Genomun ölçüləri
1980‐ci illərin sonunacan hesab olunurdu
ki, insan genomunda təqribən 100 000 gen
vardır. Layihə üzərində iş həqiqi sayı göstərdi
– 20 000–25 000, daha sadə quruluşlu bəzi
orqanizmlərdən daha az. Heyvanlarda ən
böyük məşhur genom böyük protopterə
məxsusdur, onda təqribən 130 milyard əsas ‐
lar cütü vardır.
46
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Növ
Genom,
saslar
cütü sayı
Genl rin sayı
Xromosomların
sayı
nsan (Homo
sapiens)
3.2 milyard
20 000-25 000
46
impanze (Pan
troglodytes)
2.8. milyard
20 000
48
n k (Bos taurus)
3 milyard
22 000
40
Ev siçanı (Mus
musculus)
2.6. milyard
25 000
40
Tez çoxalan siçan
(Drosophila
melanogaster)
137 milyon
13 600
8
Yumru qurd
Caenorhabditis
elegans
97 milyon
19 000
12
Escherichia coli
bakteriyası
4.6 milyon
32.00
1
Bioloq Con Salston (Təvəllüd: 1942)
Britaniya bioloqu 1980‐ci illərdən, hələ
avtomatlaşdırılmış texnologiyanın ixtirasın ‐
dan əvvəl genin sekvenləşdirilməsi üzərində
işləyir. Onun ən mühüm işi kiçik şəffaf qurd –
1 mm‐ə yaxın uzunluqlu Caenorhabditis ele‐
gans nematodunun genomunun açılmasıdır.
Heyvanların əksəriyyətindən fərqli olaraq, bu
növün bədəni qəti olaraq müəyyən sayda
hüceyrələrdən ibarətdir – yetkin erkəkdə
onların sayı 1031‐dir. Con Salston hər bir
hüceyrənin yumurtadan yetkinliyə qədər olan
yolunu izləmişdir. Bu «taleyin planı» göstərdi
ki, 10‐dan çox hüceyrə inkişaf prosesində
apoptoz mexanizmi üzrə planlaşdırılmış
şəkildə məhv olur. 2002‐ci ildə Salston Sidney
Brenner və Robert Horvits ilə birgə tibb
sahəsində Nobel mükafatı alırlar.
İnsan genomunun «deşifrəsi» xəstəlikləri
daha yaxşı anlamağa imkan verir.
Gen terapiyası
Gələcəkdə gen terapiyası müəyyən hücey ‐
rələrin genomunun dəyişdirilməsi üçün virus‐
lardan istifadə edə biləcək.
Xəritələşdirmə
İrsi xəstəliklər üzrə məlumatlar bazası
layihəsi üzrə araşdırmalara 2002‐ci ildə
başlanılmışdır. Bu «xəritə»də insanın haplo ‐
tip ləri (birnukleotidli polimorfizmlər ilə allel ‐
lər qrupu) əks olunacaq. Ümumi haplotipləri
bəzi xəstəliklərə cavab verən genlərin müəy yən
edilməsi üçün nişan kimi istifadə etmək olar.
Aktiv genlər
Hüceyrələr, onlar hansı genlərində aktiv
olduğuna görə fərqlənirlər. Aktiv gen ilə
kodlanmış zülalların identifikasiyası xərçəng
hüceyrələrinin müəyyən növlərini ayırd et məyə
kömək edəcək.
Genlərin xəritələşdirilməsi
Təqribən 2020‐ci ilə genlərin xəritələş diril ‐
məsi yeni doğulanlarda irsi pozuntular barədə
erkən xəbərdarlığı təmin edərək müali cəni
asanlaşdıracaq.
Hazırladı: Etibar ӘLİYEV
Məqalə «Science. The definitive Visual
guide» nəşrindən götürülmüşdür.
Elm tarixində müxtəlif elm sahələrinə
mənsub şəxslər arasındakı dialoqlar böyük re‐
zonansa səbəb olmuşdur. Bu dialoqlar elm
sahələri arasında inteqrativ əlaqələrin qurul ‐
masına və böyük elmi nəzəriyyələrin (grand
theories) meydana gəlməsinə şərait yaradır.
Jurnalın «Dialoq rubrikası hissəsində məşhur
fransız nevrobioloqu Jan Pier Şonjü ilə XX əsrin
məşhur filosoflarından olan Pol Rikörün dialoqu bu
baxımdan böyük əhəmiyyət kəsb edir.
Bu dialoqda təbiət elmləri ilə humanitar
elmlər arasındakı «iki mədəniyyət» mə u ‐
mu ilə də ifadə edilən klassikləşmiş əlaqə ‐
sizliyi açmağa cəhd edilir: beyinin strukturu
və işləməsi haqqında məlumat əldə etmək
özümüzə dair biliyimizə nə əlavə edə bilər?
Beynimizi tanımaq gündəlik həyatdakı təcrü ‐
bəmizə, dünya və «başqası» ilə olan münasi ‐
bə
timizə necə təsir edə bilər? Beyin ilə
düşüncə‐şüur arasında nə cür əlaqə vardır?
Estetik və mistik təcrübə nevro elmlərin
tədqiqat obyekti ola bilərmi? Təbiətə istinad
edən bir etika anlayışı mümkün və ya tələb
olunandırmı?
Jan Pier Şonjü: 1936‐cı ildə Fransada
anadan olmuşdur. Nevrobilogiya üzrə elmlər
doktorluğunu Paster İnstitutunda müdafiə
etmişdir. Burada Molekulyar Biologiya kafed ‐
rasının müdiri olan Nobel mükafatçısı, bi‐
oloq Jak Monodun kafedra sında işləmişdir.
1972‐ci ildə Molekulyar Nev
robiologiya
Kafedrasının müdiri və 1975‐ci ildə profes‐
sor olan Şonjü karyera sında altı yüzdən çox
elmi məqalənin müəllifidir və bir çox elmi
mükafat almışdır. Hal‐hazırda Paster İnsti‐
tutunda Molekulyar Nevrobiologiya Kafed ‐
ra
sının müdiri və Kollec de Fransda da
professor olaraq işləyir.
Pol Rikör: 1913‐cü ildə Fransada anadan
olmuşdur. Müasir dövrün məşhur filosof və
tarixçilərindən biri hesab olunur. İkinci Dünya
müharibəsi ərəfəsində Almaniyaya gedərək
Münxen Uversitetində Martin Haydigger və
Edmund Husserlə dair tədqiqatlar apardı.
Alman hökuməti tərəfindən agent likdə i i‐
ham edilərək müharibə illərini Pome
ranie
həbs düşərgəsində keçirdi. Azadlığa çıx ‐
dıqdan sonra dil fəlsəfəsi və psixoana lizdəki
müxtəlif interpretasiya təlimlərini feno me ‐
nologiya baxımından tədqiq etdi. Sarbonna,
Yale və Çikaqo kimi universi tet lər də dərs
47
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Dialoq
verdi. Etika, metafor, hermenev tika, Ziqmund
Freyd, Rudolf Bultman, Martin Haydigger və
Edmund Husserlə dair təd qiqat ları və fikir ‐
ləri XX əsr fəlsəfəsinə öz möhürünü vur ‐
muş dur. Pol Rikör 2005‐ci ildə vəfat et miş dir.
Vacib bir qarşılaşma:
Bilik və müdriklik
Jan Pier Şonjü: Siz hər kəsin tanıdığı və
heyran olduğu bir filosofsunuz. Mən isə bir
tədqiqatçıyam. Həyatım insanın sinir sis‐
teminin və xüsusilə beyninin işləmə mexa ‐
nizmlərinin nəzəri və təcrübi olaraq tədqiq
olunmasına həsr edilmişdir. Hər nə qədər
insan beynini ən mikroskopik struktur ların ‐
dan, yəni onu əmələ gətirən molekul lardan
hərəkətlə anlamağa çalışsam da, bu baxış
tərzi onun düşünmə, hiss və həyəcanlar,
bilmək qabiliyyəti və əxlaq duyğusu kimi ənə ‐
nəvi fəlsəfənin sahəsinə daxil olan ən yüksək
funksiyalarını anlama istəyini də kənarlaş ‐
dır
mır. Məhz mənim də daxil olduğum
molekulyar bioloqlar qarşısında ürküdücü
bir problem vardır: molekulların təşkil et‐
diyi bu elementar strukturlarla gözəlliyin
qavranması və ya elmi yaradıcılıq kimi
qarışıq və inteqrativ funksiyalar arasındakı
əlaqəni tapmaq. Kopernik, Darvin və Freyd ‐
dən sonra indi bizə Ruhun əldə olunması işi
qalır! Bu XXI əsr elminin qarşısında duran
ən təsirli və ürküdücü problemlərdən biridir.
Antik dövrdən etibarən fransız ənənə ‐
sinə görə, ruh (espirit) adı verilən mə uma
(anqlosakson müəlliflərin mind, yəni zehin
dediklərinin eyni mənalısı) dair tezislər
təqdim edən, müzakirələr aparan və arqu ‐
ment lər gətirən hər zaman filosoflar olmuş ‐
dur. Dolayısıyla burada hər birimiz əks
qütblərdən yola çıxaraq görünsək də, fəlsəfə
ilə nevrobiologiya arasındakı bu görüşü mən
məmnunluqla qarşılayıram. Sizin çalış mala ‐
rınıza böyük bir heyranlıq duyuram. Bəlkə
də, bu mənim səhvimdir, ancaq Fran sada
əxlaq və etik problemlərə dair bu qədər
dərin şəkildə fəlsəfi fikirləri inkişaf etdirmiş
müəllifə rast gələ bilmirəm. Nə üçün bir
48
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
ortaq məxrəcə gəlib yekdil bir ifadə tərzi
yaratmayaq? Bəlkə, bunu edə bilmərik.
Ancaq bu təşəbbüsün heç olmasa uyğunluq
nöqtələrini müəyyən etmək, daha da əhə ‐
miyyətlisi, qırılma nöqtələrini görmək və bir
gün istər‐istəməz doldurulması lazım olacaq
boşluqları aktuallaşdırmaq baxımın dan maraqlı
olacaqdır.
Pol Rikör: Dialoq ifadənizə müqabil, son
dərəcə ciddi bir əsər olan «L`Homme Neu‐
ronal» (Neyronal İnsan) adlı əsərin müəllifi
olaraq sizi mən də səmimiyyətlə salamla ‐
yıram. Bu təşəbbüsümüz, sözün əsl məna ‐
sın da, bir görüşmədir və ən başlıcası insan
feno menologiyası ilə əlaqədar olaraq ara ‐
mızdakı peşə xüsusiyyətlərindən, yəni biri ‐
mizin elm adamı, digərimizin filosof ol ma sından
yaranan baxış tərzlərindəki fərqliliyin varlı ‐
ğın dan qaynaqlanır. Ancaq eyni zamanda başqa
bir qaynağı da var: Başlanğıcda bu baxış tərzinin
fərqinə dair fikir ayrılıqlarını həll etməsək
belə, daha yüksək bir müzakirə səviyyəsinə
çatdırma istəyimiz ciddi səbəb və arqument ‐
ləri meydana gətirəcəkdir.
Öz çıxış nöqtəmi ifadə edim. Mən özümü
Avropa fəlsəfəsi daxilində müxtəlif cərəyan ‐
lardan, üç fərqli baxış tərzinə malik olan bir
cərəyana aid edirəm: Refleksiv fəlsəfə, feno ‐
menolojik fəlsəfə və hermenevtik fəlsəfə.
Birinci baxış tərzi refleksiv fəlsəfə, yəni insa ‐
nın malik olduğu düşünmə və hissetmə
gücünü, onu özünə başqalaşdıran bilik, təc ‐
rübə və hislərdə yenidən əldə etmə təşəb ‐
büsünü ifadə edir. Jan Nabert mənim də aid
olduğum cərəyanın bu ilk qolunun ən mühüm
təmsilçisidir.
İkinci baxış tərzi – fenomenologiya – «əşya ‐
ların özlərinə», yəni özünü ancaq mədəni,
fəlsəfi və dini tarixdən miras qalan mental
strukturlardan asılı olmayaraq təcrübəyə aid
olan şeyin ortaya çıxmasına çatmaq idealını
ifadə edir. Bu istək refleksiv düşüncənin əksinə
nəzəri, təcrübi və estetik yaşamın istiqamət ‐
lənmiş – niyyətlənmiş (intentionnel) tərəfini
vurğulayır. Bu baxış tərzinin ən mühüm müda ‐
fiəçisi ona adını verən Edmund Husserldir.
49
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Әvvəllər dini mətnlər, klassik ədəbi mətn ‐
lərə (filologiya) və hüquqi mətnlərə tətbiq
olunmuş olan hermenevtik metoddan miras
qalan üçüncü baxış tərzi insan təcrü bələrinin
«oxunması» adlandıraca ğı mız şeylə bağlı şərh ‐
lərin çoxluğunu vurğulayır. Bu üçüncü tərzli
fəlsəfə, başqa bütün növ fəlsəfənin ilkin təsəv ‐
vürlərdən asılı olma ması iddiasını araşdırır. Bu
üçüncü təmayülün başlıca ustad ları Diltey,
Haydigger və Qadamerdir.
Mən bundan sonra bu dialoqda üç baxış
tərzini də ifadə etmək üçün fenomenologiya
terminindən istifadə edəcəm.
Jan Pier Şonjü: Hələ tələbə ikən mole ‐
kulyar biologiya sahəsindəki inkişaf mənə
təsir etdi. Altmışıncı illərdən başlanan bu proyekt
hələ də uğurla davam edir. «Allosterik proteinlər»
adlandırılan molekul lardan bəziləri təyin ‐
edici xüsu siy yətlərə malikdir. Bu proteinlər
hüceyrənin yaşamasına şərait ya radır. Bun‐
lar, eyni zamanda hü ceyrənin xarici şəraitə
uyğun laşması üçün də aç‐bağla funk si ya sını
görən düy mələr (komu ta torlar) vəzifəsini də
yerinə yetirir. Hü cey rənin bu funk si yalarını
fiziki‐kimyəvi məf hum lar çərçivəsində anla‐
maq tədqiqat ənənəsinin yaranmasına səbəb
olmuşdur və mən də bura daxiləm. Bundan
başqa bu kamutatorlara bənzəyən sinir hücey ‐
rələri arasın
dakı əlaqəni yaradan kimyəvi
maddi reseptorlar «nevrotrans
mit
terlər»
(neurotransme eurs) mövcuddur. Beyni‐
mizin bütün funksiyaları, ən bəsitindən ən
mürəkkəbinə qədər bu molekul‐komuta
‐
torları işə salır və xarici dünya ilə birbaşa
əlaqə qurmağımıza imkan yaradır. Sinir hücey ‐
rələri arasındakı əlaqələr beyinin inkişaf
prosesi boyunca mərhələli olaraq qurulur və
yeni əmələ gələn orqanizm təcrübə və yanıl ‐
malara, yoxlama və sına malara, seç məyə
dayanaraq öz funk siyasını yerinə yetirir.
Qısası beyin deyincə hər şeyi ilə hazır və
vəzifəsini yerinə yetirə cək «genetik struktur»
deyil, ümumi genetik çərçivə daxilində bir
çox epigenetik ünsür lə rin arxa‐arxaya və iç‐
içə beyin toxumala rın da (neyron şəbəkə ‐
sində) yerlərini alması anlaşılmalıdır. Beyin
daxilində gedən inki şaf edici funksiyalar bi‐
oloji təkamül mərhə ləsində fiziki, ictimai və
mədəni ətrafla da əlaqə qurur. Beləcə təbii
olaraq bəşəri və humanitar elmlərlə biolo ‐
giya arasında son dərəcə məhsuldar müna ‐
sibət qurulur.
Az əvvəl qeyd etdiyiniz «Neyronal İnsan»
kitabım sayəsində anladım ki, molekuldan
ruhi funksiyalara qədər (psixiatriya) mövcud
məlumatları sistemləşdirmə təşəbbüsü, beyin
və funksiyalarına dair mənim layihələrimə
geriyə doğru güclü təsir etmişdir. Bu möv ‐
zuda Rene Tomun baxış tərzini mənim ‐
səyirəm. Ona görə bir modelləmə cəhdində
mühüm olan onun ontolojik hədəf sahəsidir,
yəni şeylərin və varlıqların əsas və köklərinə
dair təsəvvürlərimizə etdiyi və edəcəyi tə ‐
sirdir, başqa sözlə, altında yatan fəlsəfədir.
«Neyronal İnsan» kitabını yazarkən Spino ‐
zanın «Etika»sını və düşüncəsinin mahiyyə ‐
tini və qətiliyini kəşf etdim. Spinoza deyirdi:
«İnsanların hərəkətlərini və arzularını, xətlər,
səthlər və cisimlər kimi tədqiq edəcəm». Bir
«neyronal insan» necə əxlaqi subyekt ola
bilər? Bu gün sizinlə dialoq qurma istəyimin
də əsasında bu gizlənir.
Pol Rikör: Ağlıma Jorj Konqilem və Qastun
Başlyar gəlir. Konqilemin «Canlının Biliyi»
adlı əsəri mənim üçün bu dialoqda mühüm
mənbə olacaq. Konqilem filosof və bir həkim
kimi canlı varlığın öz ətrafını necə qur du ‐
50
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
ğunu, öz hərəkətində «canlılıq dəyərini» necə
əks etdirdiyini göstərir. Canlı təbiətdə fiziki
qanunlardan kənar normalar sistemi qurur.
Başlyara gəlincə, «Elmi Zehnin Yaranması» adlı
kitabında bu istiqamətdə epistemolojik qop ‐
manı izah edir.
Jan Pier Şonjü: Bundan başqa Karl Popper
ilə Con Ekles arasındakı dialoqu da bilirik.
Bunlardan biri filosof, digəri isə nevrobioloq
idi. Müştərək əsərləri «Öz və Beyni» (The Self
and its Brain) adını daşıyır.
Pol Rikör: İkisi birlikdə, anqlosakson la ‐
rın «mind» dediyi ruh və ya zehin fəl səfə ‐
sinə müvafiq səviyyələri iyerarxik ola raq ələ
alan bir fəlsəfə sistemi qurmağa cəhd etdilər.
Jan Pier Şonjü: Demək, əlimizdə bir
nevrobioloq və filosof arasında ən azından
yaxın tarixə aid bir dialoq vardır. Bizim bu
dialoqumuzda fəlsəfi mənada ən əsaslı sual
budur: Sinir sistemi və beyinə dair tədqi ‐
qatlardakı inkişaf bizi XVIII əsrdə Deyvid
Hyum tərəfindən «olan» (what is) ilə norma‐
tiv «olması vacib olan» (what ougt to be)
arasında, başqa sözlə desək, elmi biliklə etik
qaydalar arasında əsaslı fərqi yenidən araş ‐
dırmağa sövq etməzmi? Məsələn, müasir filo ‐
soflardan Habermas etik qaydaların, şüb hə siz,
həqiqət kateqoriyasına daxil oldu ğunu ifadə
edərək müzakirəni yenidən qızışdırmışdır.
Pol Rikör: Beyin haqqında bütün bildik ‐
lərim müəyyən növ biliklərdir. Ancaq başqa
növ biliklər də vardır. Bu sualın cavabına
dair sizinlə ixtilafa düşə bilərik: Beyin
qabığına (korteks) dair əldə etdiyimiz yeni
biliklər, əvvəldən bəri bədənin işləməsinə
dair yaşayaraq öyrənmiş olduqlarımı, xüsu ‐
silə həyəcanlar, hislər və bədənimə malik
olmağımla bağlı olan hər şeyi artırırmı?
Mənim tək bədənim var, başqa bədənlər isə
qarşımda durur.
Jan Pier Şonjü: Problemi çox yaxşı başa
düşürəm. İlkin olaraq sinir sistemi ilə əlaqə ‐
dar elmdə iki fərqli tədqiqat tərzi olduğuna
dair görüşdə sizinlə razıyam. Birinci metod,
beyinin anatomiya və morfologiyası, mik ‐
ros kopik quruluşu, sinir hüceyrələri və onla ‐
rın sinaptik əlaqələrini tədqiq edir. İkincisi
isə hal və mərhələləri, davranışları, duyğu
və həyəcanları, düşüncələr və ətraf mühitə
qarşı təsirləri tədqiq edir. Bu iki anlayış uzun
müddət bir‐birindən ayrı tutulmuşdur. Mənə
görə, fərdi müxtəliflik və dəyişkənliyə bax ‐
ma yaraq, biz insanların beyinlərinin bir‐birinə
uyğun gələn, hə a çox bənzəyən həyatla ‐
rından bəhs etmələri «başqaları» mə u munu
meydana gətirir. Bundan başqa özü müzə aid
psixoloji halları başqalarına da aid etmə ‐
yimiz, başqalarının da mənimkinə yaxın bir
həyatı olduğu mənasına gəlir. Ancaq yenə
də haqlısınız. Çünki sinir sisteminə dair elm ‐
lərdəki inkişaf hələ çox nöqsanlıdır.
Pol Rikör: Sualım da buradan meydana
gəlir: Beyin haqqında əldə etdiyim məlumat,
beynim ilə əlaqədar heç bir şey bilmədən
sadəcə bədənimin işləməsi ilə özüm haq ‐
qında əvvəldən bəri əldə etdiyim bilikləri
artırırmı? Burada «həyat» sözü açar sözdür
və iki mənaya gəlir. Birincisi, bioloqların gözü
ilə görünən həyat, ikincisi isə yaşanan həyat...
Jan Pier Şonjü: Aktual nöqtəyə işarə edir ‐
siniz: Beyin haqqında bilinənlər normal vərdiş
edilən təcrübi səviyyədə dəyişiklik lərə səbəb
olacaqdırmı? Cavabım fəlsəfəyə isti na dən
olacaqdır: «Ruhun qaranlıq gecə ləri olan
qorxuları dağıtmaq üçün günəşin işıq ları və
ya günün aydınlığı deyil, təbiətin ağıl ilə
tədqiq edilməsi vacibdir» – deyirdi Luk ‐
retius. Hələ o vaxtlar Spinoza belə ifadə
edir di: «İnsanlar davranışlarını müəyyən
edən səbəblərin deyil, yalnız hərəktlərinin
şüurunda olduqları üçün özlərini azad
hesab edərlər».
Pol Rikör: Bir şəkildə yaşanan da, bilinən
də eyni bədəndir. Yəni zehni və bədəni olan
da eyni insandır. Həm fenomenologiyanı,
həm də elmi aşacaq bir üçüncü ifadə tərzi
hər halda bu ontolojik eynilik əsasında
qurulacaqdır. Mövzunu belə ifadə edə bilə ‐
rəm: Beynim düşünmür (düşünən beynim
51
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
deyil), ancaq nə zaman düşünsəm, beynimdə
bu şeylər olur! Tanrını düşündüyümdə belə!
Jan Pier Şonjü: Beynimiz davamlı olaraq
hər şeyə məna verməklə məşğuldur. Məsə ‐
lən, baxışlarınızın mənə yönəldiyini görü ‐
rəm, bəlkə də, bir neçə saniyə sonra sizə
verəcəyim cavabı əvvəlcədən hazırlamağa
çalışıram. Sizin məna axtarışınızı anlamağa
cəhd edirəm.
Pol Rikör: Şüur özünü bilər (və ya bilməz,
şüurdan xaric problem də məhz budur).
Ancaq beyin qəti şəkildə və dəyişməz bir
bilik obyekti olaraq qalacaq, heç bir zaman
bədən sahəsinə aid olmayacaqdır. Düşüncə
mənasında beyin özünü «düşünməz». Ancaq
siz beyini düşünürsünüz.
Jan Pier Şonjü: Әlbə ə, ancaq düşüncə
də beyin olmadan özünü düşünə bilməz!
Beyin bir obyektdir, ancaq bütün hər şeyi
idarə edir və şəxsin öz bədənini qavra ma sı ‐
na və ona dair plan‐proqramlar qurmasına
imkan yaradır.
Pol Rikör: Dünya daxilində olan zehin
ilkin olaraq qlobaldır və işləyəndə bütövdən
hissəyə doğru, elmi prosedurda isə hər
zaman hissədən mürəkkəbliyə keçmək şək ‐
lində işləyir. Mən fenomenolojik platformada
qalaraq tənqid edirəm. Sizin neyronal mode ‐
linizin quruluşuna etirazım yoxdur. Әslində,
mənim sualım yaşanmış təcrübəmin də
labo ratoriya təcrübəsi mənasında təcrübə ilə
eyni biçimdə modelləşdirilib‐modelləşdiril ‐
mə yəcəyi, dünyadakı yerim, özüm, bədənim
və digər bədənlər haqqındakı anlayışımın
zərbə almadan modelləşdirilməyə müvafiq
olacağına aiddir.
Jan Pier Şonjü: Sizin bu modelləşdirməyə
baxış tərziniz, mənanın itməsi və «episte‐
molojik zərərə» səbəb olma görüşünüz məni
təəccübləndirdi. Belə ki humanitar‐sosial
elmlərdə Pol Rikörün bu sözünü tez‐tez təkrar
edirəm: «Daha yaxşı başa düşmək üçün daha
çox açıqlamaq». Bir model hər zaman nöq ‐
san lıdır, ancaq insana bilik sahəsində irəli ‐
ləmək üçün təkan verir. İtirilənə nisbətdə
qazanc daha yüksəkdir.
Pol Rikör: Təfəkkürün fiziki əsas olmadan
işlədiyinə heç bir zaman inanmadım. İnsan
ətraf mühiti sonradan dəyişdirmək üçün
ancaq lazım gələndə məlumat toplamaqla
kifayətlənməz. Daha başlanğıcdan onu şərh
edər, formalaşdırar. Husserlin nəşr olunma ‐
mış son yazılarında ifadə etdiyi kimi, insan
öz davranış hədəflərinə və məqsədinə çat‐
maq üçün özünün dünyasını qurar. Beyin–
sizin ifadənizlə – təşkil etdiyi proqramları
dünyada əks etdirmədən əvvəl dünya hazır ‐
lanıb‐tamamlanmış bir şey deyil. Daha əvvəl
təşkil olunduğu fərz olunan bir dünyanın
üzərinə beyinin əlavə bir şey əks etdirmə ‐
sindən deyil, yaşam dünyasının (Lebenswelt)
praqmatik olaraq qurulmasından söz açmaq
daha düzgün olardı.
Jan Pier Şonjü: Ancaq bizim məqsədimiz
beynimizin və onun funksiyalarının məlu ‐
matına əsasən imkan daxilində irəliləmək,
dünyaya dair təcrübələrimizin necə həyata
keçdiyini addımbaaddım və iyerarxik olaraq
daha yaxşı başa düşməyimizə imkan verəcək
modellər qurmaqdan başqa bir şey deyil.
Dostları ilə paylaş: |