108
Kimya.Biologiya.Tibb
Fəzilə Səmədova
1929
MART
Fəzilə İbrahim qızı Səmədova 1929-
cu il mart ayının 29-da Şamaxı şəhərində
ziyalı ailəsində anadan olmuşdur. 1946-
cı ildə orta məktəbi bitirib keçmiş
M.Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutunun kimyaçı-texnoloq mühəndisi
fakültəsinə qəbul olunmuşdur.
1956-1960-cı illərdə həmin institutda
assistent, dosent olmuş, 1988-ci ildə pro-
fessor adı almışdır.
1970-1977-ci illərdə SSRİ Neft-
Kimya Nazirliyinin Rəhbər İşçilərinin
Təkmilləşdirmə İnstitutunun Bakı filia-
lında müəllim işləmişdir. 1991-ci ildən
SSRİ Neft Kimya Sənayesi Nazirliyi-
nin Dövlət Elm və Texnika Komitəsinin
Əlaqələndirici Şurasının üzvü, 1977-
1992-ci illərdə AMEA-nın Aşqarlar Kim-
yası İnstitutunun Dissertasiya Şurasının
üzvü, 1994-1996-cı illərdə Neft-Kimya
Problemləri İnstitutu (NKPİ) nəzdində
02.00.13 “Neft kimyası” və 05.17.07
“Yanacaq və qazın kimyəvi texnologi-
yası” ixtisasları üzrə D.01.031 Disser-
tasiyaların müdafiəsi üzrə Şuranın sədri
və üzvü, NKPİ-nin Elmi Şurasının üzvü,
“Azərbaycan Neft Təsərrüfatı”, “Neft
kimyası və neft emalı prosesləri” jur-
nallarının redaksiya heyətinin üzvü ol-
muşdur. Görkəmli alimin 350 elmi əsəri,
9 kitabı çap olunmuşdur. 53 müəlliflik
şəhadətnaməsinin
və
patentlərin
müəllifidir.
Görkəmli alim kadr hazırlığı ilə də
məşğul olmuş 12 elmlər namizədi, 3
elmlər doktoru yetirmişdir.
Tədqiqat sahəsi Azərbaycanın yeni
yataqlarından çıxarılan neftlərin tərkib
və xassələrinin öyrənilməsi, onların
səmərəli emalı haqqında tövsiyələrin
verilməsi, onlardan yüksək keyfiyyətli
baza yağlarının alınmasını təmin edən
texnologiyaların işlənib hazırlanması və
bu tədqiqatların bir hissəsinin istehsalata
tətbiq edilməsi olmuşdur.
Azərbaycan elminin inkişafında-
kı xidmətlərinə görə Fəzilə Səmədova
fəxri adlarla, orden və medallarla, fəxri
fərmanlarla təltif edilmişdir. 1970-ci ildə
“Rəşadətli əməyə görə” medalı, 1980-ci
ildə “Əməkdə fərqlənməyə görə” me-
dalı, 1991-ci ildə “Əməkdar elm xadi-
mi” fəxri adı, 1996-cı ildə Akademik
Y.H.Məmmədəliyev adına medal, 2004-
cü ildə Azərbaycan Respublikasının
“Şöhrət ordeni”, 2005-ci ildə Ümumdün-
ya Ədlimülkiyyət Təşkilatının (ƏMT)
mükafatı, 2005-ci ildə ARDNŞ-in fəxri
fərmanı, 2011-ci ildə “Avropanın fəxri
alimi” diplomu ilə təltif olunmuşdur.
1995-ci ildən Nyu-York Elmlər Akade-
miyasının həqiqi üzvü olmuşdur.
Fəzilə İbrahim qızı Səmədova 2001-ci
ildə Azərbaycan Milli Elmlər Akademi-
yasının müxbir üzvü seçilmişdir.
Dostları ilə paylaş: