59
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
ПСИХИ ЕНЕРЖИ
МЯНБЯЙИ
qüvvə və şüur mərkəzlərindən biri kimi qeyd
olunur. Müasir induizmdə hesab olunur ki, insan
bədənində çakralar müxtəlif əsəb düyünlərinə
və vəzilərə uyğundur.
İnduizm dini təcrübələrində çakralar (və
ya bədənin mexanizmini tənzimləyən nazim
çarxlar) – bu, nadi (sanskr.
नाडी, nāḍī — kanal,
boru, vena, puls) kəsişmə nöqtəsidir, hansı ki,
onunla insan bədəninə həyat enerjisi (prana –
«həyat», «nəfəs» və ya «daimi hərəkət») keçir.
İnduizmdən başqa, çakra anlayışından
bəzi buddizm sistemlərində, xüsusilə Tantra
və Yoqada, bir çox müasir fövqəltəbii (okkult)
sistemlərdə, Çinlilərin daosizmində (dantyan),
həmçinin xüsusi simvolik təsvir lərdə (çankra
yantra) istifadə olunur.
Çakra islam düşüncəsində də həmçinin
xatırlanır. İslamın sufizm fəlsəfəsində (İslamın
ezoterik şərhi) «lətaiflər» haqqında buna bənzər
anlayışlar vardır. Lətaif hərfi mənada «incəlik»
deməkdir və incə qavrama nöqtəsi mənasını
verir, həmçinin paklıq nöqtəsi, nur lanma yeri,
reallıq mərkəzi də adlanır. Sufi lər qəlb, ruh,
sirr, xəfi, əxfa, nəfs kimi 6 lətaif təbəqəsini
fərqləndirirlər. 4 əsas qavrayış orqanının
aktivizasiyası sufi metodologiya
sının bir
hissəsi hesab olunur:
– Ürək (qəlb)
– Şüur (sirr)
– İntuisiya (xəfi)
– Gizli şüur (əxfa)
Çakranın mövcudluğu haqqında konsep ‐
siya ənənəvi hind təbabəti və alternativ təba ‐
bətin digər bəzi növləri üçün xarakterikdir,
lakin müasir elmlər, əsasən də, biologiya və
biotəbabət güman edir ki, insan bədənində
çakraları müəyyən edə biləcək fiziki və fizi ‐
oloji struktur mövcud deyil.
«Efir bədəni» daimi olaraq fırlanan çakra
vasitəsilə kosmosdan enerji udur və bu gücü
bədənə ötürür.
Allah insanı 8 hissədən yaradır: torpaq dan
– bədəni; daşdan – sümükləri; dənizdən –
qanı; buluddan – düşüncəni; işıqdan – rəngi;
küləkdən – nəfəsi; oddan – istiliyi; günəşdən –
gözləri. Bu barədə qədim əlyazmalarda de ‐
yilir.
Çakralar efir və fiziki bədən arasında əsas
kontakt nöqtələri vasitəsilə kainatın günəş
enerjisi və «pranik» enerji (sanskrit sözü olub,
kainatın elementlərini birləşdirən günəş dən
gələn kosmik enerji (həyat enerjisi) anla mını
verir) ilə qidalandığımız ötürücülər he
sab
olunur.
Hindlilərin anlamına görə, çakralar «həyat
enerjisi çeviriciləri»dir.
Hal‐hazırda 7 çakranın mənası məlumdur,
lakin bəşəriyyətin ruhi (mənəvi) bərpasının
növbəti pilləsinə keçid ilə daha 5 çakra aşkar
olunacaq və inkişaf edəcək. Mikrokosmosun
və ya insanın bütün imkanlarının inkişafı qis ‐
mən günəş sistemi planetlərinin təsir gös tər ‐
diyi 12 çakranın inkişafı ilə bağlıdır.
60
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Çakralar insanın kamilləşdiyi zaman təd ‐
ricən açılmağa başlayır. Bəzi insanlar tez inki ‐
şaf edir, bəziləri tədricən, çakralar da müxtəlif
insanlarda müxtəlif yaş dövründə kəşf edilir
(adətən, təqribən 34 yaşınacan).
«Efir bədəni»ndə ardıcıl olaraq yerləşən
7 çakra endokrin vəziləri vasitəsilə bel sütu ‐
nunda həyat enerjisi yayır və insanda qan
dövra nını idarə edir. Hər çakranın mərkəzin ‐
dən saplaq çıxır və bel sütununa yönələrək
onunla əlaqələnir. Belə ki o, çakraları ən mühüm
enerji kanalına bağlayır – «Suşumna»ya, hansı
ki onurğa boyunca başa doğru yüksəlir.
Çakralar daimi fırlanma və vibrasiya vəziy ‐
yətində olur. Məhz bu fırlanma, istiqamətdən
asılı olaraq, enerjini cəzb edir və uzaqlaşdırır.
Çakralar saat əqrəbi istiqamətində və ya
əksinə fırlanır. Sağa doğru çevrilmə Yan (kişi)
anlamını verir. O, iradə gücü və fəaliyyət ifadə
edir. Daha az pozitiv mənası isə aqressivlik və
hakimiyyət yanğısıdır. Sola doğru çevrilmə İn
(qadın) anlamını verir. Qəbulluğu və itaətkar ‐
lığı simvolizə edir, daha az pozitiv mənası isə
zəiflikdir.
Çakralar onlara kainatdan, təbiətdən, səmavi
varlıqlardan, insanlardan və hə a əşyalardan
gələn enerjini özünə hopdurur. Hər bir çakra
fiziki bədəndə orqanizmdəki fiziki və emosi ‐
onal prosesləri tənzimləyən bir endokrin vəzi
kimi ifadə olunur.
Ali kosmik enerji çakralar vasitəsilə insa ‐
nın fiziki bədəninə doğru istiqamətlənir. Bu
enerji, həmçinin həyat enerjisi adlanır və həya ‐
tımızda fiziki, əqli, ruhi sağlamlığımızda müəy ‐
yən əhəmiyyətə malikdir.
Enerjinin çakralar vasitəsilə harmonik olaraq
bədənə keçə bilmədiyi vəziyyət yarandıqda və
ya çakralardan biri təcrid edildikdə (blok laş ‐
dırıldıqda), yaxud da hədsiz dərəcədə mey ‐
dana gəldikdə, bu, disbalansa gətirib çıxarır
ki, bu da həyatın bütün sferala rında, o cümlə ‐
dən orqanizmdə müvafiq endok rin vəzilərin
funskiyasının pozulması və maddələr müba ‐
diləsi balansının korlanma sında özünü gös ‐
tərir.
Fiziki bədəndə çakralar «radioötürücülər»
kimi fəaliyyət göstərir. Onlar fiziki bədənə
energetik bədənlərin yüksək tezliyinə təsir gös ‐
tərən yüksək, daha təmiz energiyadan cərəyan
ötürür və bununla yüksək tezliyi fiziki bədə ‐
nimizin istifadə edə biləcəyi formaya dəyişir.
Bütün kainat böyük əzəli bir qüvvə ilə
qurul muşdur. Bu qüvvə hər bir cismə, məxluqa
ona müvafiq həcmə görə və onlara psixoloji,
emosional, intellektual, ruhi nöqteyi‐nəzər
baxımından müvafiq olan tezliklə ötürülür.
Fəzada olan bu sonsuz enerji fiziki bədənlərə
keçərkən, onun gücü və qüdrətliliyi xeyli
azalmağa başlayır, beləliklə, bədənlər onu
canına çəkə bilər (bir halda ki, bədənlər bütün
əsas qüvvənin bir qisminə davam gətirə bilər).
İnsan bədəni kainat kimi müxtəlif qatlar ‐
dan ibarətdir – ruhi, emosional, intellektual və
əlbə ə, material. İnsan bədəni ilə «kosmosun
bədəni» arasında fərq dalğalarının uzunlu ‐
ğun da və tezliyindədir. Bir halda ki, insanlar
düşünmək qabiliyyətinə malikdir, onlar müva ‐
fiq şəkildə intellektual, intuitiv və emosional
səviyyədə müxtəlif energetik bədənlərə və
müxtəlif təbəqəli düşüncəyə köklənə bilirlər,
deməli, ilahi qüvvə nəinki xaricdə, həm də
daxilimizdədir. Təfəkkürü genişləndirmək üçün
müxtəlif üsullar: pozitiv düşünmə, istiqamət ‐
lən miş təxəyyül, meditasiya və başqaları buna
imkan yaradır.
Şüur – çox güclü bir silahdır. O, material
sfera, məsafə, zaman ilə məhdudlaşmayıb və
bizim çoxölçülü vücudumuz daxilində düşün ‐
cə nin müxtəlif təbəqələrinə görə dəyişə bilər.
Bu dəyişikliklər tez‐tez və sürətlə baş verə
bilər. Bu səbəbdən bədənin enerji mər kəz ləri
çox vacib rol oynayır. Nə zaman ki, çakralar ‐
dan birinə diqqət yönəlir, insan şüurlu və ya
şüursuz olaraq konkret həmin çakranın cavab ‐
deh olduğu hissə ilə bağlı olur. Prob
lemə
fikrini cəmləşdirmə onun həllinə imkan vermir,
əksinə. Problemlə əlaqəli düşüncə və emosi ‐
yaya daha çox enerji sərf olunduqca, o qədər
də problem böyüyür və şiddətlənir. Әksinə,
həmin çakranın tarazlaşmasına fikrini cəmlə ‐
mək müsbət nəticələrə gətirib çıxaracaq: çak ‐
ra nın tarazlaşmasına və çakranın qeyri‐kafi
işindən yaranan ümumi disbalansın (fiziki,
emosional və ruhi) korreksiyasına.
Hind və digər qədim mədəniyyətlərdə çak ‐
ra lara müəyyən rənglər, ünsürlər, işarələr və
xüsusiyyətlər şamil olunur.
61
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Məsələn, torpaq ünsürü cinsiyyət vəziləri
ilə, birinci çakra ilə, Mars planeti ilə, qırmızı
rənglə və yaqut daşı ilə əlaqələndirilir. Bu
elementlərin uyğunlaşdırılması metodikası
ümumi tarazlığın yaranmasına səbəb olur və
insana yaxşı təsir göstərir.
Çakralar sabit deyil, hərəkətlidirlər. Hərə ‐
kətli çakra – sağlam çakradır. Elə bir vəziyyət
yarana bilər ki, onların hərəkətliliyi zəifləyə
bilər, enerji lazımi formada ötürülə bilməz və
çakra təcridlənə (bloklaşdırıla) bilər. Bu, nadir
hadisə deyil. Belə tıxanma müxtəlif forma ‐
larda meydana gələ bilər, məsələn, ciddi travma,
yaxud daha artıq kiçik travmaların məcmusu.
Sağlam çakraların işini klapanın işinə
bənzətmək olar. O, lazım olduqda bağlanır və
açılır. Arzuolunmaz enerjini, yaxud mənfi
reaksiyanı o filtrasiya edir. O, uyğun və
düzgün enerji qarşısında açıla bilər.
Həmçinin müntəzəm narkotikdən və dər ‐
man preparatlarından istifadə, alkoqoldan və
tütündən sui‐istifadə, narkozdan müntəzəm
və uzunmüddətli istifadə də çakralara təsir
göstərə bilər. Yerli və ümumi anesteziyadan
sonra çakralara dərhal müalicə və harmoniza ‐
siya lazımdır. Bu hallarda çakralar açıq qala
bilər ki, nəticədə insan xarici təsirlərə qarşı
həssas və çox asılı qala bilər – yaxud da çak ‐
ralar tədricən bərkiyib bağlana bilər ki,
nəticədə insan müəyyən bacarıq və duyğuları
itirə bilər.
Bu cür halları müalicə və gül terapiyası ilə
(çakraların yaxşı reaksiya göstərdiyi) aradan
götürmək olar. Lakin çakralara əsas təsir özü ‐
nümüalicə vasitəsilə göstərilə bilər. Bu özü ‐
nümüalicəyə dərk etmə, seyr etmə (xüsusilə
güllər və hərəkət) daxildir.
Әsas çakralar
1. Muladhara (mūlādhāra,
मूलाधार – mūlā –
kök, əsas, adhāra – fundament, bazis, dayaq)
Energetik potensialın (kundalini) birinci
qırmızı rəngli çakrası, cinsi orqan yaxınlığında
aralıq nayihədə yerləşir. Әsas funksiyaları:
həyatı qorumaq instinkti, bütün növ aqres ‐
siyalar və mənfi reaksiyalar, sağ qalma, təhlü ‐
kəsizlik, sağlamlıq, cinsin davam etdirilməsi
instinkti, Kundalini energiyası başlanğıcı. Mu ‐
lad hara sağ qalmaya cavabdehdir. Həqiqi qorxu
hissi Kundalini enerjisini bu çakra səviyyə ‐
sində təcrid edir, yüksək təfəkkür mərkəz lə ‐
rinə yolunu bağlayır ki, bu da insanı sağ qal ma
instinkti də daxil olmaqla tam stupor vəziy ‐
yətə gətirir. Muladharanın inkişaf etdiril məsi
üçün nizam‐intizamlılıq, cəhdlik və punk tu al ‐
lıq kimi keyfiyyətləri özündə inkişaf etdirmək
lazımdır.
Fiziki bədəndə regenerativ proseslərə və
immun sisteminə cavab verir.
Orqanlar: yoğun bağırsaq, sidik kisəsi,
prostat vəzi, uşaqlıq, ayaqlar
Endokrin sistem: böyrəklər, böyrəküstü
vəzilər
Kristallar: yaqut, qranat, obsidian
Rəng: tünd‐qəhvəyi, qırmızı, boz, tünd‐
qırmızı, albalı
Ünsürlərlə assosiasiyası: torpaq
Müvafiq musiqi tonu: do
2. Svadhişthana (svādhi
ṣṭhāna, स्वाधिष्ठान–
sva – şəxsi, adhi
ṣṭhāna – məskən)
Әsas funksiyaları: emosiyalar, cinsi enerji,
həyatsevərlik, spontanlıq (qeyri‐iradilik), həvəs,
məmnuniyyət, Kundalini energiyası.
Çakra təxminən qasıq sümüyünün yuxarı
kənarında və göbək arasında yerləşir. Bu çakra
yemək, cinsi əlaqə, spirt və s. şəhvətli zövq
almaq motivləri ilə assosiasiya olunur. Mulad ‐
hara çakra səviyyəsində insan dünyada təhlü ‐
62
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
kə sizliyi barədə, mövcud olmanın ele men tar
rahatlığının yaradılması barədə narahat olduğu
halda, Svadhişthana səviyyəsində dünya və
onun içərisində hər şey onun tərəfindən bu və
ya digər maddi zövqün mənbəyi hesab olunur.
Svadhişthananın inkişaf etdirilməsi üçün mütləq
özündə təvazökarlıq, fiziki zövqlərdə təm ‐
kinlik, səbirlilik, fiziki bədənin gigiyenası, da ‐
nı şıq zamanı müxtə sərlik kimi keyfiyyətləri
inkişaf etdir mək lazımdır.
Digər mənbələrə görə, svadhişthana özündə
cinsi enerji axınının hərəkət etməsinə kömək
edən mərkəzi əks etdirir. Lakin cinsi funksiya
ilə yanaşı, bu çakra yaradıcılıq baxımından
özünü reallaşdırmaya, cinsi enerjinin yaradıcı
enerjiyə sərf olunmasına (çevrilməsinə) yönəl ‐
mişdir.
Fiziki bədəndə maddələr mübadiləsinin sürət ‐
liliyinə və «mayelərin» hərəkətinə cavab verir.
Orqanlar: cinsi, bətn kələfi, appendiks
Endokrin sistem: cins vəziləri
Kristallar: serdolik (əqiq), yantar (kəhrəba)
Rəng: narıncı, al, çəhrayı, yasəməni
Ünsürlərlə assosiasiyası: su
Müvafiq musiqi tonu: re
3. Manipura (ma
ṇipūra, मणिपूर – mani —
qiymətli şey; pur — şəhər)
Göbək nahiyəsinə aid olan hakimiyyət, zən ‐
ginlik, intellekt və iradə gücü ifadə edən çak ‐
radır. Qəbul olunmuşdur ki, Manipura fiziki
bədəndə günəş kələfinin olduğu nahiyədə
yerləşir.
Manipura çakranın ruhi təkamül səviy ‐
yəsində insanı həyatın mənası, onun ümumi
varlıq sxemində yeri kimi suallar maraq lan ‐
dırmağa başlayır. Tanta ənənələrində hesab
olunur ki, Kundalini bu çakraya çatdığı zaman
əsl ruhi təkamül başlayır. Manipura intellektə
cavab verir. Qəzəb hissi Kundalini enerjisini
bu çakra səviyyəsində bloklaşdırır və Kunda ‐
liniyə insanın ruhi mərkəzinə (ürək çakrasına)
çatmasına imkan vermir. Qəzəbi tanıması və
qəbul etməsi ilə insan Kundaliniyə şüurun
yüksək mərkəzinə keçməsinə şərait yaradır.
Acıq, qəzəb və hiddət bu mərkəzi bütün
mümkün olan gücü ilə aktivləşdirir ki, bu da
insanı affekt halına gətirə bilər.
Әsas funksiyaları: hakimiyyət, nəzarət,
azadlıq, karyera, əminlik, gözüaçıqlıq, ağıl
Fiziki bədəndə həzm sisteminə cavab verir.
Orqanlar: mədə, mədəaltı vəzi, öd kisəsi,
qaraciyər
Endokrin sistem: mədəaltı vəzi və qara ‐
ciyər
Kristallar: yantar (kəhrəba), sarı turmalin,
sitrin və topaz
Rəng: sarı
Ünsürlərlə assosiasiyası: od
Müvafiq musiqi tonu: mi
4. Anahata (anāhata,
अनाहत – toxunulmaz,
zərbə almayan, ilahi səs) Ürək nahiyədə yer ‐
ləşən sevgi çakrası.
Döş sümüyünün mərkəzində yerləşmişdir.
Anahatanın keyfiyyətləri: özünə əminlik, mərd ‐
lik, cəsarət, immunitet, antitellərin forma laş ‐
ması, sevgi, ürəkdə sevinc və rahatlıq, vəzifə
və xoşbəxtlik hissi ilə dolu həyat, qarşılıqlı
müna sibətlərin və öhdəlik lərin ideal normaları.
Әsas funksiyaları: sədaqət, sevgi, mər hə ‐
mət, empatiya, sevinc, mehribanlıq
63
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Fiziki bədəndə qan dövranı sisteminə cavab
verir.
Orqanlar: ürək, ağciyər, qan dövranı sistemi
Endokrin sistem: timus (çəngələbənzər vəzi)
Kristallar: avantürin, çəhrayı kvars
Rəng: yaşıl, firuzəyi, mavi
Ünsürlərlə assosiasiyası: hava
Müvafiq musiqi tonu: fa
5. Vişuddha (viśuddha,
विशुद्ध – təmiz lənmə)
— boğaz nahiyədə olan harmoniya çak rası.
Әsas funksiyaları: ünsiyyət, özünüifadə,
yaradıcı potensial, harmoniya, «həqiqətin
daxili səsi»
Vişuddha həqiqətə cavab verir, yalanla blok ‐
laşdırılır. Onu həmçinin iradə çakrası ad
‐
landırırlar. İnsan nə qədər çox düzgün danı şarsa,
bu çakra da o qədər inkişaf edər. Daxilən bu
çakra natamamlıq, günah, tərki‐dünyalıq,
aqressiya, üstünlük hissi ilə korlanır.
Fiziki bədəndə eşitmə və tənəffüsə cavab ‐
deh lik daşıyır.
Orqanlar: qırtlaq, qalxanvari vəzi, səs telləri,
ağciyərin yuxarı hissəsi
Endokrin sistem: qırtlaq, qalxanvari vəzi
Kristallar: selestin, akvamarin, xrizopraz
Rəng: indiqo
Ünsürlərlə assosiasiyası: efir
Müvafiq musiqi tonu: sol
6. Acna (ājñā,
आज्ञा) – əmr, komanda) –
qaşlar arasında yerləşən və şövqsüzlük və
fövqəltəbii bacarıqları bildirən (görücülük,
hipnoz) çakra
Әsas funksiyaları: intuisiya, əqli fəaliyyət,
ali təfəkkür səviyyəsi, ekstrasensor bacarıqlar
Acna qaşlararası mərkəzlə əlaqəlidir, onu,
adətən, xüsusi nadi – mahanadi köməyilə bhru ‐
madhya (bhru – qaşlar və madhya – mərkəz)
adlandırırlar. Bu iki mərkəz meditasiya təcrü ‐
bələrində olduqca vacib rol oynayır və əsas
etibarı ilə onları bir bütün – «üçüncü göz»
hesab etmək olar.
«Üçüncü göz»ün – Acna çakranın oyan ması
bir çox dini və psixoloji ənənələrdə son dərəcə
populyar motivdir və bu metodikalar müvafiq
ədəbiyyatlarda geniş təsvirini tapır. Xüsusilə
Buddanın heykəlini qaşarası mərkəz nahiyə ‐
sində qiymətli qaşla hazırlayırlar. Bu mərkəz
bir çox hindu tanrıları (və yalnız deyil) və
mifik qəhrəmanlarda qeyd olunur.
Acna çakranı (ümumiyyətlə, «üçüncü göz»ü
istənilən digər simvolizmdən asılı olmayaraq)
tez‐tez əzgiləbənzər vəzi (epifiz, pineal vəzi)
ilə – xüsusilə qaş mərkəzi qarşı sında beynin
böyük yarımkürələri arasında yerləşən noxud
ölçüsündə olan (insanda təqribən 8mm) vəzi
ilə əlaqələndirirlər. Әzgi ləbənzər vəzi tor qişa
ilə qanqli (əsəb düyünü) əlaqəsinə malikdir.
Müasir elmi təsəvvürlərə görə, o, sirkad ritm ‐
lərinin tənzimlənməsində iştirak edən mela to ‐
nin hormonunun ifrazına xidmət edir.
Rəng: ametist
Ünsürlərlə assosiasiyası: işıq
Müvafiq musiqi tonu: lya
7. Sahasrara (sahasrāra,
सहस्रार – min qat)
O, min ləçəkli lotos şəklində təsvir olunur.
Bu ləçəklərdə 50 hərfdən ibarət sanskrit əlif ‐
basının bütün mümkün artikulyasiyası vardır.
Lakin yəqin ki, bu, yalnız onun ləçək lə rinin
sonsuz sayda göstərilməsi üçün bir metafo ‐
radır. Lotosun içərisində özündə üçbu caq bir ‐
ləş
dirən bütöv Ay təsvir edilir. Sim
volik
olaraq, burada mənəvi təkamülün əsas məq ‐
64
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
sədi hesab olunan Şiva və Şaktinin qovuş ma ‐
sına nail olunur.
Әsas funksiyaları: kosmosla əlaqə, tam azad
olma, nirvana (buddizmdə)
Digər mənbələrə görə, ən yüksək vibra ‐
siyalı çakradır. Şüur bu çakraya kimi yük ‐
səldikdə, insanın fərdi «Mən»i ümumi şüurla
birləşir. Bu çakra sakitlik və firavanlıq saçır.
Fiziki bədəndə ağıla, ali psixi funksiyalara
nəzarət edir.
Çakrada olan problemlər bunları yaradır:
doqmatizm (ehkamçılıq), özünə ziyan, Allaha
şübhə etmə, Allaha qarşı yönəldilmiş fəaliyyət.
Endokrin sistem: epifiz
Kristallar: şəffaf almaz
Rəng: bənövşəyi
Ünsürlərlə assosiasiyası: metal
Müvafiq musiqi tonu: Si
Reyki`də (komplementar tibbin bir növü ‐
dür, burada «əllə toxunma ilə müalicə» adla ‐
nan texnikadan istifadə olunur. Profes si onal lar
tərəfindən «şərq təbabəti»nin bir növü kimi
təsnif edilir) hesab olunur ki, insanda 108
çakra vardır – 7 əsas və 101 kiçik.
Çakralar «elm güzgüsü»ndə
Bir çox ezoterik biliklərin fenomenlərini
müasir texnikanın köməyilə toxunub diaq noz ‐
laşdırmaq olar.
Avropa rasionallığını və şərq müdrikliyini
vahid bütöv sistemə birləşdirməyə bir neçə
dəfə cəhd göstərilmişdir. Bu mənada Kalifor ‐
niya İnsan Elmi İnstitutunun yaradıcısı, həkim
Hiroşi Motoyamanın təcrübələri maraq doğu ‐
rur. Dünya səviyyəli həkim kimi tanınan alim
özünün və ardıcıllarının qarşısına çətin tapşı ‐
rıq qoyur: Şərq və Qərb dini təcrübələrini vahid
harmonik sistemdə birləşdirmək. Bu tədqi ‐
qatları o, «Elm və şüurun təkamülü» adlı kita ‐
bında açıqlayır. Orada deyilir ki, alim elmi
me todların köməyilə insanın «zərif» bədəni
haqqında şərq nəzəriyyələrini tədqiq etmişdir.
İnsan quruluşunun qərb anatomik modeli bu
nəzəriyyələrlə müqayisə edilmişdir. Beləliklə,
enerji hallarının tədqiqi üçün sırf elmi
metodlardan istifadə edərək, Hiroşi Moto ‐
yama çox maraqlı nəticələrə gəlmişdir.
Öz təcrübələrində Hiroşi Motoyama eks ‐
periment yolu ilə insanda çakraların, meri ‐
dian ların və orqanların əlaqəsini tapmağa cəhd
göstərmişdir. Alim elmi olaraq enerji mərkəz ‐
lə
rinin mövcud olmasını sübut etməyə və
onları Avropa rasionallığı nöqteyi‐nəzə rindən
izah etməyə çalışmışdır. Tədqiqatın aparıl ma sı
üçün çakraların və meridianların vəziyyətini
göstərən iki cihaz yaradılır. Təcrübə zamanı
Motoyama çakraların sinir pleksusları (sinir
düyünləri kələfi) ilə bağlantı yerini aşkar edir.
Pleksuslar fiziki bədəndə çakra ların proyeksiyası
hesab olunur. Beləliklə, çakraya enerji‐infor ‐
mativ, yaxud vibrasiyalı təsir göstərərək,
master birbaşa insanın əsəb sisteminə təsir
edib neyroendokrin tənzimlə məyə təkan verir.
Alim sübut edə bilir ki, çakra lara yönəlmiş Şərq
dini təsəvvürlərinə əsas lanan təcrübələr müasir
Qərb təbabəti nəzərindən tam izah edilə bilər.
Hələ keçən əsrin 80‐ci illərində professor,
fizika‐riyaziyyat elmləri doktoru Eduard Qodik
təbiblərin və ekstrasenslərin fövqəltəbii baca ‐
rıq larını öyrənmişdir. Bu barədə onun «Ekstra ‐
senslərin sirri» kitabında məlumat verilir. Öz
laboratoriyasında təbiblərin çakralarının yer ‐
ləş diyi nahiyədə ultrazəif parıltının spontan
şəkildə artmasını qeydə almışdır.
Daha sonra Novosibirskdə akademik Vlail
Petroviç Kaznaçeyevin rəhbərliyi altında alim ‐
lərdən ibarət bir qrup aşkar edir ki, çakra nahi ‐
yəsində lazer şüası digər nahiyələrdə oldu ğundan
fərqli cür əks olunur. Həmçinin müəyyən olun ‐
muşdur ki, bu nahiyələrdə oksigenin sərf
edilməsi sürəti daha çoxdur. Bədənin enerji
strukturu kimi çakra fenomenini müasir elm
tədqiq və təsdiq edir.
Daha doğru desək, hind qurularının min
illik müddətdə bildiyi bir şeyi müasir insan
elmi‐texniki tərəqqinin hesabına görə və diaq ‐
nozlaşdıra bilər.
Nuranə ALVERDİYEVA,
NKPİ‐nin əməkdaşı
65
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Müasir Amerika filosoflarından olan Con
Sörl 1932‐ci ildə Kolorado ştatının Denver şəhə ‐
rində anadan olmuşdur. Oksfordda oxuduğu
1950‐ci illərdə məşhur analitik filosoflar olan
Con Oustin və Peter Frederik Stravsonun dərs ‐
lərində iştirak etmişdir. Hal‐hazırda da Kalifor ‐
niyada Berkli Universiteti Fəlsəfə kafedrasının
professorudur. 1960‐cı illərin ortalarında «azad
şəkildə danış hərəkatı» (free speech movement)
adlı məşhur tələbə etirazında iştirak etmiş ilk
professor olmuşdur. Zehin və dil fəlsəfəsində
apardığı tədqiqatlara görə Con Sörl 2000‐ci ildə
Jan Nikod və 2004‐cü ildə isə Amerika Milli
Humanizm mükafatına layiq görülmüşdür.
Con Sörl, əsasən, dil və zehin fəlsəfəsi sahə ‐
sində çox əhəmiyyətli tədqiqatlara imza atmış ‐
dır. Məhz bu yazıda təqdim etdiyimiz «Şüur və
Dil» əsəri də dil və zehin fəlsəfəsi sahəsində
Sörlün qələmə aldığı məqalələr toplusundan
ibarətdir. Kitab müasir elmi‐fəlsəfi arqumentlər
çərçivəsində şüur, mən düşüncəsi, ictimai qu ‐
rum lar, niyyət, səbəb və nəticə və s. mövzularını
dərindən izah edir. Con Sörl «Şüur və Dil» əsəri ‐
nin girişində analitik şəkildə fəlsəfəyə dair iki
sualını belə qoyur: «Mən» anlayışımızı təbiət
elmlərindən, xüsusilə fizika, kimya və biologi ‐
yadan əldə etdiyimiz dünya anlayışlarıyla necə
bir bütünlük içərisində və tutarlı şəkildə izah
edə bilərik?» və «Şüur bütövlükdə nədir və
dünya ilə necə münasibətdədir?»
Con Sörl XX əsrdə daha çox inkişaf edən
analitik dil fəlsəfəsinə sadiq qalaraq bu kimi
sualları cavablamadan əvvəl onun analiz edil ‐
mə sinin vacibliyini vurğulayır. Nümunə kimi
Sörl məşhur zehin‐bədən problemini bu mövzuda
misal gətirir. O bu sualın qoyuluş tərzini, hansı
əsas fikirlərə istinad edilərək ortaya atıldığını
analiz edir. Ona görə, nə qədər ki zehni struk ‐
turun fiziki strukturlardan ayrı bir ontologiyaya
malik olduğunu düşünən XVII əsr fəlsəfi termi ‐
nologiyasını qəbul etməyə davam edəcəyik,
problemin həlli çətinləşəcəkdir. Bütün daxili,
subyektiv və hissi xüsusiyyətləri ilə şüurun (eynilə
həzmin mədənin bir funksiyası olduğu kimi)
beyinin bir xüsusiyyəti olduğu başa düşüldükdə
problemin fəlsəfi həlli mümkün olacaqdır. Ancaq
şüurun beyində necə işlədiyi problemi də bun ‐
dan sonra izah edilməlidir.
Bu kontekstdə Sörl, Dekartla başlayan skeptik
dəlil və cavabını ciddiyə almanın vaxtının çoxdan
keçdiyini vurğulayır. Ona görə XVII əsrdən fərqli
olaraq müasir dövrdə biliyin güclü bir əsasa
dayan masını isbat etmək gülüncdür. Çünki müasir
intellektual‐fəlsəfi atmosferdə ən açıq şey budur
ki, bilik gündən‐günə dəyişir. Və biliyin varlığı
şübhəli deyildir.
Kitabdakı «şüur problemi», «şüurun elmi
şə kildə necə tədqiq olunacağı», «şüur», «heyvan
zehinləri» və «niyyət və təbiətdəki yeri» adlı ilk
beş yazı şüur və niyyət fenomenlərinin dün yanın
neçə funksiyaya malik olduğu və anla şılmasına
dair mövzuları əhatə edir.
Maraqlı cəhətlərdən biri də budur ki, Con Sörl
heyvan zehinlərindən bəhs edərkən heyvanların
da insanlar kimi ağrı və həzz qədər şüur, inanc və
arzularla birlikdə bir zehnə malik olduqlarını,
ancaq dildən məhrum olduqları üçün zehni quru ‐
luşlarının məhdud olduğu görüşünü müdafə edir.
Con Sörlə görə, beyindəki proseslər şüura səbəb
olur, ancaq səbəb olduqları şüur substansiya
(cövhər) və ya ayrı bir varlıq növü deyil. Şüur
sadəcə bütün sistemin daha yüksək mərtəbədəki
bir keyfiyyətidir.
Kitabda yer alan altıncı «Kollektiv niyyətlər
və davranışlar» yazısında Sörl fərd olaraq insa ‐
nın niyyətinin ictimai mühitlə əlaqəsini izah
edərək fərdi niyyətin, eyni zamanda sosial aspekt ‐
dən asılı olduğunu və ona təsir etdiyini vurğu ‐
layır. Yeddinci və səkkizinci yazılarında isə zeh nin
strukturu psixologiya və sosial elmlər kontekstində
tədqiq olunaraq niyyətin də, eyni zamanda ictimai
münasibətlərdə praktik və hermenevtik mahiy ‐
yətinə diqqət çəkilir.
Doqquzuncu və onuncu yazılarda Oustin və
Vitgenşteyn kimi filosofların inkişaf etdirdikləri
analitik dil fəlsəfəsinə dair maraqlı fikirlər
işlənir. Belə ki Con Sörl özünün məşhur əsəri
olan «Nitq Aktları» (Speech Acts) kitabına əsas ‐
lanaraq bu yazılarda «xəbərverici» (constative)
və «icraedici» (performative) cümlələr arasındakı
fərqi rədd etməkdədir. Burada qeyd olunmalıdır
ki, Qərb fəlsəfəsində «xəbərverici» (constative)
və «icraedici» (performative) cümlələrin 1950‐ci
illərdən etibarən kəşf olunması, pozitivist‐
fizikalist düşüncə tərzinin tərk olumasına səbəb
olmuşdur. Belə ki, A.J.Ayerin və bu cərəyana
Dostları ilə paylaş: |