canlılar qru ‐
pu nun» analizi onu yenidən qiymətləndir ‐
məmizə kömək edə bilər. Belə olanda dünya nın
gözəlliyini yaşayarıq!
Hazırladı:
Dr. Rəşad İLYASOV
53
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Bu sözləri oxuyarkən, görünən işığı sinir
impulslarına çevirmək üçün sizin gözünüz
üzvi birləşmə olan retinaldan (vitamin A
aldehidi və yaxud retinaldehid) istifadə edir.
Bu jurnalı vərəqləyərkən, sizə lazim olan
enerji əzələlərdə şəkərin kimyəvi reaksiyası
hesabına əldə olunur. Beyin hüceyrələri
arasında sadə üzvi molekullar (mediator
aminlər) körpü əmələ gətirirlər və beləliklə
də, beyində sinir impulslarının ötürül mə sini
təmin edirlər. Siz hələ də beyninizlə bədə ‐
ninizdə gedən prosesləri anlamadınız, elə
deyilmi? Bu prosesi anlamayan təkcə Siz
deyilsiniz. Yaxşı üzvi kimyaçı olmaq belə,
insan beyninin və bədəninin fəaliyyətini təmin
edən kimyəvi proseslərin təfsilatlarını bilmək
üçün kifayət etmir.
Biz müəlliflər də bunu dərk etmək iqti ‐
darında deyilik və buna iddiamız da yox‐
dur. Sadəcə olaraq, bu məqalənin məq sədi
XXI əsrə daxil olmuş üzvi kimya elminin
XIX əsrin əvvəllərində meydana gəldiyi ilk
dövrlərdən indiyə qədər keçdiyi inkişaf yolu ‐
nun həyatla bağlı olan bəzi məqamları
haqda məlumat verməkdir. Üzvi kimyanın
ilkin cəhdi elə həyatın kimyasını başa düşmək
olmuşdur. İndi isə o, kimyanın onların həya ‐
tında oynadığı roldan o qədər də xəbərdar
olmayan milyonlarla insanları qida maddələri,
paltar, müalicə vasitələri ilə təmin edən
geniş çoxmilli sənayenin inamlı əsaslarına
çevrilmişdir. Kimyaçılar molekulların əmələ ‐
gəlmə mexanizmlərini, onların özəlliklərini,
həyati proseslərdəki rolunu başa düşmək,
həyat üçün faydalı olan, təbiətdən bilavasitə
əldə edə bilmədikləri, məhsulların istehsa ‐
lını yaratmaq üçün uzun müddətdir ki, digər
elm sahələrinin mütəxəssisləri ilə – fiziklərlə,
bioloqlarla, riyaziyyatçılarla, mühən
dis
lərlə
yaxından əməkdaşlıq edirlər. XXI əsrin əvvəl ‐
lərinə qədər aparılmış tədqiqatlar nəticəsində
artıq bir çox əhəmiyyətli nailiy yətlərin əldə
olunmasına baxmayaraq, üzvi kimya hələ
inkişafının yeniyetmə dövrünü yaşa maqdadır.
O, inkişaf etdikcə özü‐özünü yaradır, təkmil ‐
ləşdirir. Çox vaxt yeni mole kul ları yarat‐
maqla, o, həyatı öyrənir, canlı lardan alınması
mümkün olmayan mole kul ları sintetik yolla
almaq və öyrənməklə, canlı lar da gedən kim ‐
yəvi proseslər haqda fikir yürüt məyə imkan
verir. Bununla yanaşı, yeni molekulların
yaradılması bizə insan həyatında geniş isti ‐
fadə olunan plastiklər, paltarları boyamaq
üçün yeni rənglər, ətirlər, xəstəlik ləri müalicə
etmək üçün yeni dərmanlar və s. verir. Bəzi
insanlar düşünürlər ki, belə fəaliy yətlər təbii
deyil və onların məhsulları təhlükəli və
zərərlidir. Lakin sintetik üsulla alınan yeni
molekullar da Yer kürəsində təbii olaraq
mövcud olan başqa molekullardan alınır.
Belə bir müqayisə edək. Quşlar özlərinə
yuva qurur, insanlar isə ev tikirlər. Hansı
təbii deyil?
Әlbə ə ki, hər ikisi təbii prosesdir. Hər
bir canlı öz yuvasını özü qurur. İbtidai icma
quruluşundan fərqli olaraq, sivil insanlar
mağaralarda yox, evlərdə yaşayırlar. Bəs
həmin evi ərsəyə gətirmək üçün sərf olunan
materiallar hardan alınır? Әlbə ə ki, təbiətdən.
Bu fəaliyyətlərdə təbii olmayan nə var?
54
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
11- sis – retinal görünən
işığı qəbul edən maddə
seratonin
insan mediatoru
Eləcə də insanların öz həyati
ehtiyaclarını ödəmək üçün üzvi
kimya üsullarından istifadə et ‐
məklə yeni maddələr almasında
təbii olmayan heç nə yoxdur!
Üzvi kimyaçı üçün prosesləri
təbii və qeyri‐təbii proseslərə
ayır maq mənasız şeydir. Təbiətdə
olduğu kimi, üzvi kimyada zə ‐
hərli birləşmələr də var, dərman
və qida maddələri də, sabit mad ‐
dələr də var, dəyişkən bir ləş mələr
də. Bunlar həm təbiətdə, həm bizim
beynimizdə və bədə
nimizdə
gedən proseslər, həm də bizim
beynimizdə doğan ide
yaların
təsiri altında əllərimiz vasitəsilə
kolba və reaktorlarda apardığımız kimyəvi
proseslərdən alınan məhsullardır. Kimya
nöqteyi‐nəzərindən bunları təbii və qeyri‐
təbii proseslərə ayırmaq heç bir məna kəsb
etmir: bunlar hamısı kimyəvi proseslər dir və
onların böyük bir hissəsi üzvi kimyaya aid‐
dir.
Şüurlu məxluq olaraq, bizim edə bilə cə ‐
yimiz ən yaxşı şey bizi əhatə edən dünyanı
mümkün qədər daha yaxşı dərk etmək və
əldə etdiyimiz bilikləri öz yaradıcı fəaliy ‐
yəti mizdə istifadə etməkdən ibarətdir.
Üzvi birləşmələr. Yuxarıda göstərildiyi
kimi, üzvi kimya həyat kimyası kimi fəaliy ‐
yətə başlamışdır, belə ki ilk dövrlərdə həyat
kimyasının laboratoriya kimyasından fərqli
olması fikri mövcud idi. Sonradan üzvi
kimyanın karbon birləşmələri, xüsusilə daş‐
kömürdən alınan birləşmələrin kimyası olması
fikri irəli sürüldü. Daha sonralar isə bu anla ‐
yışların vəhdət təşkil etməsi müəy yənləş ‐
dirildi. İndi isə «Üzvi kimyaya canlı larda və
ətraf aləmdə tapılan, digər ele ment ləri də özündə
saxlayan və ya saxlamayan, karbon birləşmə ləri ‐
nin kimyası kimi baxmaq olar».
Bu gün bizə məlum olan üzvi birləşmələr
indiki canlı aləmdə, yerin üzərində və
altında milyon illər ərzində ölü canlıların
çevrilmə kütlələrində olan və sintetik yolla
əldə edilən birləşmələrdir. İlk dövrlərdə
üzvi birləşmələr, əsasən, bitkilərdən və daş‐
kömürdən müəyyən distillə və ekstraksiya
üsulları ilə alınırdı. Onlardan aşağıdakıları
göstərmək olar:
– bitkilərdən distillə yolu ilə alınan efir
yağları
– əzilmiş bitkilərin turşularla ekstrak
‐
siya sından alınan alkoloidlər
– nanədən distillə yolu ilə alınan dad‐
verici efir yağı olan mentol
– yasəmənin güllərindən alınan sis – jas‐
mon ətri
XVI əsrdə məşhur bir alkoloid olan xinin
Cənubi Amerikada bitən kinə ağacının qabı ‐
ğından ekstraksiya yolu ilə alınırdı və qız ‐
dır manı, xüsusilə də malyariyanı müalicə
etmək üçün istifadə olunurdu. Bu işi görən
yezuitlər («Yezuit qabığı» dərman kimi tanı ‐
nırdı), əlbə ə ki, xininin kimyəvi qurulu şunu
bilmirdilər. XIX əsrdə kimyaçılar üçün əsas
kimyəvi birləşmələr mənbəyini daş‐kömür
təşkil edirdi. Daş‐kömür distillə edil dikdə
ondan işıqlandırıcı və istilikverici qazlar (əsa ‐
sən, H
2
və CO), həmçinin aromatik birləş ‐
mələrlə (benzol, piridin, fenol, anilin, tiofen)
zəngin olan qətran alınırdı.
55
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Fenol ilk dəfə Lister tərəfindən cərrahiy ‐
yədə antiseptik maddə kimi istifadə olundu
və anilin isə boyalar sənayesinin əsasını
təşkil etdi. Elə bununla da yeni üzvi birləş ‐
mələrin təbiətdən yox, kimyaçılar tərəfindən
sintez yolu ilə alınması yollarının axtarışına
başlandı. Hələ də istifadə olunan, kifayət
qədər mürəkkəb quruluşlu boya növü olan
«qəhvəyi‐bismark»ın sintetik yolla alınması
üzrə ilkin işlər Almaniyada aparılmışdır.
XX əsrdə neft daş‐kömürü ötüb keçdi,
buna səbəb isə neftin yanacaq kimi istifa ‐
dəyə yararlı olan metan ( CH
4
– təbii qaz) və
propan (C
3
H
8
– istilik qazı ) kimi üzvi
birləşmələrin, sadə karbohidrogenlərin əsas
mənbəyi olması idi. Eyni vaxtda kimya çılar
yeni mənbə olaraq, göbələklər, mərcan lar və
bakteriyalardan yeni molekulların axtarışına
başladılar. Kimya sənayesi «toplu» və «seçmə»
olaraq, paralel istiqamətdə inkişaf etməyə
başladı. Toplu kimyəvi mad də lər olan boya ‐
lar və plastiklər, sadə molekul lar əsasında çox ‐
tonnajlı maddələr hazırlan dığı halda, seçmə
kimyəvi maddələr olan dər man lar, ətirlər
və dadverici maddələr daha kiçik miqdarda
istehsal olunur və bu istehsaldan daha artıq
gəlir əldə olunur.
Hazırda 16 milyon üzvi birləşmənin
yazı lışı məlumdur. Bəs daha nə qədər müm‐
kün ola bilər? Buna limit qoymaq olmaz
(kainatın element atomlarının sayı istisna ol‐
maqla). Təsəvvür edin ki, Siz indi uzun
zəncirli karbohidrogen zənciri düzəltmisiniz
və elə indicə də ora başqa bir karbon atomu
birləşdirməklə başqa bir karbohidrogen
zənciri düzəldə bilərsiniz. Bu kimi proseslər
sonsuz olaraq, müxtəlif növ birləşmələrdə
gedə bilər. Lakin bu milyonlarla olan üzvi
birləşmələr xə i karbohidrogenlərin geniş
siyahısını yox, onların müxtəlif növ mole ‐
kul larının qəribə xassələrini nümayiş etdirir.
Bu məqalədə biz, əsasən, seçilmişlərə üstün‐
lük vermişik.
Üzvi birləşmələr hansı formada ola bilər?
Onlar bərk kristallar, yağlar, mumlar, plas ‐
tik lər, elastiklər, mayelər, qazlar ola bilər.
Məsələn: şəkər ağ kristal maddədir. Şəkər
ucuz təbii birləşmədir, bitkilərdən alınır.
Uçucu, alışqan xassəyə malik olan karbohid ‐
ro
genlər qarışığından ibarət olan benzin
rəngsiz mayedir. Benzinin oktan ədədini
artıran izooktan da rəngsiz mayedir.
Birləşmələrin rəngli olmasına ehtiyac
yox dur. Həqiqətən də, biz tezliklə üzvi birləş ‐
mələrin göy qurşağının spektrlərinə çevril ‐
mə sini xəyal edəndə, qara və qəhvəyi rəngi
xatırlamayacağıq. Rəng bizim maddələri
tanıya bilməmiz üçün yeganə xassə deyil.
Həmçinin iy bizim ətrafımızda olan maddə ‐
ləri duymamızı təmin edir.
56
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
mentol
xinin
saxaroza – adi şəkər
izooktan ( 2,3,5 – trimetil
pentan)
şəkər qamışı və ya şəkər
çuğundurundan alınır,
ağ bərk kristal maddə
sis-jasmon
Bunlardan bəziləri tamamilə murdar
üzvi birləşmələrdir. Məsələn: skunsun ifraz
etdiyi iy iki tiolun (tiol – tərkibində SH qrupu
olan birləşmədir) qarışığından ibarətdir.
Ola bilsin ki, dözülməz pis iy 1989‐cu ildə
Frayburq şəhərində evakuasiyaya səbəb olub.
Tioasetonun üçlü tioasetondan alınması cəhdi
xoşagəlməz iyin sürətlə yayılmasına səbəb oldu.
Bu da şəhər sakinlərinin huşunu itir mə sinə
və ürək bulanmasına gətirdi. Bu səbəb dən
şəhər sakinlərinin sürətli təxliy
yəsi oldu.
Nəticədə laboratoriya işinə son qoyuldu.
Dözülməz iyə səbəb olan əsas iki nami ‐
zəd maddə bunlardır: propanditiol (aseton –
hem –ditiol kimi də adlandırılır) və 4‐metil
4‐sulfanil pentanon‐2. Pis qoxuları əmələ
gətirən çox kiçik qrup aşağı molekul birləş ‐
mələrdən ibarətdir, əsasən, kükürd və azot
saxlayan. Bunu da qeyd etmək vacibdir ki,
kükürd və azot elementləri selen və tellurla
əvəz edildikdə xoşagəlməz iylər bir az da
şiddətlənir, lakin bu birləşmələr qida məh ‐
sul larında müşahidə olunmamışdır. Belə bir
sual ortaya çıxır? Niyə bəs aşağı molekul
birləşmələr kəskin xoşagəlməz iylərə ma‐
likdir, məsələn, hidrogensulfid – H2S? Bu
suala kimyaçılar hələ ki yekdil fikir irəli
sürməmişlər.
Xoşagəlməz iylərin də öz tətbiq sahəsi
var. Bizə boru vasitəsilə verilən təbii qazın
tərkibinə qəsdən az miqdarda kükürd bir ‐
ləş məsi olan üçlü‐tiobutil (CH
3
) (CSH) mad ‐
dəsi qatılır. Biz az miqdar dedikdə, çox az
miqdar nəzərdə tuturuq. Bu maddə təbii
qazın 50000000 bir hissəsinə qatılır, insan ‐
ların qaz iyini hiss etməsinə kifayət edir.
Digər birləşmələrin çox gözəl ətirləri var.
Kükürd birləşmələrinin günahını yumaq
üçün biz yerdombalanına istinad etməliyik.
Bu göbələk növü çox dadlıdır və çox
qiymətlidir. Damas‐
cenon – qızılgülün
iyinə səbəb olur. Әgər
siz bunu indi bir damcı
istifadə etsəniz, onun
iyindən məyus ola
‐
caq
sınız, çünki bu
skipidar və kamfo ra nın iyinə oxşardır. Lakin
sabah sizin pal tar la rınız gözəl gül ətri verəcək.
Eynilə üçlü tioase tonun birləşmələrinin də qatılığı
azaldıqca iyi yaxşılaşır.
Təkcə insanlar iy hissinə malik olan canlılar
deyil. Həşəratlar ağzınacan dolu dünyada çox
balacadılar və onlar bir‐birini öz xüsusi növlərinin
və qarşı cinsi iyinə görə tapır. Bir çox həşəratlar
uçucu birləşmələr ifraz edirlər. Bu da ki ina ‐
nılmaz zəif qatılıqda digər bir potensial həşərat
tərəfindən qəbul edilir.
Bəs dad haqqında nə deyə bilərik?
Qreypfrut meyvə
‐
sinə nəzər salaq. Әsas
ləzzət kükürd birləş
‐
məsinin təzahürüdür və
insanların çox az hissəsi
bunu seçə bilər. Kükürd
birləşməsi qreypfrutda, demək olar ki, təsəv ‐
vürolunmaz dərəcədə az miqdarda (1tonda 10‐4
mq) olur.
Bəzi üzvi birləşmə lərin insanlara qəribə təsiri
var. Spirt və kokain kimi müxtəlif preparatlar
insanı qısamüddətli xoşbəxt edir, lakin onla rın
57
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
kokain – asılılıq yaradan alkoloid
Skuns
Qara yerdombalanından əmələ gələn
xoş iy verən maddə
damascenon
çox böyük ziyanları var. Çoxlu spirt istifadə
etmək səfalətə gətirib çıxarır və mütəmadi kokain
istifadə etmək Sizi həyatın quluna çevirərək
insanın ölümünü tezləşdirir.
Gəlin o biri canlıları da unutmayaq. Pişiklərin
müxtəlif vaxtda yuxuya getməsi müşahidə olunur
və buna onurğa beynindən ayrılan maye səbəb
olur. Bu mayenin təsiri altında insanlar da dərhal
yuxuya gedir.
Bu birləşmənin və disparlurenin hər ikisi yağ
turşularının törəmələridir. Bunlar insanların bir
çox qida problemlərinin xüsusiyyətini müəyyən
edən molekullar olduğu üçün hal‐hazırda diqqət
mərkəzindədir. Yağ turşular pəhrizin tərəfdarıdır
və daimi doymuş, monodoymamış, polidoy ‐
mamış turşuların keyfiyyətləri ( pis və ya yaxşı)
barədə xəbər verilir. Təbii ki, bu da üzvi kimya ‐
dır. Ağartı məhsullarının tərkibində olan QLT
(qoşulmuş linol turşusu) xərçəng əleyhinə isti ‐
fadə olunur.
Başqa faydalı maddə rezveratroldur, bu da
qırmızı çaxırın tərkibində olur və ürək xəstə ‐
liklərinin qarşısını almaq üçün faydalı təsir göstə ‐
rir. Bu, iki benzol həlqəsindən ibarət olan üzvi
birləşmədir.
Bizim qəbul etdiyimiz daha bir birləşmə
C vitaminidir. Bu birləşmə qida rasionumuzun
vacib faktoru olduğu üçün vitamin adlanır.
C vitaminin çatışmazlığı nəticəsində yumşaq
toxumaların, xüsusilə də ağızda olan yum ‐
şaq toxuma ların degenerasiyası baş verir – bu
da sinqa xəstəliyi adlanır. Uzun səyahətə
çıxan dənizçilər bu xəstəlikdən əziyyət çəkir ‐
lər (Xristofor Kolumb bu xəstə lik dən əziyyət
çəkib). C vitamin primatlar, meyvə yarasa ‐
ları, dəniz donuzları üçün vacib
dir. Digər
məməlilər C vitaminini özləri hazırlayırlar.
Bu vitamin, həmçinin universal antioksi ‐
dant dır. C vitamini sərbəst radi kalları bədəndə
təmizləyərək, bizi xərçəg xəstəliyindən qoru ‐
yur. Bəzi insanlar fikirlə şir lər ki, bu birləş ‐
mənin artıq istehlakı bizi zökəmdən qoru yur,
ancaq bu hələ də tam sübut olunmamışdır.
Akif ӘZ ZOV,
k.e.d., professor AMEA‐nın
müxbir üzvü
Leylufər ӘLİYEVA,
t.e.d, professor
58
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
rezveratrol – üzüm qabığından alınır (qırmızı çaxırda
olan birləşmədir)
İ
İnsan bədəninin forması materiyanın 7 pil ‐
ləsindən ibarətdir. Bu 7 substansiya bir‐bi ‐
rindən sıxlıq və vibrasiyaya görə fərqlənir.
Bizim bədənimiz maddənin üç halından for ‐
malaşmışdır: bərk, maye və qaz halı.
Vahid insan vücudunda ruh və bədən
birləşmişdir. Ruh – ali başlanğıcdır, bədənə
həyat verir, onu şövqləndirir. Bədən – insan
üçün imtahandır. Bədən ruha özünü ifadə
etməyə, inkişaf etməyə, təkmilləşməyə, digər
insanlara yardım etməyə imkan verir. Әgər bu
baş verməzsə, bədən ruhu çətinliyə salır: ona
şəhvani ehtiras və ondan yaranan xəstəliklər
ötürür.
Fiziki bədənin dəqiq surəti «efir bədəni»dir
(hər insanda var).
«Efir bədəni» – insanın fiziki formasının
əsas landığı bir nümunədir, bu, fiziki formanı
həyat enerjisi ilə doldurur. «Efir bədəni»ndə
psixi mərkəzlər – çakralar yerləşir. Әgər
insanları «Mən» – ali ruh, Şüur («zərif» bədən)
və bədən (fiziki bədən) terminləri ilə nəzərdən
keçirsək, çakralar Şüur («zərif» bədən) mexa ‐
nizminin hissələri deməkdir. Baxmayaraq ki,
şüur vahiddir, onun öyrənilməsi üçün qədim
yoqalar, daoslar, şamanlar və müasir ezote ‐
riklər (transsendentalistlər) və dinin mistik
istiqamətlərinin tərəfdarları onu «hissələr»ə
ayırırlar. İnsan şüurunun və ya «zərif» bədəni ‐
nin məkanı riyazi nöqteyi‐nəzərdən çox ölçü ‐
lüdür və bizim dörd ölçülü Evklid məkan‐zamanı
ilə oxşar deyil, buna görə də Şüuru birmənalı
olaraq hissələrə ayırmaq olmaz, necə ki, məsə ‐
lən, fiziki bədəni əllərə, ayaqlara, qarına, beyinə,
ağciyərlərə və s. ayırırlar. Bölgü üsulundan
(müxtəlif koordinasiya sistemlərinin proyeksi ‐
yala rından) asılı olaraq, şüurun müxtəlif yol‐
larla izahı meydana gəlmişdir. Buna görə də
müxtəlif dinlər və təlimlər Şüuru fərqli şəkildə
və fərqli sayda hissələrə ayırırlar. Oxşarlıq
prinsipinə əsasən (elmdə nümunəsi fraktal və
holoqramlar) mistika elmində (şüur elmində)
hesab olunur ki, insan vücudu Kainatın vücu ‐
duna oxşardır, buna görə də insan bədənin ‐
dəki psixi mərkəzlər sistemi Kainatın çoxsə viy yəli
quruluş sistemi kimidir. Bu da dinlərdə və
mistik təlimlərdə özünü göstərir: 7 səma,
7 çakra, 7 əsas rəng...
Qədim Misirin gizli təcrübələrindən Uzaq
Şimal xalqlarının ənənə və ayinlərinə kimi bütün
dünya mənəvi təlimlərinin mərkəzi ideyası
ondan ibarətdir ki, insan – yalnız fiziki bədən
deyil, həm də hər şeydən öncə enerji infor‐
masiya strukturudur. Məhz enerji fiziki bədəndə
baş verən proseslərin əsasında dayanır, həm ‐
çinin bizi digər insanlarla əlaqələndirir. Ona
görə də sağlamlığın, ətrafla münasibətdə har ‐
moniyanın əldə olunması üçün, o cümlə dən
pozitiv həyat situasiyalarının təşviqi üçün in‐
sana enerjini idarə etmək bacarığı lazımdır.
Biz hamımız fiziki bədənimizin qayğısına
qalırıq: imkan daxilində keyfiyyətli qida məh ‐
sullarından istifadə edirik, vitaminlər qəbul
edirik, lazımi gigiyena prosedurlarını və az ya
çox fiziki hərəkətləri yerinə yetiririk. Buna
baxmayaraq, energetikamızdan söhbət getdik ‐
də (hansı ki elmi‐populyar ədəbiyyatın və
KİV‐in sayəsində çoxluq onun mövcudluğuna
şübhə etmir), biz nəyə görəsə çətin vəziyyətə
düşürük. Әgər energetik bədən, həqiqətən,
mövcuddursa, məntiqlə güman etmək olar ki,
fiziki bədən kimi o da az qayğıya layiq deyil.
Hə a daha çox! İnsan orqanizmindəki enerji
proseslərinin öyrənilməsində, məlum olduğu
kimi, Qədim Hindistan, Çin və Tibet müdrik ‐
ləri xüsusi nailiyyət əldə etmişlər. Vedalar,
yoqa sutraları və daos traktatları «zərif» bədə ‐
nin yeddi mərkəzindən söhbət açır, bu mər ‐
kəz lərdə yaşadığımız dünya ilə mənəvi dünya
arasında enerji mübadiləsi baş verir. Bu mər ‐
kəzlər çakralar adlanır.
Çakra – (hərfi mənada «dairə», «çarx»,
«disk», «mandala») induizm dini təcrübələ ‐
rində – insanın daxili (həssas) orqanlarında
Dostları ilə paylaş: |