107
Kimya.Biologiya.Tibb
80
illiyi
Amaliya Əyyubova
1934
MART
Amaliya Abdulla qızı Əyyubova
1934-cü il mart ayının 26-da Qazax
rayonunun Dağ Kəsəmən kəndində
anadan olmuşdur. O, 1957-ci ildə
Azərbaycan Tibb Universitetinin Pedi-
atriya fakültəsini bitirmişdir. 1963-cü
ildən Tibb İnstitutunda hospital pediat-
riya kafedrasında klinik ordinator, baş
laborant, assistent, dosent, professor
və 1989-cu ildən “II Uşaq xəstəlikləri”
kafedrasında müdir vəzifəsində çalış-
mışdır. 1968-ci ildə namizədlik disser-
tasiyasını, 1981-ci ildə doktorluq disser-
tasiyasını Moskva şəhərində Akademik
Elmi-Tədqiqat Pediatriya institutunda
müdafiə etmişdir. 1983-cü ildə professor
adına layiq görülmüşdür. Azərbaycanda
ilk dəfə olaraq allergiya xəstəliklərinin
yayılması, onun strukturu, kliniki for-
malarının müalicəsi və profilaktikası-
nı tədqiq etmişdir. 360-dan artıq elmi
məqalə, 5 dərslik, monoqrafıyalar, dərs
vəsaiti, səmərələşdirici ixtiraların və s.
müəllifidir.
A.A.Əyyubova 30 ildən artıqdır ki,
Universitet Tələbə Elmi Cəmiyyətinin
elmi rəhbəri, pediatriya üzrə Tsiklik Me-
todik Komissiyanın sədri, Azərbaycan
Tibb Universitetinin Mərkəzi Tsiklik
şurasının üzvü, Azərbaycan Allerqoloq,
İmmunoloq və İmmunoreabilitoloqlar
Elmi Cəmiyyətinin Prezidenti, MDB-
ölkələrinin Allerqoloq, İmmunoloq və
İmmunoreabilitoloqlar Cəmiyyətinin
vitse prezidenti, Beynəlxalq “İN-
TERASTMA” cəmiyyətinin rəyasət
heyətinin üzvü, Moskvada nəşr olu-
nan “Клиническая иммунология и
аллергология” və “Astma”, “Metabo-
lizm”, “Sağlam ol”, “Oftalmologiya”
jurnallarının redaksiya heyətinin üzvü,
“Tibb” jurnalının redaksiya şurası-
nın üzvü, bir sıra elmi şuraların üzvü,
Azərbaycan Prezidenti yanında Ali At-
testasiya komissiyasının dəfələrlə tibb
üzrə ekspertı olmuşdur.
Bir sıra xarici ölkələrdə (İsveç, Fran-
sa, Hollandiya, ABŞ, Belçika, İran,
İsrail, İspaniya, Misir, Portuqaliya,
Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüs-
tan, Braziliya (Rio-de Janeyro), BƏƏ
(Dubay), Sinqapur) elmi məruzələrlə çı-
xış etmişdir. 2008-ci ildə Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər Aka-
demiyasının üzvü seçilmiş və “Ulusla-
rarası Altın Yıldız” medalına, 2008-ci
ildə professor “WAO Member in Good
Standing” fəxri adına, 2009-cu ildə
tibbdə böyük xidmətlərinə görə BMT-
nin I dərəcəli “Hippokrat” ordeninə,
tibb elmi sahəsindəki xidmətlərinə görə
2009-cu ildə “İlin Bilim Adamı” adına
layiq görülmüş, həmçinin, Avropanın
Təbii Elmlər üzrə Akademiyasına (Eu-
ropaische Akademie der Naturwissens-
cnaften) üzv seçilmişdir. 2000-ci ildə
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüş, 2010-cu ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən
“Qabaqcıl təhsil işçisi” nişanı ilə təltif
olunmuşdur.
Dostları ilə paylaş: