Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə134/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   130   131   132   133   134   135   136   137   ...   507
40 

illiyi

Milli Qəhrəmanlar

29

MART


104

Ə d ə b i y y a t 

Akademiyada region-

ların sosial-iqtisadi in-

kişaf problemləri üzrə 

tədqiqatların ümümi qısa 

tarixi səlnaməsi [Mətn] 

/A.Nadirov; red. Ə.Nuriyev.- 

Bakı: Elm, 2010.- 127 s.

Həyat insanlara xidmət 

edəndə və onlara səmimi 

olanda daha mənalı 

və cəlbedicidir [Mətn] 

/A.Nadirov; red. T. Kərimli.- 

Bakı: Elm, 2011.-347 s.

Müstəqil Azərbaycan iqtisa-

diyyatının inkişaf məsələləri 

[Mətn] /A.Nadirov.- Bakı: 

Elm, 2001.- 454 s.

Naxçıvanın iqtisadiyyatı XX 

əsrdə [Mətn] /A.Nadirov, 

Ə.X.Nuriyev, Ş.M.Muradov; 

red. F.Maqsudov.- Bakı: Elm, 

2000.- 104 s.

Asəf Abbasqulu oğlu Nadirov 

[Mətn]: biblioqrafiya /tərt. 

Ş.İslamova; red. A.Əliyeva-

Kəngərli, İ.Şəfərov.- Bakı: 

Elm, 2005.- 227 s.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

Akademik

Asəf Nadirov

1929  

Asəf Abbasqulu oğlu Nadirov 1929 

-cu  il  (bəzi  mənbələrdə  1930)  mart 

ayının  13-də  Naxçıvan  Muxtar  Res-

publikasının  Şərur  rayonunda  anadan 

olmuşdur.  İlk  təhsilini  1936-cı  ildə 

doğma kəndində almış və 1946-cı ildə 

Yengicə  kənd  orta  məktəbini  bitirib 

Azərbaycan  Dövlət  Universitetinin 

geoloji-coğrafiya fakültəsinə daxil ol-

muşdur.  1951-ci  ildə  universiteti  əla 

qiymətlərlə bitirərək coğrafiya kafed-

rasında  assistent  vəzifəsində  saxlan-

mışdır.  Azərbaycan  SSR  Ali  Soveti 

Rəyasət  Heyəti  yanında  Respublika 

inzibati-ərazi bölgüsü üzrə məsləhətçi 

kimi məsul vəzifəyə irəli çəkilmiş və 

iki  ilə  yaxın  bu  vəzifədə  çalışmışdır. 

1952-ci  ildə Azərbaycan  SSR  Elmlər 

Akademiyası  Coğrafiya  İnstitutunun 

aspiranturasına daxil olmuş və təhsilini 

davam  etdirmək  üçün  1953-cü  ildə 

Moskva şəhərinə - SSRİ Elmlər Aka-

demiyasına ezam olunmuşdur. Dünya 

şöhrətli alimlərin çalışdığı bu elm oca-

ğında Asəf Nadirov böyük elmi məktəb 

keçmiş və 1956-cı ildə elmlər namizədi 

alimlik dərəcəsi almışdır. 1957-ci ildə 

Elmlər  Akademiyasının  İqtisadiyyat 

bölməsinə  (1958-ci  ilin  may  ayın-

dan  İqtisadiyyat  İnstitutu)  kiçik  elmi 

işçi  vəzifəsinə  keçmiş,  burada  elmi 

fəaliyyətə başlamışdır. Hazırda bu ins-

titutun Regional iqtisadiyyat şöbəsində 

yerinə  yetirilən  elmi  tədqiqat  işlərinə 

bilavasitə elmi rəhbərlik edir və bura-

da fəal elmi tədqiqat işləri aparır. 

O,  1958-1992-ci  illərdə  (34  il) 

Azərbaycan  EA  İqtisadiyyat  İnsti-

tutunda  şöbə  müdiri,  eyni  zamanda 

1964-1981-ci  illərdə  həmin  institutda 

elmi hissə üzrə direktor müavini, 1981-

ci  ildən  1998-ci  ilədək  Azərbaycan 

EA  Rəyasət  Heyətində  baş  elmi  ka-

tib,  1990-1998-ci  illərdə  akademi-

yanın  akademik-katibi  vəzifələrində 

işləmişdir.  Azərbaycan  EA  İqtisa-

diyyat  İnstitutu  nəzdində  yaradılmış, 

vaxtilə  respublikada  yeganə  ixtisas-

laşmış  müdafiə  şurasının  1980-1989-

cu illərdə sədr müavini, 1990-1998-ci 

illərdə isə sədri olmuşdur. A.A.Nadirov 

1966-1981-ci  illərdə  “Azərbaycan 

SSR  Elmlər  Akademiyası  Xəbərləri 

“İqtisadiyyat” seriyasının baş redaktor 

müavini, 1981-ci ildən həmin jurnalın 

baş redaktoru vəzifəsində çalışır.

Akademik  Asəf  Nadirov  40  ilə 

yaxındır  ki,  Azərbaycan  Dövlət 

Universitetində  (hazırda  Bakı  Dövlət 

Universiteti),  son  illərdə  habelə  baş-

qa  ali  məktəblərdə  müxtəlif  iqtisadi 

fənlərdən mühazirələr oxuyur. 

Asəf  Nadirovun  əməyi  dövlətimiz 

tərəfindən  yüksək qiymətləndirilmişdir. 

O,  bir  çox  orden  və  medallara,  fəxri 

fərmanlara  layiq  görülmüşdür.  2004-

cü  ildə  Azərbaycann  Respublikası-

nın  “Şöhrət”  ordeni  ilə  təltif  edilmiş, 

Y.Məmmədəliyev  mükafatı  laureatı 

olmuş,  “Əməkdar  elm  xadimi”  fəxri 

adına layiq görülmüşdür.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin