110
Texnika
95
illiyi
Züleyxa Seyidməmmədova
1919-1999
MART
Züleyxa Həbib qızı Seyidməmmə-
dova 1919-cu il mart ayının 22-də
Bakı şəhərində, ziyalı ailəsində ana-
dan olmuşdur. O, 1935-ci ildə Bakı
aeroklubunu, 1936-cı ildə keçmiş
M.Əzizbəyov adına Azərbaycan
Sənaye İnstitutunu, 1941-ci ildə isə
N.Y.Jukovski adına Hərbi Hava Aka-
demiyasını bitirmişdir. İkinci Dünya
müharibəsində qırıcı təyyarəçi və qa-
dınlardan ibarət qırıcı aviasiya polku-
nun komandir müavini olmuş, 500-dən
artıq döyüş uçuşu keçirmişdir.
Təyyarəçilər aramsız uçuşlarla
düşmənin yerləşdiyi ərazilərdə ae-
rodromları, ordu hissələrini və tex-
nikanı bombalayıb məhv etməklə
qələbəni təmin etmişdilər. O, 1946-
1952-cı illərdə komsomol və partiya
komitələrində məsul vəzifələrdə ça-
lışmış, 1952-1975-ci illərdə keçmiş
Azərbaycan SSR-in İctimai Təminat
naziri olmuşdur.
Züleyxa Seyidməmmədova göstər-
diyi misilsiz xidmətlərinə görə Le-
nin ordeni, 2-ci dərəcəli “Vətən
müharibəsi”, 2 “Qırmızı Əmək Bayra-
ğı” və 2 “Şərəf nişanı” ordenləri və bir
çox medallarla təltif edilmişdir. 1975-
ci ildən Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyəti
Rəyasət Heyəti sədrinin müavini
işləmiş, Azərbaycan SSR Ali Soveti-
nin deputatı olmuşdur.
Dostları ilə paylaş: