Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə139/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   135   136   137   138   139   140   141   142   ...   507
Ə d ə b i y y a t

Neft yağlarının is-

tehsalı proseslərinin 

nəzəri əsasları [Mətn] 

/F.Səmədova; red. 

M.Rüstəmov; AEA, 

Y.Məmmədəliyev adına 

Neft-Kimya Prosesləri 

İnstitutu.- Bakı: Elm, 

1992.- 180 s.

Азербайджанские 

нефти новых 

месторождений и 

их гетероатомные 

соединения [Текст] 

/Ф.Самедова; 

НАНА Ин-т 

Нефтехимических 

Процессов им. ак. 

Ю.Г.Мамедалиева.-

Баку: Элм, 2009.- 323 с.

Нефти Азербайджана 

[Текст]:свойства и 

состав /Ф.Самедова.- 

Баку: Элм, 2011.- 410, 

[2] с.

Технология получения 

низкозастывающих 

масел [Текст] 

/Ф.Самедова, 

А.Касумова.- Баку: 

Элм, 2010.-263с.

www.  az.wikipedia.org

www. dspace.khazar.org

www.hisaxanli.org

29

Kimyaçı alim

85 

illiyi


109

Texnika

80 

illiyi

Yuri Qaqarin

1934-1968

MART

Yuri Alekseyeviç Qaqarin 1934-cü 

il  mart  ayının  9-da  Rusiyanın  Smo-

lensk  vilayətinin  Qоatski  rayonunun 

Kluşino  kəndində  kolxozçu  ailəsində 

anadan olmuşdur. 

Doğma  kəndində  natamam  orta 

məktəbi bitirdikdən sonra 1951-ci ildə 

Lyubertsi  şəhərində  sənət  məktəbinə 

daxil  olmuşdur.  Sənət  məktəbini 

bitirdikdən sonra Saratov Sənaye Tex-

nikumuna  daxil  olmuş,  texnikumda 

təhsilini  davam  etdirməklə  bərabər 

Saratov  aeroklubuna  kursant  qəbul 

edilmişdir.  Qaqarin  kosmosa  doğru 

ilk addımını məhz Saratovda atmışdır. 

1955-ci  ildə  təhsilini  əla  qiymətlərlə 

başa  vuraraq  Yak-18  təyyarəsində 

ilk  dəfə  sərbəst  uçuş  etmişdir.  Qısa 

müddətdə 196 dəfə havaya qalxmış və 

42 saat 23 dəqiqə uçuş keçmişdir. Elə 

həmin ilin payızında hərbi xidmətə ça-

ğırılmış və Orenburqda xidmət etməyə 

başlamışdır.  Təyyarəni  sərbəst  idarə 

edə bildiyi üçün Qaqarini Orenburqda-

kı Hərbi Aviasiya Məktəbinə oxumağa 

göndərmişlər.

1957-ci  ildə  Çkalov  adına  hərbi-

aviasiya  məktəbini,  1968-ci  ildə  isə 

N.Y.Jukovski  adına  Moskva  Hərbi-

Hava Mühəndisləri Akademiyasını bi-

tirmişdir.  1957-ci  ildən  Qırmızı  Bay-

raqlı  Şimal  Donanmasının  aviasiya 

hissələrinin  birində  qırıcı-təyyarəçi 

kimi xidmət etməyə başlayan Qaqari-

ni 1960-cı ildə kosmonavtlar dəstəsinə 

qəbul  etmişlər.  Dünyada  ilk  kosmo-

navt kimi Yuri Qaqarin 1961-ci il ap-

rel  ayının  12-də  “Vostok”  gəmisində 

kosmosa  uçmuş,  yer  ətrafında  1  saat 

48 dəqiqə dövr edib geri qayıtmışdır. 

1961-ci  il  aprel  ayının  14-də  “Sovet 

İttifaqı Qəhrəmanı” adına layiq görül-

müşdür.


SSRİ-nin ilk təyyarəçi-kosmonavtı, 

polkovnik,  Sovet  İttifaqı  Qəhrəmanı 

Qaqarin  Yuri  Alekseyeviç  1968-ci 

il  mart  ayının  27-də  təyyarədə  təlim 

uçuşu  zamanı  qəza  nəticəsində  həlak 

olmuşdur.  Sınaq  uçuşu  20  dəqiqə 

nəzərdə tutulmuşdu, lakin havaya qalx-

dıqdan 10 dəqiqə sonra Yuri Qaqarin 

yerə enmək üçün icazə istəmiş və bun-

dan sonra təyyarə ilə əlaqə kəsilmişdi. 

Əvvəlcə,  bunu  heç  kəs  faciə  kimi 

qiymətləndirmək istəməmiş, lakin bir 

müddətdən sonra həyəcan siqnalı ve-

rilmiş  və  itən  təyyarənin  axtarışına 

başlanmışdı.  Yalnız  3  saatlıq  axtarış-

dan sonra təyyarənin qalıqlarını uçuş-

sınaq  mərkəzindən  85  kilometr  aralı, 

Novoselovo kəndi ətrafında tapmışlar. 

Yuri Qaqarin Moskvada Kreml di-

varında dəfn olunmuşdur.

Vəfatından sonra Qaqarinin xatirəsi 

əbədiləşdirilmiş, Qjatsk rayonu Qaqa-

rin adlandırılmış, Moskvada və SSRİ-

nin hər yerində onun adına küçələr və 

parklar salınmışdır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin