Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə136/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   132   133   134   135   136   137   138   139   ...   507
Ə d ə b i y y a t

Əsərləri [Mətn] /M.T.Sidqi; 

red. Ə.Qədimov; topl., 

tərt. ed. və müqəd. müəl. 

İ.Həbibbəyli.- Bakı: Çaşıoğ-

lu, 2004.- 280 s.

Seçilmiş pedaqoji əsərləri 

[Mətn] /M.T.Sidqi; tərt. ed. 

M.Abbasov; [red.: Y.Talıbov, 

İ.Mollayev].-Bakı: Maarif, 

1967.- 83 s.

Məktəb hekayətləri [Mətn] 

/M.T.Sidqi; topl., tərt. ed. və 

ön söz. müəl. İ.Həbibbəyli; 

red.: Şirindil, T.Kərimli.- 

Bakı: Sabah, 1996.- 48 s.

Qədimov, Ə. Məhəmməd 

Tağı Sidqinin həyatı və 

yaradıcılığı [Mətn]: mo-

noqrafiya /Ə.Qədimov; elmi 

red. İ.Həbibbəyli.- Bakı: 

Çaşıoğlu, 2004.- 152 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.shexsiyyetler.nakhchi-

van.az

www.science.az

22

Maarif xadimi 


106

Kimya.Biologiya.Tibb

Əbdül Qasımov

1929-2005

MART

Əbdül  Hüseynəli  oğlu  Qasımov 

1929-cu il mart ayının 5-də Lənkəran 

rayonu  Kənarmeşə  kəndində  anadan 

olmuşdur. 1946-cı ildə həmin rayonun 

Xolmili  kənd  orta  məktəbini  bitirmiş 

və  1946-1950-ci  illərdə  Azərbaycan 

Pedaqoji İnstitutunda təhsil almışdır.

Azərbaycan 

Pedaqoji 

İnstitu-

tunun  tələbəsi  kimi  öz  diplom  işi-

ni  Azərbaycanın  Lənkəran  rayonu 

su  hövzələrinin  iynəcə  sürfələrinin 

tədqiqinə  həsr  etmişdir.  1950-ci  ildə 

Pedaqoji  İnstitutu  bitirərək  elə  həmin 

il Azərbaycan SSR EA Zoologiya İns-

titutunda  aspiranturaya  daxil  olmuş, 

Leninqrada  (indiki  Sankt-Peterburq), 

SSRİ  EA  Zoologiya  İnstitutuna 

göndərilmişdir.  1954-cü  ilin  oktyabr 

ayında  Ə.H.Qasımov  namizədlik  dis-

sertasiyasını müdafiə etmişdir.

1954-cü  ildə  Azərbaycan  SSR  EA 

Zoologiya  İnstitutunun  hidrobiologi-

ya  laboratoriyasında  kiçik  elmi  işçi 

vəzifəsində  müstəqil  elmi  fəaliyyətə 

-  Mingəçevir  su  anbarının  dib 

orqanizmlərini öyrənməyə başlamışdır. 

1956-cı  ildən  institutda  baş  elmi  işçi 

vəzifəsinə seçilmiş və elə o vaxtdan o, 

Azərbaycanın  yüksək  dağlıq  zonasın-

dakı gölləri, Kür çayının aşağı axarını 

və bir sıra başqa su hövzələrinin fauna-

larının tədqiqi ilə məşğul olmuşdur. 

Ə.H.Qasımov    Polşa,    ABŞ,  Ya-

poniya,  Yunanıstanda  və  b.  ölkələrdə 

keçirilən  beynəlxalq  konfranslarda  və 

digər elmi tədbirlərdə məruzələrlə ça-

xış etmişdir. Onun bir sıra elmi işi xa-

rici ölkələrin mötəbər elmi nəşrlərində 

işıq  üzü  görmüşdür.  1963-cü  ildə 

M.V.Lomonosov  adına  MDU-nun 

elmi şurasında doktorluq dissertasiyası 

müdafiə etmiş, 1969-cu ildə SSRİ Ali 

Attestasiya Komissiyası ona professor 

elmi  adını  vermişdir.  XX  əsrin  70-ci 

illərinə  qədər  apardığı  tədqiqatların 

nəticələri “Aşağı Kürün və Mingəçevir 

su  anbarının  hidrofaunası”  (1965)  və 

“Qafqazın  şirin  su  faunası”  (1972) 

monoqrafiyaları  və  Azərbaycan  fa-

unası  seriyasından  olan  iki  monoq-

rafiyada  “Xərçəngkimilər”  (1976) 

və  “Rotatorilər”  (1984)  kitablarında 

öz  əksini  tapmışdır.  Ə.H.Qasımov 

tərəfindən  1988-2005-ci  dövrü  üçün 

Azərbaycanın  şirin  su  tutarlarında 

balıqçılıq  təsərrüfatlarının  inkişa-

fı  sxemi  və  eləcə  də  Azərbaycanda 

2005-ci  ilə  qədərki  dövrdə  süni  göl-

balıqçılıq  təsərrüfatlarının  respublika-

da yerləşməsi və inkişafı xəritəsi tərtib 

edilmişdir.

Ə.H.Qasımov  362  elmi  işin,  o 

cümlədən,  21  monoqrafiya,  16  elmi-

kütləvi kitabın müəllifidir. O, həmçinin 

“Xəzər  gölünün  ekologiyası”  (1994), 

“Neft  və  Xəzər  dənizinin  bioloji  eh-

tiyatları”  (2001)  və  başqa  kitabların 

da  müəllifidir.  Son  əsəri  2004-cü  ildə 

üç  dildə  - Azərbaycan,  ingilis  və  rus 

dillərində nəşr olunmuş “Xəzər dənizi 

planktonunun ekologiyası” kitabıdır. 

Görkəmli alim, Əməkdar elm xadi-

mi Əbdül Qasımov 2005-ci ildə vəfat 

etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin